Telefonumun zəngi ilə gözlərimi açdım. Tavana baxanda buranın Tufanın evi olduğunu təxmin edə bilirdim. Sağ tərəfimə çevrilib, Tufanın qolunda uzandığımı gördüm. Tufanın isə üzü mənə tərəf gözləri yumulu idi. Gözlərimi yumum və bu an yuxu olsun deyə gözlərimi yumdum. Amma telefonumun zəngi yenə bu reallığa oyandırdı məni. Bu yuxu deyildi Tufan ilə birlikdə yatmışdım. Tufanın sağ qolu qarnımın üstündə idi. Əmin olun eləbilki üstümdə neçə ton ağırlığında bir şey var idi. Əlimi telefona atıb, kimin zəng ettiyinə baxdım. Şeytan Ziya zəng etmişdi. O niyə zəng edirdiki? Bir dəqiqə saat neçə idi? Saata baxdım. 11:00
Biz bu gün saat 1 də evlənməliyik və yatıb qalmışıq? Tufanın qolunu üstümdən ataraq cəld ayağa qalxdım. Tufan elə yatırdıki sanki qış yuxusunda idi. "Tufaan, Tufan. TUFAAAAN." Deyə çağırmağıma rəğmən oyanmırdı. Gedib, mətbəxdən yarım stəkan su götürüb, tufanın üzünə boşaltdım. Elə o an gözlərini açdı. Əlini başına tutub, oyanmağa çalışırdı. "Qalx, qalx, qalx. Bu gün evlənməlik biz. Yatıb qalmışıq. Mən evə gedib hazırlaşıram. Sən gəlib götürərsən." Bir nəfəsdə danışmışdım. Tufan qalxıb, divanda düzgün şəkildə oturdu. "Bir dəqiqə Ceyran başım partdıyır. İnsan insanı bu şəkildə oyandırmaz axı Ceyran. Saat neçədi?"
"11" dedim. "Biz hələ saat 1 də evlənəcəyik. Sakitləş." Deyib, telefonun əlinə aldı. "Atam zəng edib." "Mənə də edib." "Sənə niyə?" "Görüb sən açmırsan mənə edib yəqin"o telefonu qulağına qoydu çox güman şeytana zəng edirdi. Əli ilə isə mənə bi yerə getməməyimi işarə etti. Mən də ayaqüstə dayanmaqdan yorulduğum üçün divanda oturdum. Hə hal-hazırda ikimizdə dünən gecəki paltarlarımız ilə idik. Bununla ikinci dəfə idiki paltarla yatırdım və bu paltarla necə yattığımı təsəvvür belə edə bilmirdim. Saçlarımın toppuzu açılmışdı deyə məndə tam açıb saçlarımı sərbəst buraxdım. Tufanın qulağında telefon məni izləyirdi. Öz üstünə birdə mənim üstümə baxıb, nələr olduğun anlamağa çalışan üz ifadəsi var idi. "Alo, ata nəsə olub? Evdə. Yanımdadı. Hə bilirəm. Oldu sağol." O atası ilə danışığını bitirdikdən sonra yerdəki viski şişələrinə baxırdı. "Ceyran dünən gecə nə oldu?" Necə yəni nə oldu? Xatırlamırdıki? O qədər içsə xatırlamazda təbiikidə. Elə ən yaxşısı xatırlamamamısıdı. "Dünən niyə evə getməmisən?" Dedi mənə baxaraq. Qoyurdunki getməyə mən yazıq. "Yatıb qalmışam." Yenə məni süzüb cavab verdi. "Paltar ilə? Və mən niyə divandayam paltar ilə." İndi mən bu vəziyyətdən necə çıxacam. "Dünən çox içmişdin çox güman sızıb qalmısan divanda." O yenidən əli ilə başını tuttu. "Başım çox ağrıyır." Əvvəlcədən aparata qoyduğum kofeni gedib götürüb ona gətirdim. "Al iç özüvə gəl." Əlimdəki kofeni alıb içməyə başladı. Eyni zamanda isə dünən axşam nələr olduğun xatırlmağa çalışırdı. O ağıllı bi adam idi mənim sözümə asand asand inanmayacaqdı. O düşünərkən mən də onu izləyirdim. Kofeni tutan damarlı əllərini, yan profilini, geyindiyi ağ saroçqanın ona necə dar qaldğını, və s. İnsan onu izləməkdən özün yayındıra bilməzdi bu reallığ idi. O yaraşıqlı biri idi. Tez başın mən tərəfə çevirəndə üzümü yana çevirdim. Onu izləyərkən məni bir dəfə tutmuşdu necə utandığımı xatırlayırdım. O səhvə birdə düşməməli idim. Amma üstümdən onun qoxusu gəlirdi bu qoxu isə mənim fikrimi yayındırırdı. Elə bu an gözüm Tufanın saroçqasının düyməsinə ilişdi. Sırğamın bir tayı düyməsinə ilişmişdi. Bu necə olmuşdu? Çox güman, yattığımız zaman olmuşdu. Mən indi Tufana bildirmədən onu necə götürəcəm? Əlimi tez qulağıma atıb o biri sırğamı çıxarttım. Tufan əlindəki telefonuna baxırdı. Xahiş edirəm düyməvə baxma xahiş edirəm baxma. Nə isə etməliydim. Ayağa qalxdım. Yavaş-yavaş onun oturduğu divanda yanında oturdum. Fikri tamamilə telefonunda idi. Əlimi sakitcə düyməsinə uzadanda, başını mən tərəfə çevirdi. O tərəfdən qalxıb bu tərəfə nə üçün gəldiyimi sorğulayan kimi baxırdı. Bu arada əlim havada qalmışdı sonra əlimə baxdı. "Neynirsən Ceyran?" Yəni o an yerin dibinə girmək istəyirdim. Halaldı sənə Ceyran. Nə edəcəyimi bilməyib, tez Tufanın boynuna sarıldım. Hə bunu etmişdim onu qucaqlamışdım. Amma məqsədim başqa bir şey idi. "Xan mən üzr istəyirəm. Dünən gecə sənin yanından ayrılmamalı idim. Əsədlə rəqs etməməli idim. Bağışla." Bu cümlələri tamamilə istək xarici etsəmdə bu vəziyyətdən çıxmalı idim. Əlimi yavaş yavaş gətirib, Tufanın düyməsinə ilişən sırğamı çıxarttım. Tufan isə nə ettiyimin şokunda idi. Sırğanı götürəndən sonra qollarımı Tufanın boynundan ayırdım. Və onun gözlərinin içinə baxmağa başladım. Hər zamankindən fərqli baxırdı. "Eybi yox" deyib, ayağa qalxdı. Və WC tərəfə getti. Mənsə qazandığım qələbənin sevincin yaşıyırdım. Tufan görmədən o sırğanı götürə bilmişdim. Telefonu götürüb, gələn bildirimlərə baxdım. Anamnan 3 dəfə zəng gəlib. Birdə mesajlar var.
Bilinmeyen numaradan bir mesaj..
*****- Ceyrann? Salam.
siz- salam kim idi?
Mesaj göndərildi. Elə bu saniyə cavab gəlmişdi.
*****- Əsəd mən.
siz- aa Əsəd necəsən?
*****- yaxşıyam sən necəsən? Dünən tələsik getdiz düz əməlli sağollaşa bilmədik.
siz- hə deməyə day. Tufanın yuxusu gəlirdi bizdə tələsik çıxmalı olduq.
Dediyin yalana özün inanda birinci Ceyran xahiş edirəm.
*****- hə başa düşdüm. Bu gün boşsan oturaq kofe içək əvvəlki günləri yad edək.
siz- əslində mən bu gün evlənirəm.
*****- nə? Zarafat edirsən?
Siz- yox etmirəm. Bəzi vize və sənəd problemləri səbəbi ilə tez evlənməliyik Tufan ilə zaks ettirəcəyik. Bir müddət sonra da toy edəcəyik.
*****- həə aladım. Xoşbəxt ol Ceyran sən buna layiqsən. İndidən təbrik edirəm toya çağıracaqsan yəqinki?
Siz- çox sağol Əsəd. Təbiikidə çağıracam. Bu gündən sonra nə vaxt boş olsam xəbər verərəm görüşərik.
*****- tamamm Ceyran. Oldu onda özüvə yaxşı bax. Tufana salam deyərsən hələlik.
Siz- sən də özüvə yaxşı bax Əsəd. Deyərəm. Hələlik🫶🏻
Başımı qaldırıb, qarşımda Tufanı gördüm mənə tərs-tərs baxırdı. "Kimlə yazışırsan? 32 diş gülürsən ona görə soruşdum." Ya səbr. İndi ona desəmki Əsədlə yazışıram qiyamət qopacaq ona görə ağ yalan danışmağda elədə problem görmürəm. Ayağa qalxdım. "Sənə nə?" Deyib, mətbəxə tərəf gedirdimki, Tufan qolumdan tutub, məni özünə çəkdi. Burun-buruna idik. Bu səfər o gözlərimin ən dərininə baxırdı. "Sualımı təkrar etməyəcəm. Kimlə yazışırsan dedim.?" Pes etmə Ceyran pes etmə Ceyran. Qolumu onun əlindən çəkdikdən sonra "mən də sənə nə dedim" deyib, yenə getməyə çalışanda Xan qolumdan yenə tutub, getməyimə icazə verməmişdi. O dərin bir nəfəs alıb, gözlərimin içinə yenidən baxdı. "Əziz nişanlım. Zəhmət olmasa bayaq kim ilə yazışdığını mənə deyə bilərsən mi?" Gülməmək üçün özümü zor tuturdum. Və qalibiyyət sənindi Ceyran. "Bacımla yazışırdım Xan. Məryəm zarafatcıl biridi və həmişə onun zarafatlarına gülürəm. Başqa nəsə öyrənmək istəmirsənsə evimə getmək istəyirəm. Çünkü bu gün evlənəcəm hazırlaşmalıyam." Deyib, gülümsədim. Ümid edirəm inanardı. Normalda ona bu haqda yalan danışmazdım ama axrıncı dəfə söhbət Əsəddən gedəndə necə tufan olduğunun şahidi olmuşdum. Bunu ikinci dəfə yaşamaq istəmirdim. O qolumu yavaşca buraxdı. Tuttuğu zamanda zaten incitməməki üçüm yavaşca tuturdu. "Oldu. Mən səni gəlib götürəcəm." Başımı sallayıb, çantamı götürüb, evdən çıxdım. Danışdığım ağ yalana inandığı üçün şükür edirdim. Hal-hazırda sadece tez evə gedib, özümü duşa atmaq istəyirdim. 35 dəqiqləik yolun ardından evimə gəlib çatmışdım. Anama açıqlama verməli idim. Qapını açıb içəri girdim. Qonaq otağından səslər gəlirdi görünür bizimkilər evdə idi. Otağıma gizlicə getmək istəyəndə anam qonaqotağın qapısından çıxdı. "Hardasan sən Ceyran? Telefonuva nə qədər zəng eləmişəm. Açıb bidədə ana filan yerdəyəm sağam demək çox çətindi? Atavın başın birtəhər bir cür aldattım." Anamın sözün kəsərək "ana haqlısan bilirəm. Dünən gala gecəsindən sonra, bura gəkəcəkdim amma Tufanın evinə getməli olduq çox yorulmuşduq Tufan divan yattı qaldı mənimdə telefonumun zaretqası yox idi yığmağım gözləyəndə mən də Tufanın otağında yatıb qaldım üstümə başıma bax hələ." Anama danışdığım yalanların sayı gettikcə çoxalırdı. O üsütümü süzüb, "bəs bu gün zaks elettirmirsiz siz?" Dedi. "Eləttiririk eləttiririk otağıma keçib əynimi başımı dəyişim, Tufan gəlib götürəcək məni." O başını salladı. "Ac deyilsən? Gəl yemək ye bir az." Əslində ac idim amma yemək yeməyə vaxt yox idi. "Yox deyiləm orda atışdırdım bir şeylər." O "yaxşı" deyib, qonaqotağına keçdi. Mən də vaxt itirmədən otağıma keçdim. Paltarlarımı soyunub, özümü tez duşa attım. 35 dəqiqəlik duşun ardından paltar seçməyə çalışırdım. İnsan zaksında nə geyinirdi? Klassik bir şeylər geyinməliydim sporta geyimlə zaksa gedə bilməzdim hərhalda. Donlarımın ən arxasında dantel naxışları olan ağ qısa don tapdım. Bir gəlinlik geyinməsəmdə bununla idarə edə bilərdim. Ağ donumu geyinib, saçlarımı dağınıq vəziyyətdə yığdım. Ağ mirvarı sırğam ilə sepimidə taxıb, ağ çantamı götürdüm.
ŞİMDİ OKUDUĞUN
Ağ Qızılgül
Fiction générale-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni? -onda mənə ən sevdiyin şeiri oxu -oxuduqdan sonra gedəcəksən? -hə.. -gələbilsəydim əyər.. eşqi təsvir etməzdim sənə. güləbilsəydim əyər.. gözlərimdən yaş axardı. qaça bilsəydim əyər.. yerimdən...