"Necə yəni heç nə olmamış kimi davranmağımızı gözdüyürsən? Bu gün bunları edən sabah nələr edər Tufan?" Dedim ona baxaraq. Haqlı idim çünkü, Ayanın psixoloji problemləri olduğu ortada idi. "Ceyran məni aldatmayıb, hər şeyi açıqladı o gün də həqiqətən sənlə görüşəcəyini deyib, ona attığın konumu göstərdi deyəcəm." Dedi Tufan. Önümüzdəki masadan stəkandakı suyu götürüb, başına çəkdi. "O da məcbur qalıb, nəsə bir bəhanə uyduracaq. Və məsələ bağlanacaq icazə ver bunu özüm həll edim." Tufan mənə tərəf çevrilib, gözlərimə baxdı. Biz eyni divanda oturmuşduq. "Sənə söz verirəm ki, onun sənə zərər verməsinə heç vaxt icazə vermiyəcəm." Ayağa qalxıb, Tufan son dəfə baxdıqdan sonra "ümid edirəm" deyə bilmişdim sadəcə. Sonra isə yuxarı otağıma çıxdım.
☀️☀️☀️☀️☀️☀️☀️
Tufanın deyişi ilə;
Ayan heç vaxt o şəkili medyaya verməz. Onun niyyəti Ceyran ilə məni ayırmaqdı. Bu məsələyə tez bir zamanda açıqlıq gətirməliyəm əks halda Ayanın nələrə qadir olduğunu mən daha yaxşı bilirəm. Hələ uşaq vaxtı parkta olanda bir qız onun ən sevdiyi ətəkdən geyindiyi üçün qızı sürüşkəndən gözümün qabağında itələmişdi. Yaxşı ki, qıza heç nə olmamışdı. Ayan uşaq olanda terapiyə gedirdi bəlkə də düzəldiyini bizə inandırmaq üçün elə davranırmış. O həmişəki Ayandı. Heç vaxt düzəlməyəcək. Bu məsələyə gələndə isə ilk o şəkili görəndə beynimə az qala qan sızsın. Ceyranın sevgilisi olduğu düşüncəsi belə dəli olmağıma səbəb ola bilərdi. Çünkü, yalan bu dünyada ən nifrət ettiyim şey idi. Ceyranın mənə bu haqda yalan danışması ehtimalı isə..
Nəysə. Mən də ayağa qalxıb, yuxarı çıxıb, otağıma keçdim. Əslində, duş alıb, yatmaq istəyirdim çünkü, duş almadan yata bilməcəkdim. Otaqdan çıxıb, Ceyranın otağının qapısını döydüm. Bir iki dəfə döydükdən sonra cavab gəlmədi. Qapını açıb, içəri girdim. Ceyran yatağında deyildi çox güman duş alırdı. Yuxarıdan gardropumdan bi iki paltar götürdükdən sonra, yatağın üstündə oturdum. Ceyrana ona zərə gəlməyəcəyi barədə söz vermişdim onu qorumalı idim. Ayannan, Atamnan, özümnən belə qorumalı idim onu. Buna görə birdə mənə yaxınlaşma demişdim ona. İndiyə qədər həyatıma girən qadınlar ilə dağlar qədər fərqi var idi onun. O hələ kiçik qız uşağı kimi idi.. zərif, həssas, qırılğan.
Elə bu an Ceyran duşakabindən çıxdı. Onun üstündə ağ incə mini gecəlik var idi. Saçları ıslaq vəziyyətdə önünə düşmüşdü. Məni görcək təəccüblənmişdi. "Tufan?" Oturduğum yerdən qalxıb, önünə keçdim. "Duş almalıyam." Deyib, duşakabinə girdim.
☀️☀️☀️☀️☀️☀️☀️☀️
Ceyranın deyişi ilə;
O sadəcə bunu deyib, duşa girdi. Tufan mənə gözlə görünən bir şəkildə məsafə qoymuşdu. Əslində olması gərəkən bu idi. Belə də olmalı idi. Nəticədə, dediyim kimi biz sadəcə iki yad insan idik. O artıq baxışlarını da məndən çəkmişdi..
Saçım sulu-sulu yatağıma girib, üstümü örtdüm. Saçlarımı daramayacaq qədər yorğun hiss edirdim. Sabah isə Sultan xanımın ad günü idi. Çox şeyi təşkil etmişdim əslində. Ad gününü öz evlərində qeyd edəcəkdik. Yeməklər, dəvət olunacaq adamlar hazır idi. Evi bəzəmə işi isə Ayanlıq idi. Ümid edirəm o da hər şeyi hazırlamışdı. Sabah səhər Timur ilə Telli isə analarını alışverişə aparacaqdılar. Çünkü, bu party sürpriz olmalı idi. Ümid edirəm sabah hər şey gözlənilən kimi olar.
☀️☀️☀️☀️
Səhər saat 9:30
Çalan ilk alarmda oyanmağı bacarmışdım. Durub axşamnan nəmli olan saçlarımı darayıb, əynimə açıq çəhrayı gül detaylı sadə don geyindim. Tək bir sep taxıb, ayaqqabı olaraq da ağ bir şey geyindim.
ŞİMDİ OKUDUĞUN
Ağ Qızılgül
General Fiction-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni? -onda mənə ən sevdiyin şeiri oxu -oxuduqdan sonra gedəcəksən? -hə.. -gələbilsəydim əyər.. eşqi təsvir etməzdim sənə. güləbilsəydim əyər.. gözlərimdən yaş axardı. qaça bilsəydim əyər.. yerimdən...