Ceyranın deyişi ilə;
"Həkim, atam bəs? Atam oyanacaq?" Dedim təlaşlı bir şəkildə..
"Baxın Ceyran xanım, atanız beyin ölümü yaşadığına görə sizə dəqiq heç nə deyə bilmərik. Atanız sabahda oyana bilər, bir həftə sonrada oyana bilər, 10 həftə sonra da oyana bilər."
İndi mən hər yatanda göydəki ən parlaq ulduz düşməsin deyə dua edəcəkdim?
Həyatda hər türlü çarəsizliyin acı verən tərəfləri olur amma ölüm çarəsizliyi aralarında ən incidən çarəsizlikdi.
Mən bu çarəsizliyi dadmaq istəmirdim. İstəmirəm.
Mən atamı istiyirəm ölməsini istəmirəm. Bilirəm mənim atam oyanacaq. Oyanmaq məcburiyyətindədi..
"Ceyran, Ceyran, Ceyrann" Tufan təlaşla məni sirkəliyirdi.
"Yaxşısan?"
Yaxşıyam? Deyiləm.
Mən son 3 aydı ki yaxşı deyiləm heç yaxşı deyiləm yaxşı ola bilmirəm.
"Zöhrə anama demisiz?"
Anam atamın komada olduğunu bilirdi?
"Yox. Hələ deyə bilmərik." Net bir şəkildə cavab verdi Zöhrə.
Deyə bilmərik desək nə olar? Anam daha da pisləşər. Yox deyə bilmərik..
Anamın olduğu otağa girdim, girməzdən əvvəl göz yaşlarımı silməyi unutmamışdım. Güclü görünməliydim.
"Anamm" onun baş ucuna keçib əlin əlimə aldım.
"Ceyranım? Sənsən?"
Səsi çıxmırdı..
"Mənəm anam, necə hiss eliyirsən?"
Saçını tumarlıyırdım..
"Mən yaxşıyam qızım narahat olma. Atan necədi?"
Gözlərimi qaçırtmamalı idim, yoxsa anam yalan danışdığımı başa düşərdi.
Gülümsədim saxtadan..
"Yaxşıdı oda narahat olma. Polis adama bir şey olar səncə?"
Yalanda ustalaşmısan Ceyran halaldı sənə.
İç səsim, iç səsimdən bəzən nifrət edirdim..
Anam gülümsədi. "Düz deyirsən heç nə olmaz ona"
Əlini daha da sıxı tuttum anamın.
"Bacında qayıtdı məndən xoşbəxti yoxdu Ceyran" dedi gülümsəyərək. Anamın gözləri parıldıyırdı artıq bir ildiki ilk dəfə o həqiqətən xoşbəxt idi..
Nə qədər xəstə yatağında olsa belə.
"Çöldədilər məndən sonra onlar içəri gələcək. Özüvü çox yorma anam" deyib üzünnən öpdüm anamın.
Yavaş addımlarla otaqdan çıxdım, çıxmağımla birlikdə Zöhrə ilə Məryəm girdi otağa.
"Ceyran yaxşısan?" Tufan qolumdan tutub, mənə baxırdı təlaşlı bi halda.
"Burax" deyib, yanından keçməyə çalışdım, nəfəs ala bilmirdim çünkü..
"Sual verirəm axı sənə? Niyə belə eliyirsən? Naraha-"
"Yaxşıyam? Səncə yaxşıyam Tufan? Anamın ad günü valideynlərim qəza keçirtdi. Atam komadadı nə vaxt oyanacağı bəlli deyil. Yaxşıya oxşuyuram Tufan?"
Dedim gözlərinə baxaraq.
"Bilirəm ama-"
Əlimlə qolunu qolumdan çəkdim.
"Bir az nəfəs almaq istəyirəm. Xahiş edirəm.."
Deyib, ordan uzaqlaşdım. Tufanın arxamca gəlməsini istəmirdim..
☀️☀️☀️☀️☀️☀️☀️
Tufanın deyişi ilə;
Hal-hazırda Ceyranın üstünə çox getməməli idim. Nəfəs almağa ehtiyacı var idi və yaşadığı şeylər asand şeylər deyildi.
Elə bu an telefonuma zəng gəldi..
Ziya Ata Xan calling you..
-alo?
-alo Tufan hardasan? Eşitdiyim xəbər doğrudu? Hansı xəstəxanadasız?
-konum atıram.
-ən son mənim niyə xəbərim olur?
-başım qarışıq idi ata.
-ananla gəlirik.
call ended.
Ziya Xan bura gəlir.
Bir dəqiqə Zöhrə axı burdadı? O Zöhrəni görsə, şüphələnə bilər..
Sakitləş Tufan məntiqli düşünməyə çalış.
Xəstəxana kolidorundaki divara söykənmiş sıra stullarından birində oturub, başımı iki əlimin arasına aldım.
Məntiqli düşün Tufan.
Ziya olsaydım nə düşünərdim? Zöhrə niyə birdən-birə qayıtdı? Çünkü, qəza oldu.
Ceyranın Zöhrəyə evliliyin saxta olduğu haqqında danışması 100/50 ehtimaldı. Amma bunu eləməz çünkü, Zöhrənin işinin itirməsini gözə almaz. Əyər gözə alsaydı başdan bu müqaviləni qəbul eləməzdi.
Dərindən nəfəs aldım..
Elə bu an yanıma biri oturdu. Başımı sağ tərəfə çevirəndə onun Ceyran olduğunu gördüm.
Başını çiynimə söykədi..
"Üzr istəyirəm" səsi ağlamaqlı idi..
Çevrilib, onu sıxı-sıxı qucaqladım əyər ağlamaq istəyirdisə məni qollarımda ağlaya bilərdi.
"Gül, ağla, əsəbləş, küs, vur. Amma mənim yanımda ol məndən qaçma" qulağına fısıldadım.
İndi bir xəstəxana kolidorunda oturub, sıxı-sıxı qucaqlaşan iki yad insan idik? Axı yad insanlar qucaqlaşmazdı.. axı yad insanlar bir-birini qucaqlayıb, ağlamazdı?
Onun saçını qoxladım çünkü ehtiyac duyduğum tək qoxu bu idi. Öpdüm saçlarından, sığalladım saçlarını.. tək deyildi axı o? Mən var idim yanında. Tək olmaq məcburiyyətində deyildi axı?
Hönkürə-hönkürə ağlamağa başladı.. daha sıxı qucaqladım onu... ağlamalı idi.. ağlamalı idiki nəfəs ala bilsin ağlamalı idiki içini boşalda bilsin ağlamalı idiki daha da güclənsin.
"Burdayam" dedim ona.
☀️☀️☀️☀️☀️☀️☀️
Ceyranın deyişi ilə;
"Burdayam" dedi mənə.
Bu sizə görə bəsit bir kəlmə ola bilər amma bəzən biriləri burdayam deməlidi..
Deməlidiki tək hiss etməyəsiz. Mən o an tək hiss eləmədim çünkü Tufan yanımda idi. Tufan çiyinlərimdəki yükü paylaşmağa hazır idi. O burda idi.
Yavaş-yavaş sakitləşməyə başladım və dərindən nəfəs almağa çalışdım.
"İndi daha yaxşıyam" dedim gözlərinə baxaraq.
Gülümsədi.. dodağının kənarındaki çuxur yenə yarandı, gözləri azda olsa yenə qısıldı..
Mən də gülümsədim. Çünkü tək deyildim o var idi. Biz bu sirri birlikdə bölüşürdük..
☀️☀️☀️☀️☀️☀️
Zöhrə Aslanlının deyişi ilə;
Anamın olduğu otaqdan çıxdıqdan sonra, Ceyran ilə Tufanı stulda oturub, qucaqlaşan gördüm. Açığı bu mənzərə az da olsa məni sevindirmişdi çünkü, bacımın ilk dəfə həqiqətən birinə belə baxdığını görürdüm və hamısından önəmlidə ilk dəfə bacıma belə baxan birini görürdüm. Necə deyim sanki, bir-birləri üçün yaradılmışdılar.
Elə bu an kolidorda biz tərəfə yaxınlaşan 4 kişi gördüm. Biri ortayaşdan biraz çox kişi idi yanında isə qızıl saçlı gözəl bi qadın var idi amma oda yaşlı idi buna baxmayaraq necə belə gözəl qala bilmişdi? Arxalarında isə iki dənə təxmini Məryəmlə yaşıd gənc var idi. İkisidə öndəki qadına oxşuyurdu..
"Tufan"
Tufanla Ceyran onları görcək ayağa qalxdılar və qızıl saçlı qadın Ceyranı qucaqladı. "Gözəl qızım keçmiş olsun"
"Çox sağolun" deyə Ceyran cavab verdi. Yanımdaki Məryəmə çevrildim. "Bunlar kimdi?"
dedim Məryəmə baxaraq.
"Ziya Ata Xan, Sultan Ata Xan, Timur Ata Xan, o da Sura Ata Xan"
Hə deməli, bunlar bacımın qayınları idi.
Amma Ziya deyilən o adam mənə niyə elə baxırdı? Və Ceyran birdən-birə niyə stressləndi?
"Ortancı bacım Zöhrə Aslanlı" deyə tanıtdı Ceyran məni. Ziya bəylə əl ilə görüşdükdən sonra Sultan xanımlada əl ilə görüşmək istəyəndə məni özünə çəkib, qucaqlamışdı. Görünür mehriban biri idi amma belə səmimiyəti çox sevmirdim.
"Siz üçünüzdə klonlanmısız eləbil, üçünüzdə bir-birinizdən gözəlsiz" dedi narıncı saçlı oğlan adı yadımdan çıxmışdı. Bacısı qoluna vurub, səssiz olmağını işarə etti. "Sağol, sağol" deyə cavab verdi Məryəm.
"Ümid edirəm ananla atan tez bir zamanda sağlıqlarına qavuşarlar Ceyran qızım" Ziya bəyin səsi net çıxmışdı. "Sağolun Ziya əmi"
Amma qəribə nəsə var idi Ceyran niyə bu qədər stressli idi və deyəsən qaynatasından arası o qədərdə yaxşı deyildi. "İçəri girə bilərik qızım?" Sultan xanım Ceyrana tərəf çevrildi. "Hə amma 10 dəqiqədən az qalmalısız ana" Ceyranın yerinə Tufan cavab vermişdi.
Səbəbini bilmirdim amma ortam çox gərgin idi. Sultan xanım gülümsəyərək, əlindəki buketlə və Ziya bəylə anamın otağına girdilər.
"Açığı Ceyranın bacısı olduğunu bilmirdik sürpriz oldu" dedi Timur. Onun bu cümləsinə sadəcə gülümsəmişdim.
"Siz hansı sənətlə məşğulsuz?" Dedi mənə baxaraq.
"Biznes" dedim sadə bir şəkildə.
"Oooo yaraşar yaraşar" bu oğlan niyə bu qədər çox danışırdı?
"Timur qardaşım bura xəstxanadı axı eləbil bir az sakit dur." Dedi Tufan ciddiyyətlə.
Timur isə heç nə deməyib, susmuşdu.
"Ceyran yaxşısan?" Dedim ona baxaraq.
"Hə? Hə yaxşıyam nolubki?"
Əyər bir qram tanıyıramsa o hal-hazırda çox gərgin idi və bu gərginlik Tufanın ailəsi gələndən sonra olmuşdu. "Heç nə üzün solğundu nəsə ona görə soruşdum"
"Yemək yeməyib, ona görə elədi" dedi Tufan mənə baxaraq.
"Yenə yeməyini yeməmisən?" Dedim əsəbi bi tonda Ceyrana. Və qolundan tutub, "gəl bir şeylər atışdır" deyib, onla oradan uzaqlaşdım.
"Yaxşı bu qədər əsəbləşmə yeyəcəmdə" dedi mənə baxaraq, biz artıq xəstəxananın həyətində idik. Xəstəxana ilə üzbə-üz böyük market var idi. Onun qolundan tutub, marketə doğru irəlilədim. "Zöhrəə burax day qolumu" marketin önündə dayandıq. "Danış görüm nolunb?" gözlərinə baxırdım.
"Nə nolub?" Oda mənə baxdı.
"Stressli və gərginsən" dedim. Gözlərinə baxırdım çünkü gözlərini qaçırtdığı an yalan danışdığın biləcəkdim.
"Nəsə olub danış görüm nə olub?"
xahiş edirəm gözlərini qaçırtma xahiş edirəm qaçırtma xahiş edirəm qaçırtma xahi-
"Acam ona görə bəlkə də" deyib, gözlərini qaçırtmışdı..
Və o yalançı gülümsəməsini əksik etməmişdi. Bilmədiyim bir şeylər var idi amma onun üstünə gedərək öyrənə bilməyəcəkdim. Özüm öyrənməli idim ona görə ona inanmış rolu apardım.
"Onda girək nəsə alaq" deyib, marketi gösdərdim.
☀️☀️☀️☀️☀️☀️☀️
Tufanın deyişi ilə;
Anamgili yola saldıqdan sonra, Həcər xanımın otağının qabağına gəlmişdim. Amma Ceyranla Zöhrə yox idi. Məryəm isə koldiordaki divara birləşik stulda oturmuşdu. Ceyran Ziyanı görcək, stresslənmişdi çünkü, Zöhrə də burda idi və Ziyanın bacısının həyatını məhv etməsindən qorxurdu normal olaraq. Zöhrə isə Ceyranın niyə bu qədər gərgin olduğundan şüphə etmişdi deyəsən. Ümid edirəm Ceyran bir şeylər bəlli etməz. Çarəsizcə, gedib, Məryəmin yanında oturdum. Onu burda tək qoymaq istəmirdim.
"Necəsən gözəllik" dedim əlimlə saçını qulağının ardına çəkdim. O hələ uşaq idi və asand şeylər yaşamamışdı. "Yaxşı olmağa çalışıram enişte"
"Enişte?" çiynini qaldıraraq "nə edim qayın sözü o qədər də yaxşı səslənmir" dedi mənə baxaraq. Mən isə onun bu sözünə gülümsəmişdim. "Enişte deyə bilərəmdə yəqinki?" Dedi mənə baxaraq. Hə mənasında başımla təsdiqləmişdim.
"İnciməsən bir şey deyə bilərəm?" Dedi amma bu səfər mənə baxmırdı. İkimizdə Həcər xanımın qaldığı otağın boydan pəncərəsindən ona baxırdıq.
"Əlbəttə" dedim.
"Qardaşın sənin tam əksindi çox danışan və ciddi biri deyil işi gücü zarafatdı" dedi. Yenə gülümsəmişdim çünkü, o haqlı idi. Timur mənim tam əksim idi..
"Niyə inciyim? Düz deyirsən" dedim.
"Sura isə tamam fərqlidi o ikinizədə oxşamır" dedi Məryəm. O haqlı idi Sura bizdən çox fərqli idi o çox ağıllı və çox olqun bi qız idi.
"Haqlısan" deyə bilmişdim sadəcə..
Elə bu an sol tərəfimizdən kolidorun başından Ceyran ilə Zöhrə döndü. Əllərində klok var idi.
"Al Məryəm ac qalma" Zöhrə əlindəki kruvasanı Məryəmə atmışdı. Ceyran isə gəlib, yanımda oturub, mənə sandviç uzatmışdı. "Sən yesən mən də yeyərəm" dedi mənə baxaraq. Və bilirdim ki inatçı biri idi ona görə sandviçi alıb, plastik qabınnan çıxartdım. "Yeyirəm" dedim ona baxaraq. Zöhrə isə bizi izləyirdi..
"Mənə kruvasan onlara sandviç? Hanı ədalət?" Dedi Məryəm bizə baxaraq.
Üçümüşdə gülümsəmişdik tək gülməyən Məryəm idi. "Birazdan evə gedəcəyik normal yemək yeyərsən belə şeylər zərərlidi" dedi Zöhrə ona baxaraq.
"Zöhrə uşaqlıqdan belədi ancaq ev yeməkləri sağlıqlı ərzaqlar falan filan sporunda heç əksik etməz bildiyin sağlamlıq xəstəsidi" dedi Ceyran fısıldayaraq.
"Başa düşdüm" dedim amma məndə fısıldamışdım.
"Həkimlər atam barəsində bir şeylər dedi?" Zöhrə mənə baxırdı. "Yox heçkim bu barədə heç nə deməyib" dedim ona baxaraq. "İstəsəz gedim həkimlə danışım" dedim Ceyrana baxaraq.
"Zəhmət olmasa" səsi yavaş çıxmışdı...
☀️☀️☀️☀️☀️☀️☀️
Ceyranın deyişi ilə;
Tufan atam sağlığı və müalicəsi haqqında bir şeylər öyrənmək üçün baş həkimin yanına getmişdi. Zöhrə isə gəlib, Tufanın yerindi oturmuşdu. İndi üçümüzdə stullarda oturub, pencərədən anamı izləyirdik.
"Həkim anamı bi iki günə buraxa biləcəklərini dedi. Məndə öz evimə aparmağı fikirləşdim həm orda ona baxacaq köməkçim də var. Tibb bacılarıda olacaq" Zöhrənin səsi net çıxmışdı. Məntiqlə düşünən bu fikir anamın sağlığı üçün ən məntiqli fikir idi. "Yaxşı" deyə bilmişdim sadəcə.
"Bəs atam? Atamı necə deyəcəyik anama?" Məryəm təlaşla bizə baxdı. "O Ceyranın işidi ən böyüyümüz odu" Zöhrənin azda olsa dəyişdiyini düşünürdüm amma yanılmışdım. O yenə işinə gəlmiyəndə *ən böyüyümüz Ceyrandı o eləməlidi* cümləsini işlətmişdi. Bu acı olsa da, reallıq idi ən böyük mən idim və ən çətin qərarları mən verməli idim..
"Mən deyərəm" səsim net çıxmışdı.
10 dəqiqə üçümüz səssizcə anamı izləmişdik...
"sabah görəbiləcəyinizi dedi başqa bir şey demədi" Tufanın səsi ilə ayıldım.
"Araşdırdım. Beyin ölümü keçirdən xəstənin həyata qayıtma şansı yoxdu həkim bizi aldadır"
Zöhrənin bu cümləsini eşitdiyim an alqılamağa çalışdım amma edə bilmədim. Buna inanmaq istəmirdim 1% olmalı idi axı.. Atam bizi belə buraxa bilməzdi axı?
"Kəs səsini, atam oyanacaq"
Deyib, ayağa qalxdım. Sonra isə arxama baxmadan sürətli addımlarla uzaqlaşdım ordan.
☀️☀️☀️☀️☀️☀️☀️
1həftə sonra..
Zöhrə anamı öz evinə yerləşdirmişdi və anamın sağlığı yavaş-yavaş yaxşılaşırdı.
Atam isə necə idisə elə idi heç bir irəliləmə olmamışdı..
Anamın neçə gündü atan necədi? Sualını Zöhrə keçişdirirdi, atamın beyin ölümü yaşadığı reallığını anama mən deyəcəkdim buna görədə hazırlaşıb, evdən çıxdım.
Tufan kişisi arıyor...
-alo?
-Ceyran gettin?
-yox maşına indi minirəm.
-gəlim məndə?
-yox neçə gündü əldən düşmüsən onsuz şirkətdəki işlərlə məşğul ol mən özüm həll eliyəcəm.
-nəsə olsa zəng elə flash' ə çevrilərəm
-of Tufan bu halda belə üzümü güldürə bilirsən nə deyim sənə
-göründə indi Ceyran xanım qədrimi bilin
-çalışaram
-ha ha ha maşını yavaş sür
-ha ha ha
-hələlik
-hələlik
arama sonlandırıldı..
maşının pencərələrini endirdim kondisanerdən daha çox təmiz hava almaq istəyirdim.
Bir az getdikdən sonra polis yoxlaması olduğu üçün maşını yavaşlatdım və kəmərimi taxdım.
Telefonum maşınıma bağlı olduğuna görə zaretqamın az olduğu bildirimi gəldi amma bu çoxda vecimə deyildi. Random bir mahnı açıb, yola davam elədim.
Zöhrə kişisinden səsli zəng..
-alo?
-alo hardasan?
-yoldayam gəlirəm.
-anamın ürəyi turşu xiyar istəyir marketdən ala bilərsən?
-bu vaxtı? turşu xiyar? yaxşı tapıb alaram.
-anamı bilmirsən güya?
-hə əvvəldən qəfildən ürəyi bir şey istəyirdi və atam yerin dibində olsa da o şeyi tapmalı idi
-hə..
-davay zaretqam azdı
-hələlik
arama sonlandırıldı..
Artıq 1 həftə keçmişdi amma atam sadəcə yatırdı. Həkim yaxşılaşmasının ehtimalının az olduğunu hətta sıfır olduğunu demişdi. Amma buna inanmaq istəmirdim..
irəlidə yolun qırağında böyük market gördükdən sonra yavaşlamağa çalışdım amma qəribəlik var idi maşın yavaşlamırdı tez dayandırmaq üçün əyləcə basdım amma əyləc işləmirdi maşın dayanmamışdı daha doğrusu nə yavaşlıyırdı nə dayanırdı. Marketi keçdim, ayağımı dəfələrcə əyləcə basmağıma rəğmən maşın dayanmırdı..
ayağlarım əsməyə başladı, ürəyimin ritmi sürətlənirdi maşın çoxda sürətli getmirdi amma panik atak keçirtməyə başlıyırdım. Təlaşımı kontrol altına alıb, maşına *Tufan kişisinə zəng elə* dedim.
Tufan kişisi aranıyor...
ŞİMDİ OKUDUĞUN
Ağ Qızılgül
General Fiction-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni? -onda mənə ən sevdiyin şeiri oxu -oxuduqdan sonra gedəcəksən? -hə.. -gələbilsəydim əyər.. eşqi təsvir etməzdim sənə. güləbilsəydim əyər.. gözlərimdən yaş axardı. qaça bilsəydim əyər.. yerimdən...