☀️

11 3 0
                                    

"Ceyran ya bu maşında oturacaqsan ya da bütün gün yolun qırağında qalacağıq. Hansını seçirsən?" Tufanı öldürmək istəyirdim. Dediyin edəcəkdi buna əmin idim taksi çağırmağıda icazə verməyəcəkdi. Məcbur maşının arxa qapısını açıb oturdum. Onunla hər hansı bir dialoga girmək istəmirdim. Oda maşının sürücü kreslosunda oturub, maşını işə saldı. Üstəlik radyodan random bir mahnıda açdı.
Jeyhun Samedov-getmə
🔆🔆🔆🔆🔆
"Noldu qızım? Zaks elətdirdiz?" anamın bu sualı getdiyim fikirdən oyattı məni. Tufanın məni evə qoyub, özünündə evinə gettiyidən bu yana 40 dəqiqə keçmişdi. Anam ilə qonaqotağında oturub, yemək yeyirdik. "Hə ana. Eləttirdik." Çox güman sabahdan bir evə çıxacağıq. Yəni onunla bir evdə qalmağa başlayacam. Hər gün birlikdə olacağıq. "Sabahdan köçürsüz evə?" Dedi anam. "hə" anam bu gün ən sevdiyim yeməklərdən birini bişirmişdi amma bu yeməyi yeyərkən belə ləzzət ala bilmirdim. "Ceyran qızım nəsə olub? Dalaşmısız? Gələndən qanın qaradı." Dedi anam mənə salatı uzadaraq. Elə idiki? Qanım qara idiki? Nəyə qanım qara olsunki? Sırf Tufanın o cümlələri üçün qanım qaralacaqdıki? Yox məncə. Sadəcə yorğun idim. Amma fizikən deyil. "Sadəcə yorğunam ana. Doydum mən otağıma keçirəm." Deyib, ayağa qalxıb otağıma keçdim. Otağımdan ayrı düşəcəkdim. Ümid edirəm digər evdəki otağımda rahat olardım. Paltarımı dəyişib, yatağıma girdim. Çox yuxum gəlirdi gözlərimi yumub, yuxuya gettim.
🔆🔆🔆🔆
Tufanın deyişi ilə;
Şirkətdə önümə qoyulan sənətləri imzalamaq üçün otağımda oturmuşdum amma düşünməkdən heç nə edə bilmirdim. Bu gün Ceyranı incitmişdim amma bunu heç istəmədən etmişdim. Ceyranı incitmək bu həyatda istəyəcəyim ən son şey belə deyildi. Özümə lənət oxumuşdum. Birdən qapı döyüldü. "Gir" səsim yorğun çıxmışdı. "Tufaaan.." "Ayan??" İçəri girən mənim uşaqlıq dostum Ayan idi. Ayağa qalxıb, qucaqlaşdıqdan sonra oturduq. Ayanın atası ilə mənim atam dost idilər buna görə uşaqlığımız demək olarki bir yerdə keçmişdi. Sonra Ayan oxumağa başqa ölkəyə gettikdən sonra əlaqəmiz kəsilmişdi. "Sənnən nə əcəb gəlmisən?" Dedim ona baxaraq. "Hə gəldim darıxmışam buralar üçün. Ailəm üçün dostlarım üçün sənin üçün gör nə vaxtdandı görmürəm səni Tufan." 3 il olardı. Axrıncı dəfə Ayanının atası Əli bəyin ad günündə görmüşdüm onu. "Necəsən nə var nə yox? Sultan xalagil Telligil necədir?" Dedi mənə baxaraq. Ayan uşaqlıqdan bəri anam və bacım ilə çox yaxın idi. Anam ilə bacım da onu çox sevirdi. "Hamısı yaxşıdı çoz sağol. Mən də yaxşıyam ən azından yaxşı olmağa çalışıram sən necəsən?" Dedim telefonuma baxaraq. Bəlkə, o zəng eliyər deyə 1 dəqiqə içində 10 dəfə baxmışdım telefonuma. Bu gün çox böyük kobudluq etmişdim və onun könlün almalı idim. "Mənəmdə Tufan yaxşıyam. İşlərdə yaxşı gedir." Ayan moda dizayneri idi görünüşündəndə bilə bilərdiz. Həmişə çox abartılı və iddialı geyinərdi. Heç sevmədiyim bi tərzi var idi açıqcası. "Əla." Dedim. Ona baxaraq. Ortam çox sıxıcı idi. "Tufan barmağındaki o üzük nədi? Sən üzük taxmazdın." Dedi üzüyümə baxaraq. Mən evlənmişdim. Arada özümündə yadınnan çıxırdı. "A düzdü sənin xəbərin yoxdu evlənmişəm mən." Dedim ona baxaraq. Ayan birinci güldü ciddiyə almamışdı çox güman. Mənnən belə bir şey gözləməmiyi normal idi. "Aha əla zarafat idi. İndi əsl səbəbini de görüm." Mənimsə mimikamda oynama yox idi. Gülmürdüm. "Sən ciddisən Tufan? Evlənmisən yəni?" yox əşi bambılıyam axı yalandan nişan üzüyü taxım barmağıma. "Hə Ayan. Evlənmişəm." Dedim gülümsəyərək. Onun üzündəki mimika şokdan başqa heçnə deyildi. "Kim? Yəni kiminlə evlənmisən?" Evliliyim gizli olsa da nişanlı olmağım bütün medayaya yayılmışdı. Ayan nə əcəb görməmişdi? "Ceyran Aslanlı." Dedim ciddi bi səslə. "1ildən çoxduki münasibətimiz var. Sondada evlənmək qərarı aldıq." Ayan hələ də şok vəziyyətində mənə baxırdı. Bu qədər abartılacaq bir şey yox idi məncə. "Sən? Bir ildi bir qadınla münasibətin var? Və evləndin? Şokdayam." Özümdə şokdayam narahat olma. "Təbrik edirəm Tufaan. Xoşbəxt olun əminəm çox gözəl qadındı. Tez bir zamanda tanış elə bizi." Dedi gülümsəyərək. Ayan xaricdən soyuq görsənsə də, mehriban biri idi. Onu çox istəyirdim nadir tək tük dostlarımdan biri idi. "Çox sağol Ayan. Tanış edərəm." Ayan ayağa qalxdı. "Mən gedim bizimkilərlədə görüşüm bu gün gəldim və gələn kimi bura gəldim. Övladlıqdan rədd etməsələr yaxşıdı." Dedi gülərək. Bir dəqiqə nə? Bu gün gəlib və gələn kimi məni yanıma gəlib direkt olaraq? "Ciddisən sən? Dəli qız birinci ailəvin yanına gedərdində." Dedim ona baxaraq. "Nə edimə..? Birinci səni görmək istədim." Dedi çiynin sallayaraq. Çox qəribə idi. Qucaqlaşıb sağollaşdıqdan sonra yenə kreslomda oturdum.

Ağ QızılgülHikayelerin yaşadığı yer. Şimdi keşfedin