Bölüm 3-Günlər keçirdi

473 49 3
                                    

Günlər keçirdi...Onlar bir yerdə daha çox vaxt keçirir və daha çox söhbətlər edirdilər.
-Heç sevmisən?-Ömər soruşurdu.
-Hə.Amma sonra əl çəkdim bu sevdadan.Mən azad adamam-Yasəmən azca utanaraq cavab verirdi.-Bəs sən?
-Sevgi mənlik deyil.
-Niyə?
-O məni öldürər.
-Niyə?-Yasəmən gülərək birdə soruşdu.
-Mənim sevəcəyim qız gözəllərin içində ən gözəli olmalıdır.Mənim ilahi sevgimə layiq olmalıdır.Belə bir qız dünyaya gəlibmi görəsən?-Ömər gülümsədi və davam etdi-Həmdə canavar ömründə bir dəfə sevir.Mən o bir şansı belə tez itirmək istəmirəm.
-Vay vay vay.Canavarım mənim.
Hər gün universitetdən çıxanda bərabər gedirdilər evə.Xoşbəxtlikdən yolları da eyni idi.Ömər həyatının belə istiqamətindən məmnun idi.Boynuna almaq istəməsədə beyninin dərin künclərinin birində bu qızı sevdiyini dərk edirdi.Heç biri hələki konkret söz deməsə də söhbətlərində bir-birlərini sevdiklərinə dair eyhamlar vururdular.Hərdən daha dərin və mənalı söhbətlər edirdilər.Belə söhbətlər Ömərin daha çox xoşuna gəlirdi.
-Bizdə hələ 19-cu əsr mədəniyyətidir-Ömər deyirdi.
-Necəki?
-Məncə qızlar çox sıxışdırılır.Burda qadına şəxsi mülkiyyət kimi baxırlar.Sanki bu mənimdir əl vurmaq olmaz.Belə bir şey.
-Hə.Düzdür.
-Hələ kəndlərdə vəziyyət daha faciəvidir.
Hərdən də Yasəmən Ömərin dilinin altındakı sözü çıxarmağa çalışırdı.
-Mənimlə niyə belə yaxınsan?-deyə soruşurdu.
-Şəxsiyyətin xoşuma gəlir.Bir insan kimi dəyər verirəm sənə.-Ömərsə hələdə hislərindən əmin deyildi.
Deyəsən rejisorlar filmlərdə çox da şişirtmirlər.Deyəsən ilk baxışdan sevgi həqiqətən də mümkündür.Ömər hiss edirdi ki,Yasəmənə görə edə bilməyəcəyi şey yoxdur.Onun üçün bütün dünyanı qarşısına ala bilər.Hərdən keçmiş günlər yadına düşürdü.Dostları ilə söhbətləri...''Mən heç kimi sevməyəcəm.Sevgi mənə görə deyil"Ömər indi keçirdiyi hislərdən utanırdı.Bilmirdi niyə amma utanırdı.Ömər Yasəməni dəlilər kimi sevirdi.Gecələr dənizə açılan yataq otağının pəncərəsindən baxarkən üzündə yaranan səbəbsiz gülüşlərin sayı da artmışdı. Yuxularındakı və xəyallarındakı görüntülərdə indi daha rəngli idi.Ömər hər gün beyni ilə ürəyinin mübahisəsini dinləyirdi.Beyni deyirdi:
-Yasəməni qısa vaxtdır ki tanıyırsan onu necə sevə bilərsən axı?Zaman-zaman qarşına sevilməyə layiq qızlar çıxmışdı.Sən isə onların heç birini sevmədin.Onlar bu qızdan qat-qat gözəl idilər.İndi nə olub sənə axı?
Ürəyi isə bir müddət susur nə cavab verəcəyini bilmirdi.Axırda isə qulaqlarını tutub bu sözləri deyirdi.
-Əşi əl çək.Sevirəm vəssalam.
Ömər hiss edirdi ki bu hiss hər nəysə onun ruhunu təmizləyir.Ömər indi daha ağıllı və daha ürəyi təmiz olmuşdu.Və bu onun xoşuna gəlirdi.
Bir dəfə evə gələn yolda Yasəmən dedi:
-Mən insanlara heç inanmıram.Get-gedə paranoik oluram deyəsən.
-Amma mənə inan.Mən yaxşı adamam-dedi Ömər.
-Sən fərqlisən daha çox.
-Yox mən elə düşünmürəm-Ömər təvazökarlıq eləmədi.Səmimi şəkildə fikrini dedi.
-Yox sən yaşına görə çox ağıllısan.Sən....nə bilim eee....fərqlisəndə.
-Sadəcə çox kitab oxuduğumdan ola bilsin ki fikirlərim daha dərin və fəlsəfi olsun.Amma belə mən də adi insanam.
Yasəmən yarı zarafat yarı şıltaqcasına dedi:
-Yox sən fərqlisən.Sənin səs tonun və danışıq tərzin də superdir.Gülüşün isə ümumiyyətlə qiyamətdir.
Ömər gülümsədi.
-Hə bax belə-Yasəmən də dedi-gül gül yaraşır aslanıma.
Bu cür səmimi münasibət Ömərin içini titrədirdi.Onun ürəyi əsir və yuvarlanaraq ayağının altına düşürdü.O Yasəməni qucaqlayıb ürəyinə bastırmaq istəyirdi.Yasəmənlə danışarkən ayaqları havadan qalxır və görünməz qanadları onu səmanın ən müqəddəs qatlarına qaldırırdı.Amma Ömər həqiqətən də fərqli idi.O nə sevgi mahnılarına qulaq asır nə də şeir yazırdı.Sadəcə gecələr ulduzlara baxıb fikirləşirdi.Və hər gecə onun gözləri qarşısında səmada Yasəmənin gülümsəyən üzü peyda olurdu.Amma bunu yalnız Ömər görürdü.
-Ömər sənlə olarkən ən çox mən danışıram.Səni bezdirmirəm ki?
-Yox təbii ki yox.Səndən bezmək mümkünmü?
-Nə bilim eee.Mən hər şeyə qarşı çox həssasam.
-Yəni mənim kimi sentimentalsan.
Yasəmən başını aşağı dikdi.
-Sentimental nədir?-utana-utana soruşdu.
-Həssas.-Ömər qısa cavab verdi.
-Səndən öyrənəcəklərim varmış.
Ömər nə deyəcəyini bilmədən susdu.
-Sən utancaqsan-Yasəmən onun bu halindan deyəsən əylənmişdi-Utancaqlıq və sərtlik bunlar bir araya necə sığır?
-Mən sadəcə mənə pisliyi keçənlərə qarşı sərtəm.
-Mənə qarşı sərt olma heç vaxt.
-Olmaram.Sən mənim üçün çox dəyərlisən.
Yasəmənin yanaqları qızardı.
İllər sonra-hər şey məhv olduqdan sonra Ömər məhz belə söhbətlərin həsrətini çəkirdi.Neçə dəfə yuxularında bu ana qayıdırdı.Yenə Yasəmənlə kantində oturub yemək yeyə-yeyə söhbət edirdi.Amma yuxudan ayılandan sonrada saatlarla ağlayardı.İndi isə hər şey tamam başqa cür idi.18 yaşında olarkən həyat insana fərqli görünür.İnsan inanır ki,o ne vaxtsa xoşbəxt olacaq.O sevinir,o gülür,o sevir və o xəyallar qurur.Evə gəldikdən sonrada onlar sosial şəbəkələrdə danışırdılar.Yasəmən çox ürkək və vasvası qız imiş.Ömər mesajı bir az gec yazan kimi narahat olurdu.
"Deyəsən səni bezdirirəm".
Bu tipli mesajlar Ömərin xoşuna gəlirdi.Deməli mənlə danışmaq ona xoşdur.Deməli o məni itirməkdən qorxur.
"Mən səndən bezmərəm.Həmişə səninlə olacam bunu bil"
Yasəmən şıltaqcasına yazmışdı.
"O zaman sənin problemin olacaq.Mən çox qəliz adamam."
Ömər məhz bu an gələcək həyatını onla yaşamaq istədiyinə dair ilk eyhamı vurmuşdu.
"Məni prinsipə salma,ömrümün axırına qədər sənin yanından ayrılmaram."
"Vau o zaman mən səni prinsipə salsam yaxşıdır"
Təkcə bu söz Öməri xoşbəxt etməyə qadir idi.Ömər sevincindən uçurdu.Ömər gülürdü dəli kimi.Ömər o gün həyəcandan yata bilmədi.
Sabahı gün yenə Yasəmən gecikirdi.Dərs başlamışdı amma hələ Ömərin ağlını başından alan qız sinifdə yox idi.Sonra birinci dərs qurtardı.Amma Yasəmən hələdə gəlməmişdi.Ömərin yazdığı mesajlara da cavab vermirdi.Ömər artıq bu gün Yasəməni görə bilməyəcəyi ilə barışmış halda arxa partada oturub kitab oxuyurdu.Birdən qız səsi gəldi:
-Necəsən Ömər?-bu Nuray adlı qarabuğdayı qız idi.Özündən razı olduğundan bu qız Ömərin heç xoşuna gəlməzdi.
-Yaxşıyam.Sən necəsən?-Ömər başını qaıdıraraq dedi.
-Nə oxuyursan?-Nuray kitaba işarə elədi.
-Sparksın "sevgili Con" əsərini.
-Kitab oxuyansan ki?
-Bu nə sualdı?!Mən kitab manyakıyam.
-Nə qədər oxumusan indiyə qədər?-qız əl çəkmirdi.
-Bilmirəm.700 olar.
-Ciddi deyirsən?-Nuray gözlərini bərəltdi.
Ömər özünü "mən sənlə nə vaxtsa zarafat etmişəm?" deməkdən zorla saxlayaraq "hə" dedi.
-Ömər sus.-hardansa kimsə kobud səslə qışqırdı.
-Kim idi mənlə o tonda danışan?-deyən Ömər boylandı və gördüyündən özünü itirdi.Bu Yasəmən idi.
Yasəmən gülümsədi və deyəsən Ömərin son sözündən qorxmuşduda.
-Hirslənmə-dedi-zarafat edirdim.
-Yox hirslənmərəm mən sənə.-Ömər də gülümsədi.Bu ara Nuray da artıq ordan uzaqlaşmışdı.
-Nurayla nə danışırdın?-Yasəmən bu sualı elə verdi ki,sanki qısqanclıqdan yox elə-belə maraq üçün soruşur.
-Heç.Sən niyə gecikdin?
-Alarmı söndürüb yenidən yatmışammış.Amma belə görürəm ki sən də mən olmayanda başqa qızlar tapırsan.
Yasəmənin bu qısqanclığı Ömərin xoşuna gəldi.
-Yox o mənə yaxınlaşdı-dedi.
-Yalan danişma.
-Niyə yalan danışım ki?
Yasəmən heç nə demədi artıq.Keçib sakitcə oturdu.Ömər isə Yasəmənin qısqanclığından aldığı ləzzətlə gülümsəyirdi.
Ömər heç ağlına belə gətirmirdi ki, bu xoşbəxt günlər onun həyatından nə vaxtsa bir daha geri qayıtmayacaq tərzdə çıxacaq.Ömər başına gələcəkləri bilmirdi.Ona görə də hələki gülümsəyirdi.


Sən və QəmWhere stories live. Discover now