"Toğrul?" təəccüblə ona baxırdım.
"Tufan?" O isə 32 diş gülümsəyirdi həmişə olduğu kimi, "buyur keç qardaşım xoş gəlibsən"
"Xoş gördüm xoş gördüm" Toğrul içəri girdikdən sonra qapını bağlayıb, divana keçdik. "Nolub nəsə olub?" Dedim təlaşla.
"Dostumun evinə gəlmək üçün nəsə olmalıdı ki Tufan?" Əynindəki pencəyi soyunub, divanın başına attı. Təbiikidə onun bura gəlməsi üçün hər hansı bir səbəbə ehtiyacı yox idi. Mən getdikdə paranoyaklaşırdım deyəsən..
"Hey" Toğrul önümdə barmağını şaqqıltatdı. "Dünyadan Tufana burdasan?" bu aralar tez-tez fikirə gedirdim. "Burdayam" deyib, ayağa qalxıb, mətbəxə tərəf gettim. Sonra isə kofe aparatını işə salıb, dolapdan iki fincan götürdüm.
"Yazmırsan, soruşmursan heç bu aralar Toğrul hardasan? Ölmüsən ya yox? Mesajlarımada cavab vermirsən" Toğrulun mimikası bu səfər ciddi idi. Əslində, ona da hak verirdim çünkü heçnədən xəbəri yox idi. Bəlkə də, bu problemdən xilas olmağıma dostum kömək edə bilərdi..
Aparatın səsini eşitcək, söndürüb, iki kofe süzdüm.
"Kime deyirəme men?" Toğrula cavab vermədiyimə görə əsəbləşmişdi normal olaraq. Kofeləri masaya qoyub, divanda oturdum.
"Tufan qardaşım sən yaxşısan?" Toğrulun bir əli çiynimdə idi özüdə təlaşla mənə baxırdı. Ondaki narahatçılığı hiss edə bilirdim amma mövzuya hardan girəcəyim haqqında heç bir fikrim yox idi.
Zöhrəgildən 1 saat idiki gəlmişdim ev Ceyransız çox səssiz idi. Toğrul həqiqətən tam vaxtında gəlmişdi sanki..
"Bilmirəm inan bilmirəm Toğrul" kürəyimi divana söykəyib, gözlərimi yumdum. Baş ağrım daha da artmışdı. "Problem nədi? Gəlinbacıyla aranda nəsə olub? Evdə niyə təksən?"
Söykəndiyim yerdən ayağa qalxdım oturmaq istəmirdim. "Hər şeyi başdan danışıram" dedim nəfəsimi çölə verərək. "Aha eşidirəm" o isə pür diqqət məni izləyirdi.
*****************
"Şokdayam heç nə nə deyim bilmirəm? Yəni həyatın film kimi imişki.."
ayaqda qalmaqdan yorulduğum üçün divana təkrardan oturdum. "Hə demə day qorxu filmi özdə" dedim bezmiş bir şəkildə. "İndi sən əminsən ki? Bütün bu qəzalar Ziya əminin işidi?"
"Əminəm. Təəssüf ki, əminəm kaş olmayaydı amma elədi." Çarəsizcə, dirsəklərimi dizimə qoyub, üzümü əllərimin arasına aldım.
"Yaxşı, bəs bunları Ceyrana demisən?"
"Yox təbiikidə. Necə deyə bilərəm axı Toğrul?Atam ananla atavın qəzasına səbəb oldu, atavın komada olmağıvın səbəbi atamdı. Bu gündə atamın ucbatından az qalsın qəza keçirdin. Belə deyəcəm Toğrul?" Səsim çarəsizcə çıxmışdı. Amma Ceyrandan gizlətdiyim hər şey üçün özümə lənət oxuyurdum. "Ceyrana Ziya əminin ona imzalatdığı müqaviləni vəkil yolu ilə ləğv elətdirdiyivi demisən?"
"Yox. Dediyim an boşanmaq istəyəcək çox güman və Ziya bilsə, Ceyranla boşanırıq heç düşünmək istəmirəm nələr eliyər. Bilirsən, bu WUA üzvlüyünə takıntılı vəziyyətdədi." Masanın üstündəki soyumuş kofemi götürüb, 3 yudum aldım. Toğrul isə düşüncəli vəziyyətdə, baş barmağını alnında gəzdirirdi. "Bəs nə edəcəksən? İki variantın var Ceyrana hər şeyi danışmaq ki bunu eləmək istəmirsən. Ya da müqaviləni ləğv eləttirə bilmədiyivi deyib, evliliyi uzatmaq. Amma deyirsən ki, Ceyran bacısının təklifinin qəbul olunduğunu biləndən sonra evli dustaq şəkildə qalmaq istəməz. Bəs o pulu necə ödəyəcək?"
Əsəblərimi və baş ağrımı kontrol edə bilməyib, masadaki fincanı yerə çaxıb, ayağa qalxdım. "Bilmirəm! Bilmirəm! Bilmirəm.. heç nə bilmirəm. Çox yorulmuşam uje Toğrul.. başa düşürsən məni? Mənim niyə digər insanlar kimi normal atam yoxdu axı? Mən niyə normal həyat yaşaya bilmirəm axı? Camaat atasından gedir balığ tutmağa ya da nəbilim birlikdə bir şeylər eləməyə..
Mənsə, bütün günü görəsən ata dediyim şəxs bu gün nə fikirləşir bu gün kimin həyatın məhv edəcək? Deyə düşünürəm.."
Toğrul ayağa qalxıb, yanıma gəldi.
"Mən burdayam Tufan tək deyilsən qardaşım. İkimiz bir şeylər fikirləşərik bir yolun taparıq.. xahiş edirəm belə eləmə. Əgər sən gücdən düşsən onda nolar? Atan daha da gücləşər istədiyinə nail olar. Bilirəm yorulmusan amma güclü qalmaqdan başqa şansın yoxdu. Bax bu yükü mənlə bölüşdün ikimiz daşıyaq tək daşımaq məcburiyyətində deyilsən."
Mən şanslı idim ki, belə bir dostum var idi.
Əlimlə onun başın alnıma dirədim. "Sağol Toğrul" deyə bildim sadəcə.. O isə əllərini çiynimə qoyub, "hər zaman. Axmaq" dedi gülümsəyərək.
☀️☀️☀️☀️☀️☀️☀️
Ceyranın deyişi ilə;
Gözümü bir təhər güclə açdıqdan sonra, anamın qucağında uzandığımın fərqinə vardım. Anam hələ də yatırdı mənsə yavaşca yataqdan enib, ayağa qalxdım. Başımı sağa çevirdikdə isə, Zöhrənin kresloda yatdığını gördüm..
Yatağın yanındaki tumbanın üstündən telefonumu götürüb, saat baxdım. 09:39
Kresloya yaxınlaşıb, səssizcə Zöhrəni oyatmağa çalışdım çünkü, pis uzanmışdı boynu ağrıya bilərdi. "Zöhrə, bacıı, Zöhrəəə" səsim eşidilməyəcək qədər yavaş çıxırdı bir əlimlə də Zöhrəni oyatmaq üçün çiyninə vururdum. Budur şükür ki oyandı. O gözlərini yavaşca açıb, yuxu sərsəmliyi ilə mənə təəccüblə baxırdı. "Noldu Ceyran?" Səsi yuxulu idi. "Şşş yavaş anam yatıb. Dur get yatağında yat boynun ağrayacaq" dedim eyni səs tonu ilə..
Sonra ikimizdə qapıdan yavaşca çıxdıq.
"Daha hara yatıram? Saatdan xəbərin var sənin?" Pilləkanlar ilə aşağı düşürdük mən öndə o isə arxamda idi. "Yatmırsan yatma özün bilərsən. Mənə paltar verib, duş alıb xəstəxanaya gedəcəm"
Pilləkanları endikdən sonra, mətbəxə keçib, masada oturdum. "Yemək yeyək öncə sonra gedərik birlikdə" o əllərini yuyub, mətbəxdə nəsə hazırlamağa başladı.
Mənsə stulda oturub, telefonumu əlimə aldım.
Tufan kişisinden bir mesaj...
Tufan- sabahın xeyir, Ceyran. Necəsən?
Telefonu masaya qoydum. O mənə niyə bu qədər soyuq mesaj yazmışdı ki? Ya da o hər zamanki Tufan idi.
"Aloo sənə deyirəme qulaq asırsan mənə?" Başımı qaldıranda Zöhrə başımın üstündə mənə dik dik baxırdı. "Fikrim yayındı nə deyirdin?"
O yenə çevrilib, işinə davam etməyə başladı. "Deyirəmki, anamı aparacağıq bu gün xəstəxanaya? Yəqin ki atamın vəziyyətin demisən"
"Demişəm. Bilmirəm getmək istəsə apararıq"
Sonra isə sükut çökdü ortama. Nə mən danışdım nə də Zöhrə..
ŞİMDİ OKUDUĞUN
Ağ Qızılgül
Ficção Geral-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni? -onda mənə ən sevdiyin şeiri oxu -oxuduqdan sonra gedəcəksən? -hə.. -gələbilsəydim əyər.. eşqi təsvir etməzdim sənə. güləbilsəydim əyər.. gözlərimdən yaş axardı. qaça bilsəydim əyər.. yerimdən...