11

9 3 0
                                    

"Yəni səncə də bir az abartmamısan?" Ceyran ilə Zöhrə Ceyrangilin evində divanda oturub, iki bacş kofe içirdilər. "Yəni bir az abartmış ola bilərəm amma mənim belə şeylərə necə həssas olduğumu sən çox yaxşı bilirsən. Həm baş həkimdə məni təsdiqləyib, həmin o tibb bacısını cəzalandıracağını dilə gətirdi"
Ceyran bacısının bu cümləsindən sonra təəccüblənib kofesini masaya qoydu. "Nə? Yazıq deyil? O qız. Bəzən ciddən çox qəddar ola bilirsən"
"Mənəm qəddar? Qoy yaxşı elə olsun. Hə bu arada baş həkim dediki Tufanın dostu imiş Toğrul Qədir"
Ceyran Toğrul adını eşitcək ikinci dəfə təəccüblənmişdi. "Nə?? Deməli Toğrul daha azərbaycanda işləyir. Çox sevindim, Toğrul həm də Tufanın uşaqlıqdan dostudu. Çoox yaxşı biridi"
"Yənidə, bir az abartma istəyirsən gözümə bi tık özün bir şey hesab edən tip kimi gəldi"
"Off Zöhrə sənin bir insanı bəyəndiyin onsuz görünməyib, bəsdi sənallah"
Ceyran, bezmiş şəkildə boş fincanını götürüb, ayağa qalxdı sonra isə mətbəxə keçdi.
"Yaxşıda bacı nə dedimə mən? Həm bu mövzunu bağlayaq. Yeznə hardadır?"
Ceyran bi an duruxub, dayandı. O Tufanın harda olduğunu bilmirdi axı?
"İşdədi" deyə bildi sadəcə...
"Telefonuva zəng gəlir"
"Kofe süzürəm. Kimdi zəng edən?"
"Tufan"
Ceyran tez fincanı mətbəx mebelinin üstünə qoyub, tələsik gəlib, telefonunu götürüb açdı.
-alo?
-alo Ceyran salam
-salam canım
Tufan Ceyranın canım sözünü eşitcək yanında biri olduğunu başa düşdü əks halda Ceyran ona niyə canım desin ki?
-mən bu gün evə gec gələcəm. Məni gözləməzsən, yatarsan.
-nəyə görə?
-gecə şirkətdə işlərim var
-yemək hazırlayıb, qoyum yoxsa yox?
-yox əziyyət çəkmə
-yaxşı birdənəm hələlik
-hələlik
Ceyran zəngi bitirib, telefonu masaya qoydu.
Zöhrə isə Ceyranın Tufanın adını nəyə görə sadəcə Tufan olaraq, yazdığını düşünürdü. Yəni tamam Tufan olaraq qeyd edə bilər ancaq bu qədər sevdiyi həyat yoldaşının adını sadəcə adı ilə qeyd etməsi bir az qəribədir məncə, hələki bacımı tanıyıramsa, ən azından ürək samilikindən falan qoymalı idi.
"Həyat yoldaşıvın adını nə əcəb sadəcə Tufan olaraq qeyd edibsən?"
Zöhrənin bu qəfildən sualı səbəbi ilə Ceyran özünü itirmişdi. "Nəbilim məni tanıyırsan çoxda vıcık vıcık biri deyiləm" deyib, gülümsədi. "Sən də kofe istəyirsən süzüm?" O söhbəti dəyişdirməyə çalışırdı. "Yox bu günlük kofe ehtiyacımı qarşıladım təşəkkürlər"
Ceyran Zöhrənin bu cümləsindən sonra, əyləşib, kofesini yudumlamağa başladı. Lakin, kofe o qədər isti idiki onun dili yanmışdı. Bunu stressli olduğu üçün ettdiyi Zöhrənin gözündən qaçmamışdı. "İsti deyil?"
"O qədərdə yox" Ceyran ağznın yandığını bəlli etməmək üçün gülümsəyirdi. O indi Zöhrə birdə  Tufan ilə münasibəti haqqında sual verməsin deyə dua edirdi.
"Hə nə deyirdim,, bu arada siz necə tanışmışdız? Bu barədə heç bacıva danışmamısan" Zöhrə ayağını ayağının üstünə qoyub, qarşısında oturan bacısına baxırdı.
Ceyranın isə qorxduğu şey başına gəlmişdi. İndi o Zöhrəni necə inandıracaqdı axı?
"Danışmamışam? Hə düzü bu son hadisələr ucbatından heç qarşılıqlı oturub danışmamışıq. Biz Tufanla kitabxanada tanış olmuşuq."
"Kitabxana?"
"Aha. Yəni o bir neçə gəncə məsləhət verirdi. Mənsə arxadan onu dinləyirdim. Onun danışığı, düşüncə tərzi mənim çox xoşuma gəlmişdi. Həm o an sevdiyim şeirlərdən birini dilə gətirmişdi. Bu məni daha da cəlbetmişdi. Həmçinin sən demə Tufan da məni bəyənibmiş. Sonra isə danışıb, tanış olduq. Və işlər buralara qədər uzandı"
"Tam film səhnəsi kimi"
"Hə deməyə, həyatım onsuz bu aralarda film kimidi"
Həm də qorxu filmi kimi dedi Ceyran öz içində.
Zöhrə bacısının baxışlarını dəyqə başı qaçırtmağından şüphələnirdi. Amma Ceyran elə səlist cavab vermişdi ki ona sanki, bir yerdən cümlələri əzbərləyib, deyirmiş kimi..
"Bacı.."
"Haycan?"
"Mənə demək istəyibdə deyə bilmədiyin bir şey var?"
Ceyran Zöhrənin qəfildən verdiyi bu sualın altında əzilməyə başladı. Onun gözləri heç gözləmədiyi bir şəkildə doldu.
Sənə demək istədiyim o qədər şey var ki.. demək istəyib susduğum o qədər şey var ki.. ama sənin xoşbəxtliyin üçün mən susmaq məcburiyyətindəyəm Zöhrəm. Bağışla bacını..
"Yox birdənəm, hardan çıxartdın bunu? Həm səndən niyə bir şey gizlədimki?"
Zöhrə Ceyranın ona heç nə deməyəcəyinə əmin olub, çoxda üstünə getməmək qərarına gəldi.
"Nəbilime ümumiyyətlə soruşdum. Həm bilirəm sən məndən heç vaxt heç nə gizlətməzsən. Həm niyə gizlədəsənki?" Deyib, gülümsədi Zöhrə. Eyni andada Ceyranın mimikasını izləyirdi onun bu cümləyə verəcəyi emosiyanı güdürdü.. Ceyran isə sadəcə real olmayan şəkildə gülümsəyib, "əlbəttə" dedi...
☀️☀️☀️☀️☀️☀️☀️
Tufan şirkətdə otağında oyana buyana var-gəl edirdi. O tamam başını itirmişdi. Toğrul isə onun otağındaki dəridən olan qara divanda oturub, Tufanı izləyirdi. "Bəlkə dayanasan başım gicəlləndi"
"Bax deməli Ziyanın otağında masanın altında önəmli sənədləri olan bir siyirmə var. Ancaq kilitlidi və açarın yerini atamdan başqa heç kim bilmir" Tufan yorulub, nəhayət masasının kreslosunda oturdu.
"O sənəd nə sənədləridiki?"
Toğrul isə divanda oturuşunu pozmadan Tufanı izləyirdi.
"Mən Ziyanı tanıyıramsa, o mütləq qeyri-qanuni hər hansısa bir iş görüb, və buna aid sənədləridə o çəkməcədə gizlədir. Əgər biz o sənədlərdən ən az birini ələ keçirdə bilsək Ziya Ata Xan əbədi həbsxanalıq olar"
Tufan başını masaj etməyə başladı. O bu gün normal yemək yeməmişdi həm başı ağrıyır həm də yuxusu gəlirdi.
"Sadəcə, bir sənətlə onu içəri attıra biləcəyimizdən əminsən Tufan?"
"Yox. Bir neçə sübut toplamalıyıq. Səhər fikirləşdimki bəlkə də onun ağzından işlədiyi suçlar haqqında etiraf ala bilərik. Yəni əgər onun yanına gedib, gizlicə səsyazma etsəm buda bizim üçün önəmli sübutlar biri ola bilər"
"Bu əla fikirdi lakin deyəkki bunu bacardıq bəs o çəkməcədəki sənədləri necə əldə edəcəyik?"
"Çox güman siyirmənin açarı evdə atamın otağındadı. Ammaa problem o evə girib, o açarı tapmaqdı"
Toğrul ayağa qalxıb, Tufanına yanına gəldi və əlini onun çiyninə qoydu. "Get evə yemək ye yat. Pərişan haldasan. Sabah gələrəm şirkətə bunları detaylıca danışarıq olar?"
Tufan çevrilib, Toğrula baxdı.
"Çox sağol yanımda olduğuva görə"
"O nə deməkdi axmaq? Hər zaman"
"Saat neçədi?"
Toğrul cibindəki telefonu çıxardıb, saata baxdı.
"12:00"
*******************
Tufan Toğrul gedəndən sonra, şirkətdən çıxıb evə gəlmişdi. O maşının açarını və telefonunu masaya qoyub, gözü ilə Ceyranı axtardı. Çox güman Ceyran yatmışdı çünkü Tufan ona gec gələcəyini demişdi. Ceyransa gecə boyu yatmayıb, onu gözləmişdi. Zöhrə gedəndən sonra isə yemək hazırlayıb, soyuducuya qoymuşdu. Çünkü, Tufanın ac olacağından əmin idi. Qapı səsini eşidib, təsəlik otaqdan çıxıb, aşağı enmişdi. Masanın üstündə Tufanın maşının açarı ilə telefonu gördükdən sonra onun gəldiyindən əmin olmuşdu. "Yəqin WC dadı"
O bişirdiyi yeməyi, soyuducudan çıxardıb, isidici aparatına qoydu.
Elə bu an Tufan WC dən çıxıb, Ceyranı mətbəxdə gördükdə təəccüblənmişdi. "Ceyran? Sən hələ yatmamısan?"
Ceyran isə mətbəx mebelinə söykənib, alma yeyirdi. "Xoş gəlmisən Tufan bəy. Xeyr yatmamışam hətta bütün gecə yoldaşımın yolunu gözləmişəm"
Tufan Ceyranın gülümsəməsini və bu sözlərini görüb iki qat təəccüblənmişdi. "Niyə elə baxırsan? Zarafat edirəm. Yatmışdım səsə oyandım bəlkə ac olarsan deyə də enib, yeməyi isitmək qərarını aldım"
Axmaqsan Tufan? O niyə səni gözləsinki həm. Səs eliyib, qızı yuxusundan eləmisən afərin sənə!
"Mən səni oyatdığıma görə üzr istəyirəm. Həm ehtiyac yox idi niyə zəhmət etdin axı?"
Tufan yavaşca mətbəx stuluna yaxınlaşıb, oturdu.
"Üzrə ehtiyac yoxdu narahat olma. Həm nə zəhmət? Mən də acmışam" Ceyran isidici aparatından çıxartdığı krivetqalı makaronun üstünə pendir rəndəliyib, sos əlavə etdikdən sonra, qablara töküb sərvis etti.

Ağ QızılgülHikayelerin yaşadığı yer. Şimdi keşfedin