Ceyranın deyişi ilə;
Telefonumun alarm səsi ilə oyandım. Divanda yatıb qalmışdım və ən maraqlısıda bu saatta nə üçün alarm qurmuşdum? Saata baxanda saat 01:30 idi. "Tufaan" deyə bir neçə dəfə səslədikdən sonra səs gəlmədiyini gördüm. Bəlkə, yatıdığını düşünərək, yuxarı onun otağına baxdım ordada yox idi. Aşağı enib, kiçik masanın üstündə maşınıın açarını olmadığını görəndən sonra harasa gettiyini anladım. Hara getmiş ola bilərdiki bu saatta? Bəlkə nəsə olub? Bəs məni niyə oyandırmayıb? Divanda oturdum. Beynimə milyon dənə fikir gəlirdi eyni anda. Sonra telefonu götürüb, Xan'a zəng ettim.
Xan🥰kişisi aranıyor..
-alo?
-alo Xan?
-Mənəm Ayan. Tufan mənim ilə birlikdədi Ceyran.
-səninlə?
-aha Tufanın evindəyik. Mən məkanda idim oda gəlib məni götürüb evinə gətirdi. Sənin üçün bi problem olmazki?
-yox.
Deyib, telefonu söndürdüm. Başımdan qaynar sular tökülmüşdü. Yerimdən tərpənə bilmirdim boş boş uzağa baxımağa başladım. Gecə saat 2 idi və onlar birlikdə Tufanın evində idilər? Hər nə ettikləri vecimə deyildi sadəcə özü edib, mənə Əsədlə görüşmə, medya görər deyirdi. Onları medya görə bilməzdi bəs? Hər nə isə. Əsəblə divandan qalxıb, otağıma çıxdım. Yerimin içinə girib, musiqi dinləyərək yatmağa çalışdım. Çox vaxt yata bilməyəndə ancaq bu üsullu yatmağa çalışırdım.
Şebnem Ferah- bu aşk fazla sana
🔆🔆🔆🔆🔆🔆🔆
Tufanın deyişi ilə;
Ayanı məkandan götürüb, evimə gətirmişdim. Ayaqüstdə dayana bilməyəcək qədər çox içmişdi və onu bu halda evinə apara bilməzdim. Doğru olmazdı. Evimə gətirmək məcburiyyətində qalmışdım. Onu bir az özünə gətirmək məqsədi ilə acı kofe hazırlayıb, vermişdim. "İndi necə hiss edirsən?" Dedim ona baxaraq. "Yaxşıyam bir az Tufan çox sağol." Yavaş-yavaş kofesini yudumlayırdı. Mənim isə ağlım evdə qalmışdı. Görəsən, Ceyran divandan qalxıb, öz yerinə yatmışdı yoxsa yox.? "Hə bu arada Tufan sən mətbəxtə olanda Ceyran zəng etti telefonuva açıb məsələni danışdım."
"Ceyran? Nə dedin?" Kofesini masanın üstünə qoydu. "Məni məkandan götürüb bura gətirdiyini falan işte." İndi Allah bilsin Ceyranın ağlına necə fikirlər gəlib. Tufan bol şans sənə ümid edirəm onun qəzabına uğramazsan.
Ayan ayağa qalxıb, yanıma gəldi. Aramızdaki məsafə az idi və gettikcə azaldırdı. Gözlərimin içinə baxırdı. Niyə belə bir şey edirdi? Əlini sinəmə qoyub, başınıda sinəmə qoydu. Bu ettiyi hərəkətləri tamamilə sərxoşluğuna verməli idim. "Tufan çox gözəl qoxursan" dedi eşidilməyəcək bir səs tonunda. "Ayan özündə deyilsən." Deyib, onu sinəmdən ayırmağa çalışdım. Gözləri yenə gözlərimin içinə baxırdı. "Hə özümdə deyiləm. Necə qıydın bizə?" Onun nə deməyə çalışdığını anlamırdım. "Nədən bəhs edirsən Ayan?" Dedim ona baxaraq. "Boş ver" deyib gülümsədi. Sonra əllərimi əllərinin arasına aldı. Əllərimi qaldırıb, üzünə qoydu. Əllərimi onun üzündən çəkdim. "Ayan özündə deyilsən. Xahiş edirəm." Onu divanda otuzdurdum. Sonra özü divana uzanıb, sızıb qaldı. Özümü çox qəribə hiss edirdim. Sanki, bu evdən tez çıxıb getməli imişəm kimi. Amma o mənim dostum idi. Onu necə bu halda tək qoyum? Ayannın üstünü battaniyə ilə örtdükdən sonra, kağıza not yazdım.
Sabahın xeyir. Dünən çox içmişdin çox güman bir şey xatırlamayacaqsan. Qalxan kimi özünə kofe hazırla iç. Maşının açarı və evin açarı masanın üstündədi.
Sevgilərlə Tufan.
Notu divanın yanındaki masanın üstünə qoyub, evdən çıxdım. Digər maşınıma minib, evə doğru yola düşdüm. Bütün yol boyu Ceyranı düşünürdüm. Görəsən haqqımda nə düşünmüşdü? Ümid edirəm yanlış şeylər düşünməzdi. Vaxt itirmədən evə gəlib çattım. Qapını səssizcə açıb, içəri girdim. Ceyran divanda yox idi çox güman öz otağında yatmışdı. Hər ehtimal otağa girib, yoxlamali idim. Həm də ki girib, duş almalı idim. Belə yata bilməzdim. Otağın qapısını səssizcə açıb, içəri girdim. Ceyran yatırdı. Telefonundan isə mahnı səsi gəlirdi. Çox güman mahnı ilə yatmışdı. Yatağın yanındaki tumbanın üstündən telefonu götürüb, mahnını söndürdüm. Sonra tez vaxt itirmədəm özümə gardropdan bi dəst paltar götürüb, duşa girdim. Ayrı-ayrı otaqlarda yatsaqda paltarlarımız Ceyranın otağında idi. Bunun səbəbi isə insanlar ayrı-ayrı gardroplarımızın olduğunu və ayrı-ayrı otaqlarda yattığımı bilsələr işlər heç də yaxşı olmazdı. 35 dəqiqəlik duşun ardından paltarlarımı kabində geyinib, çıxdım. Ceyran yatağında deyildi. Otaqdan çıxıb, harda olduğuna baxarkən, pilləkanların başında qarşılaşdıq. Əlində su var idi. "Burdasan?" Təlaşla belə bir məntiqsiz sual vermişdim. Mən ona baxarkən, o isə mənə baxmamaq üçün çabalıyırdı sanki. Niyə mənə baxmaq istəmirdiki? "Keçə bilərsən?" Yolundan çəkilməyimi istəyirdi haqlı olaraq. Çünkü onun yolunu bağlamışdım otağa getməsini əngəlliyirdim. "Ceyran" dedim. Səsim bu səfər o qədərdə net çıxmamışdı. "Hə?" Dedi yenə mənə baxmırdı. "Mən Ayan-" sözümü kəsərək, "maraqlı deyil." Dedi net bir səs tonu ilə. Mən isə heç nə deyə bilməmişdim sadəcə yolundan çəkildim. O isə otağına girdi. Axmaq Tufan. Kəkələyə-kəkələyə heç nə deyə bilmədin.
Mən də əlacsız vəziyyətdə otağıma keçdim. Yatağıma uzanıb, nə qədər yatmağa çalışsamda gözümə yuxu girmirdi. Ceyranın nə üçün mənə belə davrandığını başa düşürdüm amma bir dinləyərdə? Bir açıqlama istəyərdə. Maraqlı deyil deyib getmək nədi? Bəlkə mən istəmirəm haqqımda pis düşünəsən. Bu düşüncələrlə birliktə yuxuya getməyə çalışdım.
🔆🔆🔆🔆
Ceyranın deyişi ilə;
Nə əcəb Tufan evə gəlmişdi? Mən bu gün orda qalacağını düşünmüşdüm. Bəlkə, aralarında həqiqətəndə bir şey olmamışdı? Yəni bir şey olsaydı niyə Ayanı orda qoyub, bura gəlsinki? Düşüncələrim beynimi yeyib, bitirirdi. Ayağa qalxıb, yataqda oturdum. Tumbanın üzərindəki bir stəkan suyu başıma çəkdim. Yata bilmirdim. Görəsən Tufan yatmışdı? Mənə nə isə deməyə çalışmışdı pilləkanda buna icazə vermədim. Görəsən nə demək istəyirdi? Sözünü kəsərək ona haqsızlıq etmişdim? Yox etməmişdim. Ona bu da az idi hələ. Saata baxmaq üçün əlimi telefona attım. 03:48 saat 4 olacaqdı mən isə hələ də yatmamışdım. Hamısı divanda yatıb qalmağımın ucbatından oldu. Çox dəxlisiz zamanlarda çox əlaqəsiz yerlərdə yatıb qala bilərdim. Bu xasiyyət uşaqlıdan mən də belə idi. Hələ universtet zamanlarında belə adım ən çox yatan çıxmışdı. Birdən qarnım quruldadı. Bu gün heç nə yeməmişdim. Neçə gündü stressdən kilo itirmişdim. Yavaşca ayağa qalxıb, otaqdan çıxdım. Atışdırmalıq nəsə yemək üçün aşağı endim. İşıqı yandırmışdımki, nə görsəm yaxşıdı? Tufan əlində sandviç yeyir və bunu elə edirki eləbil öz evi deyil gizlicə girib. Arxası mənə çönülü olduğu üçün məni görmürdü. "Tufan?!" Tez şok vəziyyətində arxasını çevirdi. O halın görməli idiz çox gülməli idi. Ağzındada sandviç var idi. Özümü tuta bilməyib, gülməyə başladım. O isə nə baş verdiyini anlamağa çalışan gözlərlə mənə baxırdı. Gülə-gülə onun düzəltdiyi ikinci sandviçi qabdan götürüb dişlədim. "Həmişə sən eləmiyəcəksənki?" Deyib göz vurdum. O da gülümsədi. Hal-hazırda mətbəxdə ayaqüstündə ikimizdə əlimizdə sandviç yeyirdik. "Sən nə əcəb axşam durub yemək yeyirsən?" Dedi Xan mənə baxaraq. Əslində, haqlı idi belə bir şeyi çoxdandı etmirdim. "Neyniyim ac idim." Deyib, çiyin qaldırdım. Xan' a baxmamaq üçün çabalıyırdım. Ona baxmaq istəmirdim. Ona baxdığım ana bütün əsəbim keçəcəkdi və əsəbimin keçməsini istəmirdim. Səssizlik çökmüşdü biz isə sadəcə yeməyimizi yeyirdik. "Dinləyib dinləməmək sənə qalıb, amma mən danışmaq istəyirəm Ceyran." Dedi Xan səsi bu səfər ciddi çıxmışdı. Onu dinləyirdim ama ona tərəf baxmırdım. "Duş aldıqdan sonra aşağı endim. Sən divanda yatıb qalmışdın elə o an telefonumu tanış tərəfindən zəng gəldi. 5,6 nəfər olduqları hamısının sərxoş olduğunu və hansı birini evə aparacağını bilmədiyini dedi. Gedib Ayanı evə aparmağımı rica etti. Ayan evdəkilərə gəlməyəcəyini dostunda qalacağını deyibmiş mən də məcbur onu o vəziyyətdə hara aparacağımı bilməyib evimə apardım. Onsuz ayağüsttə dura bilmirdi divanda sızıb qaldı. Mən də evə gəldim olan budu sadəcə." O cümləsini bitirdikdən sonra yenə səssizlik çökmüşdü. Nə mən danışdım nə də o. Ona o qədər çox baxmaq istəyirdim ki..
Sonda başımı qaldırıb, ona baxdım. O da mənə baxırmış çünkü, başımı sağa çevirən kimi göz-gözə gəlmişdik. Gözlərimiz danışırdı biz izə susmuşduq. "Anladım" deyə bilmişdim sadəcə səsim çox alçaqdan çıxmışdı. Eşidilmiyəcək qədər. Boynuma almalıydım ki, onun qoxusu ucbatından kontrolumu itirə bilərdim. Ayaqüstə çətinliklə qalırdım. Ürəyimin ritmi isə pozuldumuşdu həmişəki kimi. O mənə bu qədər yaxın olanda niyə belə olur anlamırdım. Bu nə demək idi? Bəlkədə anlamaq istəmirdim. Bəzən bəzi şeylər anlamamaq lazım idi. Xan'ın önünə keçib, ona dik dik baxmağa başladım. "Sadəcə bundan sonra mənə Əsədlə görüşmə medya görməsin demiyəcək olacaq bitəcək. Əziz həyat yoldaşım." Deyib, göz vurdum. Sonra isə önündən keçib getməyə çalışarkən, Tufan qolumdan tutub, özünə çəkdi. "Xeyr. Elə bir şey olmayacaq. Sən yenədə Əsəd ilə mümkün olan qədər görüşməyəcəksən. Əziz həyat yoldaşım." Dedi gülümsəyərək. Gözləri gözlərimdə idi. Nəfəs alıb verişlərini çox yaxından hiss edirdim. O həmişə necə bacarırdısa öz istəyin eləttirirdi. Amma bu gün məğlub olan mən olmayacaqdım. Onun qolundan çıxdım. "İs-tə-di-yim dos-tum-la gö-rü-şə-cəm"hecaları vurğulayaraq demişdim. O isə o lənət karizmatik gülümsəməsini davam ettirirdi. "Buna özün inanırsan həqiqətən?" Dedi mənə baxaraq. "Sən özünü nə zənn edirsəne? Mən sənin saxta həyat yoldaşınam qulun kölən deyiləm istədiyin əmri yerinə yetirim." Səsim net çıxmışdı. "Bu qısmanmaq məsələsi deyil köləm və qulum olduğunuda iddia etmədim. Sənnən olqunluq gözləyib, medyanın dilinə düşməmək üçün belə bir şey rica ettim. Bu qədər." Offf haqsız olduğu yerdə necə haqlı olmağı bacarmışdıye? Ona heç nə demədən arxamı çevirib, gettim.
🔆🔆🔆🔆🔆
Səhər durub, hazırlaşmışdım. Dünən gec yattığıma görə bu gün çoxda tez dura bilməmişdim qısaca gözümü açanda saat 12:00 idi. Tufandan xəbərim yox idi çoxdan durub, işə getmişdə olabilərdi. Onun fikrimcə robottan bi fərqi yox idi. Bu gün anam, Məryəm və mən səhər yeməyi yeyəcəkdik onlara söz vermişdim. Son olaraq, ətrimi vurub, çantamı götürüb otaqdan çıxdım. Telefona baxa-baxa pilləkandan aşağı enirdim. Birdən ayağım sürüşüdü tam önə doğru yıxılırdım ki, özümü onun qollarında tapdım. O dediyim Tufanın təbiiki. Qara kimano mayka geyinmişdi. Bir az bol idi deyə onun qolunun bütün əzələləri görünürdü. Tamam bu hind filmi deyil ama nə edim məni yıxılmağa qoymamışdı. Əslində, bütün gün belə qala bilərdik..
"Ayağıvın altına bax" o bu gün nəsə xüsusi olaraq fərqli görünürdü. "Çox sağol." O məni başdan ayağa süzərək "hara belə?" Dedi. Tufan niyə işə getməmişdiki? "Cərə belı cürə belə sənə nə hara belə?" o gülümsədi. "Xatırladım həyat yoldaşınam." Göz vurdum. "Kağız üstündə həyat yoldaşı." O iki qolunu sinəsində birləşdirib divara söykəndi. "Özün deyəcəksən yoxsa arxana düşüb səni izləyim?" Ona məğlub olmayacam. "Dostumla date' e gedirəm." Dedim əminliklə. Onun gözlərinin içinə baxırdım əks halda yalan dediyimi başa düşə bilərdi. Tək qaşını yuxarı qaldırdı. "Hansı dostun? Ümumuyyətlə sonun dostun var idiki?" Bunu məzə etmək bilərək demişdi. "Ha ha ha bəli var." Deyib, arxamı onu çevirib gedirdimki o məşhur hərəkətini edib, qolumdan tuttu. Amma bu səfər özünə çəkməmişdi. Bunu etmədiyi üçün şükür etməliydim. Çünkü ona yaxınlaşdığım hər an ürəyim məni tərk etmək üçün can atırdı. "Hansı dostun.?" Dedi bu səfər səsi ciddi çıxmışdı. Məncə Tufan abartırdı ama nəysə. Arxam ona dönük idi o isə qolumdan tutmuşdu. Onu birazda sınamaq istəyirdim. Çünkü, niyədə yox!? "Oğlan dostum. Muhammed." Tamamən random bi ad demişdim. Bıyığaltı gülürdüm əyər üzüm ona tərəf çevrili olsaydı yalan danışdığımı anında başa düşə bilərdi. "Demək Muhammed o imiş." Dedi amma səsi açlaqdan çıxmışdı. Buna rəğmən eşitmişdim amma nə əlaqə Muhammed kim idiki? Mən tamamən özümdən uydurmuşdum bu adı. Yoxsa Xan da mənimlə məzələnirdi?
"Oğlan dostundu yoxsa sevgilindi?" Nəə? Nə sevgili? Xan yuz faiz mənlə məzələnirdi. Arxamı çevirib, onun qolun itələdim. Üzündə isə gülümsəmə yox idi tamamilə ciddi baxırdı. Ona təəccüblü ifadə ilə baxırdım. Mimikasını daha aydın seçmək üçün ona yaxınlaşdım. Demək olarki dibində idim aramızdaki məsafə çox az idi. Ceyran özün özünü oda atırsan axmaq. "Nə sevgili? Sevgilim zadım yoxdu mənim." Səsim net çıxmışdı. Bunu onun gözünün içinə baxa-baxa deyirdim. Oda gözünü gözlərimdən ayrımırdı. Sanki bu bi yarışma idi və gözünü ilk ayıran məğlub olacaqdı. Xan mənə bir az da yaxınlaşıb,başını boynuma əydi. O an nəfəs almağı unutmuşdum sanki. Ürək döyüntülərimin səsini eşitməməsi üçün dua edirdim. O dodağını yavaşca qulağıma yaxınlaşdırdı. "Mənə yalan danışma.." Sonra başını qaldırıb, üzümə baxdı. Axı sevgilim həqiqətəndə yox idi. Ona bu hakda yalan demirdim. Tam ağzımı açıb, söz deyəcəkdimki, "Anan və bacın ilə görüşməyə gedirsən nə yalancı qızsan sən." Deyib gülməyə başladı. Bunu düşünməliydim. Mənnən məzələndiyini bilməli idim. Artıq eyni tələyə neçənci dəfə idiki düşürdüm. Axı anam və bacımla görüşdüyümü o hardan bilirdi? "Çox gülməlidi? Özdə sən hardan bilirsən?" Dedim ona baxaraq. Onu boğmaq istəyirdim. "Hə çox gülməlidi sifətivin halın görməli idin." Deyib yenə gülməyə davam edirdi. Mən isə əsəb krizi keçirdirdim. "Həcər xala sən aşağı düşməzdən əvvəl zəng elədi ki Ceyran gəlir? Bizi götürməyə." Oof biabır olmuşdum. Tufanla məzələnəcəm deyə özüm biabır olmuşdum. Heç nə demədən masanın üstündən maşınımın açarını götürüb, qapıya tərəf gedirdim. "Oğlan dostuva salam de" deyə arxadan qışqıraraq gülürdü. Mən isə ağlamaq istəyirdim. Kədərli və məyus bi şəkildə maşınıma oturub, kəmərimi taxdım. Tamam Ceyran heç nə yoxdu indiyə qədər az biabır olmamısan. Ümid edirəm sabaha bu məsələni unudar və mənimlə məzələnməyə davam etməz.
ŞİMDİ OKUDUĞUN
Ağ Qızılgül
General Fiction-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni? -onda mənə ən sevdiyin şeiri oxu -oxuduqdan sonra gedəcəksən? -hə.. -gələbilsəydim əyər.. eşqi təsvir etməzdim sənə. güləbilsəydim əyər.. gözlərimdən yaş axardı. qaça bilsəydim əyər.. yerimdən...