Artıq, 20 dəqiqə idiki yol gedirdik. Amma nə o danışırdı nə də mən. Bir az sakitləşmişdim. Ama danışmaq istəmirdim. Heç nə barədə danışmaq istəmirdim. Xan birdən maşını yolun qırağına çəkib, dayandırdı. Bura hara idi? "Ceyran" adımı səsləndi. Ama necə deyim, adımı onun ağzından eşitmək qəribə hiss ettirmişdi. Niyə heç bilmirəm. Ona baxdım. "Hə? Tufan." Açığı ona Xan deyə səslənmək istəyirdim. Ama hal-hazırda münaqişəyə yer yox idi. Gözünü yoldan çəkmədəm sözünə davam etdi. "Zəhmət olmasa birdə danışdığım yerdə telefonu üzümə söndürmə." Nə? Yəni bu qədər məsələ içindən buna takılmışdı sadəcə? Ya səbr. "Ciddi ola bilməzsən Tufan." Üzünü mənə çevirdi. Və gözlərimin içinə baxaraq kəmərini açdı. "Ciddiyəm, Ceyran." Maşından düşdü. Maşından niyə düşdü? Bura axı yolun qırağıdı. İçimdə qorxu hissi yaranmağa başladı. Yəqin məni öldürməyəcəkdidə hə? Mən tərəfdəki qapını açdı. Mən isə düşmək istəmirdim. "Qorxma öldürüb eləmiyəcəm səni." Çok saol ya. Maşından düşdüm. "Tufan neynirik? Niyə düşdük?" Gedib, maşının qabaq hissəsin açdı. "Maşının motorunda problem var. Vinç çağırardım ama gec gələcəklər. 10 dəqiqə gözlə düzəltməyə çalışacam." Evren həqiqətən yəni mənlə nəsə alıb verə bilmədiyin var sənin. Hər dəfəsində bundan pis nə ola bilər deyirəm. Hər dəfəsində də daha pis olur. Gün işığıda düz başımıza vururdu. Tufan bezib, koftasın çıxartdı. Yəni bir insan yolun ortasında niyə koftasın çıxardar axı?
"Ceyran, maşın sürə bilirsən?" Təbiikidə sürə bilirəm. "Təbiikidə." O maşının kapotun bağladı. Və koftasını maşını açıb arxa kresloya attı. "Otur sürücü kreslosunda. Mən maşını işə sal deyəndə işə salarsan." Onun dediyi kimi elədim. Çox güman arxadan maşını itələyəcəkdi. Bir iki dəfə cəhd etdikdən sonra maşın işləməyə başladı. Şükür. Görünür, çox yorulmuşdu. "Tufan, maşını mən sürərəm sən yoruldun bir az dincəl istəyirsən." Heç nə demədən gəlib mən tərəfdəki olan maşının qapısını açdı. "Düş." "Mənə əmr verm-" sözüm ağzımda qaldı ki, Tufan qolumdan tutub, məni maşından düşürtdü. "Tez min maşına xahiş edirəm." Nəsə olmuşdu deyəsən, sifətindəki mimika dəyişmişdi. Üzündə narahatlıq hissi var idi. Mən də ona heç nə demədən arxa qapını açıb, oturdum. O tez maşını işə saldı. Hara sürdüyü hakda heç bir fikrim yox idi. Özünnən soruşmadımda. Heç nə vecimə deyildi artıq. 30 dəqiqədən sonra maşını dayandı. Hara gəldiyimizə baxmaq üçün pencərədən çölə baxdım. Çox da böyük olmayan panaroma pencərələrə üstünlük verilmiş qara, klassik azərbaycan evlərinə oxşamayan bir evin önündə dayanmışdıq.
ŞİMDİ OKUDUĞUN
Ağ Qızılgül
General Fiction-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni? -onda mənə ən sevdiyin şeiri oxu -oxuduqdan sonra gedəcəksən? -hə.. -gələbilsəydim əyər.. eşqi təsvir etməzdim sənə. güləbilsəydim əyər.. gözlərimdən yaş axardı. qaça bilsəydim əyər.. yerimdən...