3 gün sonra...
"Həkim nə dedi Tufan?"
"İndi gələcək"
Tufan ilə Zöhrə baş həkimin otaqdan çıxdığını görüb, ayağa qalxdılar. Toğrul isə Həcər xanımgili gətirməyə getmişdi.
"Həkim bəy?"
"Tufan bəy, Ceyran xanımın vəziyyəti getdikcə yaxşılaşır. Lakin,.."
"Lakin?" Zöhrə təlaşla həkimə baxdı.
"Lakin, Ceyran xanım oyanmaq istəmir"
"Necə yəni oyanmaq istəmir?" Tufan ciddiyyətlə həkimə baxdı.
"Beyin oyanmaq istəmir. Artıq son gün narkoz verməyidə kəsdik amma beyin oyanmamaqda israrcıdı. Bu kimi stiusasiyaların səbəbi xəstənin ağır bir travma yaşamasıdı. Ceyran xanım oyanmaq istəməyəcək qədər nə yaşamış ola bilər? Bir məlumatınız var?"
Tufan ilə Zöhrə eyni anda bir-birlərinə baxmışdılar.
"Və ikinci hal isə Ceyran xanımın oyandıqdan sonra bəzi şeyləri xatırlamama ehtimalı var"
"Necə yəni həkim? Keçici yaddaş itkisi?"
"Xeyr, travmadan səbəbli unutmaq istəyəcəyi və beynin siləcəyi xatirələr ola bilər. Belə hallarla çox rastlaşmışıq. Amma tibb bacısı otaqdan çıxdıqdan sonra girib görə bilərsiz. Amma xahiş edirəm çox yormuyun xəstəni"
"Sağolun həkim"
"Siz sağolun Tufan bəy"
Baş həkim son cümləsini bitirdikdən sonra onlardan uzaqlaşdı. Tufan və Zöhrə isə ayaqüstcə çarəsizcə şüşədən Ceyrana baxırdılar.
"Beyin oyanmaq istəmir nədi Tufan?"
Zöhrə gözü dolmuş və səsi titək şəkildə Tufana baxırdı.
"Tamam qəbul eliyirəm. Ceyran atama çox bağlı idi onun itkisi ağır travma yarada bilər. Amma Ceyran həyatına davam edirdi. Etmirdi? Tufan etmirdi?"
Tufan isə susub, pərişan halda Zöhrəyə baxırdı. O danışmağa söz tapa bilmirdi.. Ceyranın bu hala düşməsinin tək səbəbi özüdü deyə düşünürdü. Tufan sadəcə, özünü günahlandırırdı.
"Mənim ucbatımdan.. hər şey mənim ucbatımdan!"
Tufan sürətli addımlarda ordan uzaqlaşdı. Zöhrə isə arxasından baxaraq qaldı. Sonra isə tibb bacısının otaqdan çıxdığını gördü.
"Bağışlayın, görmək olar bacımı?"
"Bəli, amma sadəcə 10-15 dəqiqə. Xəstəni çox yormaz"
Tamam çoz sağolun"
Zöhrə vaxt itirmədən bacısının olduğu otağa girdi. Yavaşca Ceyranın yanına yaxınlaşıb, kresloda oturdu. Onun gözündəki yaşlar istəmsizcə tökülürdü. Bacısının əlindən tutub, öz göz yaşlarını sildi. "Küsmüşəm səndən. Həkim dedi oyanmaq istəmirsən. Niyə oyanmaq istəmirsən? Heç bizi düşünmürsən axmaq?""Yalan dedim bacı, səndən küsməmişəm. Oyan artıq gedək evimizə. Bilirəm ki məni eşidirsən.. mən sənin həmişə yanındayam bacı. Oyan ki, bütün problemlərin üstəsindən birlikdə gələk."
Zöhrə bacısının əlindən bərk-bərk tutmuşdu. O otağın pencərəsindən anasıgilin gəldiyini görüb ayağa qalxdı və otaqdan çıxdı.
"Ana"
"Zöhrəm, görə bilərik?"
"Hə ama tək-tək yormamaq şərti ilə.."
Həcər xanım tez özünü içəri attı.
"Bacı həkimlər nə deyir? Bacım oyanacaq?"
Zöhrə balaca bacısını bərk-bərk qucaqlayıb, ayaqüstdə duran Toğrula baxdı. "Oyanacaq, sağalcaq. Hər şey yaxşı olacaq canımın içi"
***********
"Ayan ikinci dəfə soruşmayacam. O günün səhəri Ceyran gələndə nə oldu?"
Ayan kofesindən yudumlayıb, gülümsədi. "Əynimdə sadəcə sənin köynəyin var idi. Mən də pencərədən Ceyranın maşından düşdüyünü görüb, yuxarı çıxıb sənin otağına keçdim və yanında uzandım."
Tufan təəccüblə, Ayanın dediklərini dinləyirdi.
"Hə birlərəkdən də qapını açıq qoymuşdum. Ceyran da görüb qapı açıqdı. Girib içəri hətta yuxarı qalxıb, sənin otağıva girib və bizi görüb təsadüfən.."
Tufan əsəbini kontrol etməyə çalışırdı amma bacara bilmirdi. Əli ilə stola bərk şəkildə vurdu.
"Sənin başın xarabdı? Nə etdiyivin fərqindəsən sən? Axmaq!!"
"Niyə bu qədər abartırsan ki? Həm siz ayrılmamışdız ki?"
"Ay axmaq, Ceyran hal-hazırda hardadı bilirsən?"
"Hardan bilim?"
"Ağır avtomobil qəzası keçirdib, şükürlər olsun ki həyatdadı"
"Sən nə danışırsan Tufan? Ciddisən? Mən.. mən bilməzdim belə ola bilər.."
"Ayan biz Ceyranla bir-birimizi sevirik. Həmən də gün də bunu etiraf edəcəkdik. Dua elə Ceyran tez sağalsın yoxsa səni əlimdən heç kim ala bilməz!"
Tufan əsəblə oturduğu masadan qalxıb, çıxıb getti. Ayan isə kafedə tək başına qalmışdı.
***********
ŞİMDİ OKUDUĞUN
Ağ Qızılgül
General Fiction-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni? -onda mənə ən sevdiyin şeiri oxu -oxuduqdan sonra gedəcəksən? -hə.. -gələbilsəydim əyər.. eşqi təsvir etməzdim sənə. güləbilsəydim əyər.. gözlərimdən yaş axardı. qaça bilsəydim əyər.. yerimdən...