☀️

17 3 0
                                    

"Sən nə danışırsan?! Zöhrəni hardan tanıyırsan?" İki addım atıb, qarşısında dayandım. Ama bu səfər dik dayanmaya çalışırdım. O hər nə qədər məni zəif nöqtələrimdən vurmağa çalışsada. Dik dayanmağa çalışırdım. Ama bu çox gülünc idi. "Təkcə Zöhrəni yox, atavı, anavı, digər bacıvı hamısın tanıyıram. Ceyran" nə ilə qarşı-qarşıyaydım mən? Niyə belə olmuşdu? Evren mənlə nə kimi oyun oynuyurdu? Önə əyilib, iki qolunuda masanın üzərinə qoydu. Çox rahat idi. Üzündəki o saxta gülümsəməsidə əksik olmurdu. "Sən ağıllı qadınsan Ceyran." Bir adım daha atıb, düz qarşısında durdum. "Məqsədin nədi?" o da nəhayət, ayağa qalxıb, yavaş adımlarla pencərəsinin önündə durdu. Mənzərəyə baxırdı. İki əlini cibinə atıb, sözə başladı. "Zöhrə hal-hazırda kariyerasında önəmli addımlar atır. Sabah isə başvurduğu MMCİ dən ona təklif gəlməsini gözləyir. Əyər təsdiqlənsə başvurusu onu dayandırmaq çətin olacaq biznes aləmində. Yox əyər qəbul edilməsə çox təssüflər olsunki Zöhrə daha heç nə edə bilməyəcək. Məncə qəbul edilmə ehtimalı 100/90 dı. Amma fikirləş gör noldu?" Üzünü mənə çevirib, iki əlinidə yuxarı qaldıraraq, iyrənc gülümsəməsi ilə gözlərimin içinə baxdı. "MMCİ nin baş sədri mənim ən yaxın dostumdu. Təsadüfə bax sən." Məqsədini indi anladım. Məni ən sevdiklərimlə təhdit edəcəkdi. Ama bunu boyun əymiyəcəkdim. Lazım gələrsə, Zöhrə ilə özüm danışacaqdım. Özüm həll eləmə çalışacaqdım. Zöhrə ilə birləşərdik hər şeyin üstəsindən gələrdik. Buna əmin idim. " Səndən qorxmuram. Yəni bu təhditlə sənə boyun əyəcəyimi düşünməyin gülüncdü. Sən güclüsənsə, mən də WUA üzvüyəm Ziya bəy." Özün nə zənn edirdi? Prezident zad? O yenidən əllərini cibinə qoyaraq, rahat davranışlarından güzəştə getməyərək, əllərini cibinə qoydu. Və dərin nəfəs alaraq sözə başladı."nç nç nç Mən də səni ağıllı qız bilirdim Ceyran. Böyük xəyal qırıqlığına uğradım düzün desəm. İndi sən özlüyündə yəqin bu şeylə başa çıxacağını hətta Zöhrə ilə köməkləşəcəyini falan düşünürsəndir. Çox güman. Bu gülüncdü ama gülməyəcəm. Hal-hazırda olduğun ölkədə heç iş eləməmisən. Sənin ancaq əlin qolun xaricdə uzana bilər. Burada isə bütün cəmiyyətdə mənim sözümü tapdalayıb, sənə kömək edəcək bir şəxs belə yoxdu. Zöhrənin tək çıxış yolu MMCİ di. Və mən bir zəngimlə onun təklifin rədd ettirə bilərəm əzizim." Onun masasının yanındakı balaca qara rəng dəri divana çökdüm. Ayağda qalacaq taqədim yox idi. Sanki labirənt imişəm ama çıxış yolu yoxdu kimidi. Acıda olsa o reallığı danışırdı. Mən nə qədər güclü mövqedə olsamda, Azərbaycanda heçkimi tanımırdım. Bu vəziyyətdə Ziya Ata Xan a qarşı gəlmək isə axmaqlıq olardı. Bunun fərqində idim. Nə edəcəkdim? Kimnən kömək istəyəcəkdim? "Kömək istəyəcəyin heç kim yoxdu gözəl qızım. Sənə həyatıvın ən yaxşı imkanını verirəm. Ağıllı adam bunu heç vaxt rədd etməz" Başıma şiddətli ağrı girmişdi. Lənət migrenim həmişə ən olmadıq yerlərdə özün biruzə verir. Dərin nəfəslər almağa çalışdım. Ama boğulurdum. Beynimdə eyni anda milyondənə düşüncə var idi. "Bəs oğlun? Oğlun bunu qəbul edir? Ya da xəbəri var? Əslində ümidim yox idi. Belə bi atası varsa özünnəndə heç nə gözləmirdim. Çox güman sözsüz atasının dediklərin yerinə yetirirdi. O yavaş yavaş gəlib, masasının başında oturdu. "Əslinə qalsa oğlumun xəbəri yoxdu." Nə?! Bir dəqiqə nə?! Oğlunun xəbəri yoxdu? Yəni bu o deməkdiki qəbul etməmə şansı var? Evren xahiş edirəm bu səfər məni darda qoyma. O hər kimdisə qəbul etməsin. Onsuz normal insan bele bir şeyi qəbuı etməz. Kim tanımadığı biriylə evlənmək istəyərki? " Ama narahat olma. İndiyə qədər oğlum mənim bir dediyimi iki etməyib." Başımı iki əlimin arasına aldım. Ağrı gettikcə artırdı. Nə etməliydim? Nə edəcəkdim? Bunun kimi suallar beynimin içində period edirdi. Elə bu an zəhləmgetmiş Ziyanın masasındaki telefon çaldı. O isə tərrəddüt etmədən telefona cavab verdi. "Aha buyursun gəlsin" dediyin eşittim sadəcə. Masasındakı sudan bir yudum alaraq, sözünə davam etti. "Oğlum gəlir. Bu söhbəti elə onunlada burda danışarıq. Sözsüz qəbul edəcək." Başımnan qaynar sular töküldü. Axı bi insan necə belə bir şeyi sözsüz sorgulamadan qəbul edə bilərdi? Heç bir normal insan bunu etməzdi. Əyər  anormal insan deyilsə, təbiiki. Elə bu an qapı döyüldü. Ziya tərəddüt etmədən, yüksək səslə səsləndi. "Gir." Qapı açıldı. İnanırsız, başımı çevirib, sağ tərəfə baxmaq istəmirdim. Elə bu an evimə, otağıma işınlansaydım necə gözəl olardı. Ama nə işınlanma ixtira edilmişdi, nə də mən işınlana bilərdim. Çox təəssüfki. Cəsarətlənib, ayağa qalxıb, sağ tərəfimə baxdım. Qapının qarşısında 1,85 boylarında, qumral, geniş biri dayanmışdı. Geniş dedim çünki həqiqətən geniş idi. Onu başqa hansı sözlə təsəvvür edəcəyimi inanın bilmirdim. Gözləri deyəsən xamilyon idi. Kəskin çənə xətti var idi. Baxışları isə eləbil bu dəqiqə gəlib sizi öldürəcək kimi baxırdı. 3 saniyəlik göz gözə gəlmənin ardından əmin adımlarla mənə doğru gəlməyə başladı. Bu an ordan qaçmaq istədim. Qulağa gülməli gəlsədə, həqiqətən qaçmaq istədim. Ama buna baxmayaraq dik dayana bildim. O gəlib düz qarşımda dayandı. Gözlərini gözlərimnən çəkmirdi. Mənsə onun gözlərinə baxmaq istəmirdim. Sanki dərinliyə çəkilirmişəm kimi hiss edirdim. Sağ əlini uzattı. "Tufan Ata xan" hə o Tufan idi. Həyatıma birdən birə girən hər şeyi alt üst edən Tufan. Mən də əlimi uzadaraq əlini tuttub, gözlərinə baxdım. "Ceyran Aslanlı" o əlini əlimdən çəkib, atasının qarşısında sagdaki kresloda oturdu. Mənsə ayaq üstə donub qalmışdım. Əlimdə olsa qarşısına keçib atavın istəyin qəbul etmə deyə yalvarardım. "Salam Ata." Onun xor, qalın səsiylə ayıldım. "Salam, Oğlum xoş gəlmisən. Elə tam vaxtında gəldin. Ceyran qızım gəl otur istəyirsən, ayaqüstə qalma." Ceyran qızım? Bu an onu boğmamaq üçün özümü zor tuttum. Ama o kresloda oturub, olanlara şahitlik etməkdən başqa çarəm yox idi. Yavaş addımlarla istəksiz şəkildə soldaki kresloda oturdum.  Gözlərimi qaldırıb, onun tərəfə baxdım. Sifətində nə olduğunu anlamağa çalışan bir ifadə var idi.  Zəhləmgetmiş Ziya sözə başladı. "Tufan, səninlə keçən dəfə bir mövzu haqqında danışmışdıq. Yadındadısa əyər. Bu həmin o WUA üzvü Ceyran Aslanlıdır." Nə? Əvvəlcədən danışıblar? Necə yəni əvvəlcədən danışıblar? Oof. Bu çoxdan qəbul edib deməkdi. Oğluda kopya atası kimidi nə gözləməliydimki. Onun üzünə nifrəflə baxdım. "Hə ata yadımdadı. Ama mən sənə demişdim cavabımı. Belə bir şeyi heçvaxt qəbul edə bilmərəm." Ürəyim sürətlə döyünməyə başladı. Qəbul edə bilmərəm dedi. Bu dəqiqə sevincdən onu qucaqlaya bilərdiim. Çox çox çox sağol Tufandağ. "Tanımadığım, ilk dəfə gördüyüm biri ilə necə evlənməyimi gözləyirsən ata?" Ayssagol. Mən də bayagdan başa salmağa çalışıram atava vallah. Başa düşürki heç. "Xanımın üzünüdə deyərəm. Baxın xanım ola bilər məni bəyənmiş olabilərsiz. Hətta atamla razılaşmada edə bilərsiz. Ama evlənib evlənməyəcək şəxs mənəm. Atam deyil. Bunu doğruca mənim özümə desəydiz. Mənim qərarım net bir şəkildə onsuz *yox* olacaqdı. Bunu qəbul edə bilmərəm bağışlayın." Deyib, sürətli addımlarla otaqdan çıxdı. nƏ? Nə nə nə? Başım qarışmış şəkildə Ziyanın üzünə baxdım. O da təəccüblənmişdi. Axı o niyə təəccüblənmişdi? Mən hakda oğluna yalan deyən o idi. Bütün bu yalan hekayəni uyduranda o idi. O niyə təəccüblü baxırdı? Nə baş verirdi? Ziya özünü toparlayaraq, sözə başladı. " Ceyran xanım eıı çox üzr istəyirəm. Siz indi evinizə gedin. Oğlumla danışıb, sizə xəbər verəcəm" Allahım bunlar hamısı yuxu olsun. Və anam hal-hazırda məni yuxudan oyandırsın. Çünkü, yaşadığım şeylər normal deyil. Özümü çimdikləyib, yuxuda olmadığıma əmin olduqdan sonra, otaqdan sürətlə çıxdım. Və hətta sürətlə çıxdımsa, nə ara taksiyə mindimsə xəbərim belə olmadı. Hər şey o qədər tez baş vermişdiki. İndi nə olacaqdı. Ziya hərşeyi olduğu kimi oğluna danışmayıbsa, deməli oğlu yaxşı biridi və belə bir məntiqsiz şeyi qəbul etməzdi. Ona görə yalannan belə bir şey uydurub deməkki.

Ağ QızılgülHikayelerin yaşadığı yer. Şimdi keşfedin