Ceyran ipad'i ilə şirkətinin statikalarını gözdən keçirdirdi. Amma bunu divanda uzanıb, bir ayağınıda yuxarı qaldıraraq edirdi. Birdən qapı zəngi çaldı. Ceyran cəld qalxıb, ipad'ini stulun üstünə qoyub, qapıya tərəf getdi. O gələnin Tufan olduğunu düşünüb, qapını açdı. "Ceyran Ata Xan?" Qapının ağzında orta boylu, kostyum geyinmiş bir adam var idi. "Bəli?"
"Ceyran xanım mən Tufan bəyin vəkili Elxan İmanlı" Ceyran indi hərşeyin fərqinə varmışdı.
"Aa buyrun keçin" vəkil içəri girdikdən sonra, keçib divanda oturdu. Ceyran isə qarşısında oturdu. "Çay və yaxud kofe?"
"Yox çox sağolun" deyib, vəkil əlindəki qara çantadan boşanma sənədlərini çıxartdı. "Məni Tufan bəy göndərdi. Bu hazırlatdığı bo-"
"Boşanma kağızları, bilirəm" dedi Ceyran vəkilin sözünü kəsərək. Vəkil isə kağızları ona uzatdı, ön cibindən isə qələm çıxartdı. "Buyrun"
Ceyran kağızları və qələmi götürdü. "İndi imzalamalıyam?" Ceyran niyə belə bir sual verdiyini bilmirdi. "Yəni açıqcası Tufan bəy imzalayıb, bir siz qalmısız."
Ceyran vəkilin bu cümləsindən sonra xəyal qırıqlığı yaşadı. O tez əsəblə kağızları imzalayıb, vəkilə uzatdı. "Artıq mən gedim" vəkil ayağa qalxıb, qapıya tərəf yönəldi. Ceyran da onun arxasında idi. "Çox sağolun"
Ceyran vəkili yola saldıqdan sonra paramparça bir halda gəlib divanda oturdu.
Boşanmaq üçün bu qədər tələsirmiş bəyəm. Eybiyox nə deyirəm ki? Əslində haqlıdı mən niyə sənədləri imzalamaq üçün çəkindim? Nəhayətində, boşanmalıydıq onsuz.
☀️☀️☀️☀️☀️☀️☀️
"Mən öz evimə qayıdacam çox güman. Sən də əyər istəyirsənsə təbiikidə.. bu evdə qala bilərsən" Tufan mətbəxin solğun işığında ac hissetməməsinə rəğmən yeməyə çalışdığı yeməyi qarışdırırdı. Ceyran isə eyni zamanda özünə kofe hazırlayırdı. "Bu evdə qalmaq məsələsini düşünərəm" ikisinində əslində demək istədikləri çox şey olmasına rəğmən susurdular. Sanki sükunət onların məğlub edib, səssizliklərində boğulmaları üçün çabalıyırdı. Onlar rəsmi olaraq boşanmışdılar...
"Gecən xeyrə" Ceyran mətbəxdən çıxıb, yatmağa gedirdi. "Ceyran" o Tufanın ona səslənməsi ilə dayandı. Tufan isə Ceyrana nə üçün səsləndiyini belə bilmirdi. Ceyran Tufana tərəf çevrildi. "Buyur?"
"Heç nə. Sənin də gecən xeyrə"
Beləcə onlar yenə həmin gecənin səssizliyində itib, getmişdilər...
☀️☀️☀️☀️☀️☀️☀️☀️
*Tufan buna inana bilmirəm.. necə yəni boşandınız?" Ayan Londradan Tufan ilə Ceyranın boşanma xəbərini eşidər-eşitməz tez özünü Azərbaycana çatdırmışdı. "Ayan bu barədə çox danışmaq istəmirəm. Uyğunlaşa bilmədik və belə bir qərara gəldik hərkəsində qərarımıza hörmət etməsini gözləyirik"
Tufan iş masasındaki sənədli qovluqları gözdən keçirdirdi. Eyni zamanda da Ayanın bu otaqdan tez çıxıb, getməsi üçün ürəyində yalvarırdı...
"Yox o nə deməkdi? Əlbəttə ki qərarınızı hörmətlə qarşılayacağıq narahat olmayın. Əsas sizin xoşbəxtçiliyinizdi."
Ayan Tufanın masasına qoyduğu çəhrayı rəngli çantasını götürüb, ayağa qalxdı. "Olduda canım, mən gedim evə sonra görüşərik"
"Hələlik" Ayan Tufana əli ilə öpücük yolladıqdan sonra, otaqdan çıxdı.
Tufan isə nəhayət, rahat nəfəs aldıqdan sonra işlərinə davam etti..
*************
"Ay qızım boşanmaq nədi axı? Sən nə danışırsan? O cürnə xoşbəxt evliliyiniz var idi sizin.." Həcər xanım qızına bədbin şəkildə baxırdı. "Ana uyğunlaşa bilmədik bu qədər. Xahiş edirik bu qərarımıza hörmətlə yanaşın. Həmçinin dost qalmağa qərar vermişik düşman falan da deyilik. Bəzən alınmırda məcbur etmək lazım deyil" Ceyran anasının əllərindən tuturdu və saxtada olsa gülümsəməyə çalışırdı. "Mən nəvə gözləyirdim, başımıza gələnə bax.." Lakin, Həcər xanım qızının boşanmasını qəbullanmaq istəmirdi.. "ana daha bəsdi. Sən Ceyrana təsəlli vermək yerinə işləri daha da çətinləşdirirsən. Həm onlar uşaq deyillərki nəyin nə olduğun yazxşı bilillər. İkisidə olqun şəxsiyyətdi uyğunlaşa bilmədilər və ayrıldılar bu qədər bəsit"
Zöhrə isə bacının arxasında durmağa çalışırdı. "Yaxşı yaxşı daha heç nə demirəm. Həm mən qızımın hər zaman arxasındayam" deyib, gülümsədi Həcər xanım. Sonra isə iki qızınıda bərk-bərk qucaqladı. "Bilmədiz, Ziya bəyi niyə içəri atıblar?" Zöhrə ilə Ceyran analarının bu sualı qarşısında duruxdular.. çünkü, onlar həqiqəti analarına danışmamışdılar və danışmayacaqdılarda.. ərinin ölümünün səbəbinin bir qəza deyildə cinayət olduğunu öyrənməsini istəmirdilər. Buna görə analarının yanında tv ni açmırdılar Ziya hakda xəbər eşidər deyə... "şirkətdə qeyri-qanuni işlər ilə məşğul imiş. Heç kimi tanımaq olmur valla bu dövrdə" dedi Zöhrə. "Hə düz deyirsən qızım. Amma uşaqları və yoldaşı çox gözəl insandılar. İndi Allah bilər Sultan xanım nə gündədi.." Həcər xanım öz ərinin qatilinin ailəsinə kədərləndiyindən xəbəri belə yox idi...
***********
"Ana hər şeyi özün yaxşı bilirsən. Bu mövzunuda açmağın yeri yoxdu məncə." Tufan ilə anası oturub, qarşılıqlı çay içirdilər. "Bilirəm oğlum. Amma nə edim? Mən də anayamda övladımın xoşbəxtliyin istəyirəm hər daim. Ceyran çox gözəl, mədəni, tərbiyəli çox yaxşı qızdı. Çox heyif.."
"Bilirəm ana. Onsuz Ceyran ilə dost qalacağıq amma bundan artıq ola bilmərik bu imkansızdı başa düşməyə çalış. Hərkəsə anlaşmalı boşanma olduğunu deyirik hərkəsdə belə biləcək. Bu mövzuda burda bağlanacaq"
*************
"Neyniyəcəksiz indi?"
Zöhrə əlində kofe fincanı tutaraq, qarşısında oturan bacısını izləyirdi. "Tufan öz evinə köçür. Hal-hazırda əşyalarını evinə daşıtdırır. Mən də elə bir müddət o evdə qalmağı planlıyıram" Ceyran içindəki bu hüzünlə necə başa çıxacağını bilmirdi. "Gəlib mənim evimdə qala bilərsəndə?.."
"Yox Zöhrə. Ən yaxşısı elə belədi. Mən İtalıyada olandada tək yaşıyırdım heç bir problem yoxdu yəni.."
"Tamam necə istəyirsən... Bacı sən yaxşısan?"
"Hə. Niyə soruşdun ki?"
"Nəbilim səhərdən qanıqarasan. Nəsə olub mənə demirsən?"
"Yox heç nə olmayıb vallah. Mən də lap yaxşıyam sən narahat olma"
"Bəs niyə gözlərivi qaçırdırsan?"
"Necə?.."
"Deyirəm ki, sən hər yalan danışanda gözlərivi qaçırdırsan. Tufan ilə əlaqəli bir şeydi hə?"
"Yox. Tufan nə əlaqə? Biz boşandıq bitti hər şey. Bu mövzunu dəqiqə başı açmağıvında yeri yoxdu heç.!"
"Yaxşı daha niyə əsəbləşirsən.."
Ceyran əsəblə ayağa qalxıb, çıxıb getdi.
Elə buanda Zöhrənin telefonuna zəng gəlmişdi.
Cərrah Bəy calling...
-alo?
-alouu
-qışrıma eşidirəm
-sənə də salam
-üzrlü say bir az qanım qaradı. Salam bu arada..
-salam, salam. De görüm niyə qanın qaradı?
-Ceyran Tufana qarşı əməllicə bir şeylər hiss eliyir amma bunu boynuna almaq istəmir.
-Elə Tufan da eyni vəziyyətdədi əmin ol. Boşandıqları üçün bütün gün qanıqara gəzir, tez-tez fikirə gedir. Ceydan hakda bir şey deyəndə isə biz sadəcə dostuq deyib susur.
-Ceyran da eyni vəziyyətdədi. Bunun belə olmadığını dilə gətirəndə də əsəbləşir üstümə.
-yaxşı sən narahat olma. Mənim planım var.
-nə planı?
-plan deyəndəki fikirləşirəm ki, bunlar həqiqətən bir-birlərinə qarşı nə isə hiss edirlərsə, ayrı qalanda bunu daha yaxşı başa düşəcəklər. Sonda da özləri dilə gətiricək.
-əslində haqlısan bizdik bir şey yoxdu burda.
-afərin. Bu müddət boyunca da Ceyranın yanında Tufandan bəhs eləmə. Mən də Tufanın yanında Ceyrandan bəhs eləmiyim.
-tamam
-okay onda mənim indi işim var sonra danışarıq olar?
-olar. Hələlik..
-hələlik.
************
19:29
Ceyran Zöhrə gildən çıxıb, öz evinə gəlmişdi. Qapıdan girən kimi telefonunu mətbəx masasına qoyub, WC ə girdi.
Tufan isə öz əşyalarını əvvəlki evinə daşıtdırmışdı çoxdan. Hətta təmizlikçi tutub, evinidə təmizlətdirmişdi. O paltarlarını da dolaba yerləşdirib, aşağı endi. Çox qəribə idiki ilk öz evi özünə yad gəlirdi...
O Ceyranın yoxluğun dərindən hiss eliyirdi. Hətta hərdən çaşıb, Ceyranı çağırmaq istəyəndə, yadına düşürdü ki, Ceyran yoxdur. O bir daha Ceyran ilə eyni evdə yaşamayacaq. Hətta Ceyranın üzün belə nadirən görəcək.. Bu düşüncələr Tufanı yeyib, bitirirdi. Düşüncələrdə boğulmamaq üçün, qara, dəri divanından qalxıb, mətbəxə keçdi. Tufanın bu evidə Ceyran ilə yaşadığı evə bənziyirdi. Mətbəx salonla birləşik idi.
Eyni anda Ceyran divanında oturub, arxaya yaslanmışdı. Tavanı izləmək bu aralar onun alışqanlığı olmuşdu. Ev bom-boş idi..
Əslində, bom-boş deyildi hər şey yerli yerində idi. Lakin, Tufan və əşyaları yox idi. Bu isə Ceyranın evi bom-boş görməsi üçün yetərli bir səbəb idi.. Ceyran daha da salonda oturmaq istəmədiyi üçün ayağa qalxdı. Tam getməyə çalışdanda, masanın üstündəki güldanın içindəki ağ rozaların arasına sıxışdırılmış, kiçik bir not gördü. O vaxt itirmədən, kağızı götürüb, oxudu.
Öz əşyalarımı dolabından götürdüm. Mənə dair heç nə yoxdu artıq o evdə. Rahat ola bilərsən. Çıxdım artıq həyatından..
sevgilərlə Tufan Ata Xan.
Ceyran bu cümlələri təkrar-təkrar oxuyurdu. Hər təkrarında isə qəbul edə bilmədiyi reallıqlar üzünə sərt bir şəkildə dəyirdi. Tufan çıxıb, getmişdi artıq onun həyatından. Səhər çağı durub, Tufan ilə nahar edə bilməyəcəkdi artıq. Evdən Tufanın ətrinin qoxusu gəlməyəcəkdi daha.. O hər yemək bişirəndə Tufan gəlib, ona mane olmayacaqdı artıq. Ceyran tez qalxdığı divanana yavaş-yavaş çökdü bu səfər. Göz yaşları əlindəki notu islatmışdı çoxdan.. Nə ara ağlamağa başlamışdı ki Ceyran? Heç özüdə fərqində olmamışdı bunun. Ceyran bu səfər niyə ağlıyırdı? Tufandan ayrılması ağırlıq edirdi ürəyinə?
ŞİMDİ OKUDUĞUN
Ağ Qızılgül
Ficción General-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni? -onda mənə ən sevdiyin şeiri oxu -oxuduqdan sonra gedəcəksən? -hə.. -gələbilsəydim əyər.. eşqi təsvir etməzdim sənə. güləbilsəydim əyər.. gözlərimdən yaş axardı. qaça bilsəydim əyər.. yerimdən...