14

6 3 4
                                    

"qaqaaa" Sura həyəcanlı şəkildə Tufanın boynuna hoppandı. O Tufanı qucaqlayıp, öpdükdən sonra, Ceyranıda qəfildən qucaqladı. "Xoş gəlmisizzz"
Ceyran Suranın bu həyəcanlı halını görüb, gülümsədi. "Ad günün mübarək Sura" Ceyran ona aldığı hədiyyəni uzattdı.

Tufan Ceyranın Suraya həddiyə aldığını bilmədiyi üçün təəccüblənmişdi

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Tufan Ceyranın Suraya həddiyə aldığını bilmədiyi üçün təəccüblənmişdi. "Çooox gözəldii çox sağol Ceyran gəlinbacıı"
Sura yenidən Ceyranı gülümsəyərək, qucaqladı. "Gözəl qıza gözəl hədiyyə layiqdi. Birdə gəlinbacı deməsən olar? Ceyran de sadəcə" dedi Ceyran göz vuraraq. "Yaxşı" Sura ona gülümsəyərək cavab verdikdən sonra, hədiyyəsini açdı. Ceyran Tufana, Suraya aldığı hədiyyəsini verməsini işarə etdi. Tufan vaxt itirmədən Suraya aldığı hədiyyəni uzatdı.

"Bu ki çooox gözəldiii

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

"Bu ki çooox gözəldiii. Çox sağoll qaqa" Sura həyəcanla Tufanı yenidən qucaqladı. "Bəyəndiyivə sevindim narıncı baş"
"Ee qaqa elə demə mənə. Ana bir şey denəndə böyük oğluva"
Sultan xanım mətbəxdən əlində çaylar ilə içəri daxil oldu. Ceyran onu görcək tez əlindəki padnosu aldı. "Əziyyət çəkmə qızım" Ceyran padnosu masaya qoydu. "Nə əziyyəti Sultan xala"
Sultan gəlinindən çox razı idi. O Ceyranı qucaqlıyıb, gülümsədi. "Xoş gəlmisiniz qızım həmişə siz gələsiz"
"Xoş gördük"
Sultan gəlinini qucaqladıqdan sonra, oğlunu qucaqladı. "Xoş gəlmisən oğlum, ömrüm, nəfəsim" Tufanda anasını böyük bir həsətlə qucaqladı. "Xoş gördüm hərşeyim" Ceyran Tufanın anasına bu qədər bağlılığını görüb, onu anasından uzaq tutan Ziyaya, atasının qatili olan Ziyaya bir daha nifrət elədi. "Buyrun oturun uşaqlar. Sura sən də hədiyyələrini apar otağına"
"Yaxşı ana"
Ceyran və Tufan salondaki divanda oturduqdan sonra, çaylarını içməyə başladılar. Sanki, hər şey normal imiş kimi..
Tufan necədə istəyərdi normal bir ataya sahib olmaq. Oda çox istəyərdi ailəsi ilə birlikdə həqiqətən bir ailə olmaq..
"Atam hardadı ana?" Tufan ona ata deyəndə belə əziyyət çəkirdi. "Birazdan gələcək oğlum"
Ceyran ilə Tufan göz-gözə gəldilər çünkü onların planları saat 7 ə həll olunmalı idi. Ziya evdə deyilkən Tufan onun otağındaki açarı daha asant götürə bilərdi. "Siz burda gəlin qaynana söhbət edin, mən yuxarı otağıma çıxmalıyam"
"Nolub oğlum xeyirdi mi?"
"Otağımdan bir şey götürəcəm ana narahat olma"
"Yaxşı oğlum" Tufan Ceyrana gözü ilə anasını söhbətə tutmasını işarə etdikdən sonra, pilləkanlarla yuxarı çıxdı. O atasının otağının qapısının qolunu tutanda, Timur öz otağından çıxdı. "Qaqa?"
"Timur?" O böyük qardaşı Tufanı qucaqladı. "Xoş gəlmisən nə ara gəldin?"
"Otağından çıxsan xəbərin olardı"
"Hə düz deyirsən. Papagilin otağına niyə girirsən?"
"Mən eıı a-"
"Timuuur oğlum gəl aşağı! Çıx day otağından"
"Gəlirəm anaa"
"Sən düş aşağı gəlirəm mən də"
"Yaxşı qaqa" Timur vaxt itirmədən pilləkanlarla aşağı düşdü. Tufan tez otağın qapısını açıb içəri girdi.

Ağ QızılgülHikayelerin yaşadığı yer. Şimdi keşfedin