KİMSƏN SƏN?
Əmi Volfun gözlərinin düz içinə baxıb dedi:-İnsanı öldürməyən şey onu dəyişdirər.
Ömər gözlərini açanda yuxuda olarkən Həsən kişinin ona dediyi söz hələ də qulağında səslənirdi.
"İnsanı öldürməyən şey onu dəyişdirər."
Kənddəki daxmasının tavanını tanıdı. Qalxıb öz əli ilə düzəltdiyi yatağında oturdu. Qarşıdakı masada Kamil əyləşmişdi. Ömərin ayıldığını görüb ayağa qalxdı.
-Şükür Allaha-dedi- necəsən indi?
-Mənə nəsə olub ki?- Ömər heç nə anlamırdı. Beyninin dərinliklərinə səyahət edir amma nə olduğu yadına düşmürdü. Axırıncı dəfə Bakıdan gəldikdən sonra bu evə girməyi yadında idi. Sonra.... sonra nə oldu?
- Bura gəlməyin yadındadır?
- Hə. Amma sonrası yadıma gəlmir.
- Çünki sonra heç nə olmayıb. Sən huşunu itirdin.-Kamil mehribanlıqla dedi.
-Niyə?- Ömər qaşlarını çatmışdı.
- Həkim gəlib baxdı. Ciddi bir şey yoxdu. Amma deyir ki, psixoloqa ehtiyacın var. İki həftədən çoxdur ki, burda yatırsan ee.
-Dayan bir dəqiqə. Əmi necə oldu?
-Eee-Kamil duruxdu- Ona iş kəsdilər. Həbsxanadadır indi.
Ömər başını buladı.
-Yox ola bilməz. Əmi.....
-Bakıda nə oldu Ömər?
Ömər üzünü çevirdi. Divardakı çatlaq güzgüdən öz əksinə baxdı. Sonra Kamilin maraqla ona baxan gözlərinə. Əlini üzünə apardı. Sanki beynindəki görüntüləri silməyə çalışırmış kimi üzünü sildi. Daha sonra əlini yaxasına aparıb köynəyini aşağı dartdı. Ona elə gəlirdiki belə etsə nəfəs ala biləcək. Amma həyatda hər şey o qədər də asan olmur.
-Ömər nə oldu Bakıda?-deyə təkrarladı Kamil.
Ömər pəncərədən çölə baxdı. Həyətdə miskin bir hava vardı. Külək nəyisə göydə uçururdu.
"Nə vaxtsa mənə bütün gücləri ilə kömək edən insanların həyatını məhv etdim"İKİ HƏFTƏ ƏVVƏL
Kiçik bir otaqda onlar qarşı-qarşıya oturmuşdular. Bura Həsən kişinin bir dostunun evi idi.
-Gedib təslim olmalıyam-Həsən kişi birinci olaraq danışdı.
-Yox əmi olmaz.-Ömər tez dilləndi.
-Mənə göstəriş vermə Volf-deyə Həsən kişi qışqıraraq ayağa qalxdı.
-Əmi...
-Kəs. Bir az əvvəl bilirsən nə oldu? Mən dostumun mənə əmanət etdiyi insanı öldürdüm. Bax bu əllərimlə.-Əmi Ömərin gözlərinin qarşısında əllərini yellətdi.
-Əmi lazım gələrsə mən gedib təslim olaram. Deyərəm ki, Fazili mən öldürdüm.
-Puaah. İndi də qəhrəman olmaq fikrinə düşmüsən? Lazım deyil. Mən öz günahımı kimsənin boynuna yıxmaram.
-Əmi razı olmaram ki, sən gedib içəridə əzab çəkəsən.
-Doğurdan? Əzabım türmə ilə bitsə idi mən xoşbəxt olardım oğul. Mənim əzabım bax burdadır-Həsən kişi əlini sinəsinə apardı.-Və orda- bu dəfə şəhadət barmağını göylərə yüksəltmişdi.
-Əmi... mən....
-Gərək məni ordan çıxartmayaydın. Gərək polislərin qarşısına çıxmağı bacarardıq Volf.
-Əmi məgər görmədin? Hikmət hər şeyi planlayıb əvvəlcədən. Sənin Fazili.... eee..... cəmi 5 dəqiqə sonra polis sirenalarının səsini eşitdik. Allah bilir Hikmət onlara nə deyib.
-Fərqi yoxdur Volf. Fərqi yoxdur.- Əmi yenə qışqırdı.- mən öz oğlumu öldürdüm. Başa düşürsən? Sonrada onu ordaca qoyub qaçdım.
-Əmi sənda günah yoxdu. Səni mən çıxardım. Güclə.
-Nahaq yerə Volf nahaq yerə. Bilirsənmi nə düşünürəm indi?
-Nə?
-Düşünürəm ki, bəlkə də dord il əvvəl sən ölsəydin daha yaxşı olardı. Elə deyil? Təsəvvür et Yasəmən öz əri ilə xoşbəxt yaşayır. Mənsə sakitcə kafe işlədirəm kənddə. Fazildə sağ olardı indi.
-Əmi .... Hər şeyi edən Yasəməndir. Bütün bu hadisələri başladan odur əmi.
-Kəs səsini. Hər şeyi o qızın üstünə atmaqla nəyi dəyişdirmək istəyirsən sən? Onu hələdə sevdiyin həqiqətinimi?
-Əmi....
-Sözümü kəsmə. Sənə neçə dəfə dedim Volf. İntiqam ardıyca qaçma. İntiqam sahibini içdən içə çürüdər. İntiqam çox pis hisdir Volf. İntiqam hissi yaxşı bir insanı vəhşi bir heyvana çevirər. Necə ki səni çevirib.
-Mən hələdə həmin adamam əmi. Sadəcə...
-Volf. Unutma səni öldürmək istəyənlər səni sadəcə cismən öldürə bilməyiblər. Ruhən isə çoxdan ölmüsən. Sən həmin ki adamsanmı? Sən məgər Ömərsən?- əmi bütün bu vaxt ərzində ilk dəfə ona öz həqiqi adı ilə cavab verdi.
-Ömər ölüb əmi.
-Yox sadəcə o dəyişib olub Volf. Çünki insanı öldürməyən şey onu dəyişdirər.Əmi növbəti gün təslim oldu. Volf heç nə edə bilmirdi. Həsən kişi onu heç dinləmədi də. Getdi və təslim oldu. Fazilin ölümündə Ömər də özünü günahkar hiss edirdi.
2 HƏFTƏ SONRA
-Bax belə Kamil- Ömər hekayəni danışıb qurtardıqdan sonra Kamilin üzünə baxdı.
Kamil nə deyəcəyini bilmirdi.
-Xahiş edirəm Kamil əminin başına gələnləri kəndə sən açıqla. Mən bacarmaram.
Kamil dinməz-söyləməz evdən çıxdı.
Ömər yenidən güzgünün qarşısına keçdi. Bütün cizgilərini incələyərək güzgüdə gördüyü adamdan soruşdu.
-Kimsən sən? Adın nədir? Ömərmi yoxsa Volfmu? Sən necə bir insansan. Həyatı sevən bir gəncsənmi yoxsa həyata nifrət edən və tək yaşam səbəbi almaq istədiyi intiqam olan birimi? Sən kimsən axı kimsən?
O hiss edirdi ki, özündən çox uzağa düşüb. O hiss edirdi ki, güzgüdən ona baxan insan Ömər deyil. O Volfdur. O canavardır. O qisasçıdır. O qatildir. O həyatları məhv edəndir. O ümidlərini itirmiş insandır.Deməli bu düzdür. İnsanı öldürməyən şey onu dəyişdirir.
-Amma öldü var döndü yoxdur-dedi.- İndi təkcə özümün.... eee daha doğrusu Ömərin yox həm də Fazilin və əminin də intiqamını almalıyam.6 AY SONRA
Hikmət qucaqladığı fahişə ilə birgə evinə girdi. Hər ikisi həyasızcasına hırıldayırdılar. Sonra öpüş və bir neçə daha ehtiraslı səslər gəldi. Nəhayət onlar qonaq otağına girdilər. Hikmət işığı yandırdı. Və fahişə var gücü ilə qışqırdı. Hikmət geri çevrildi və donub qaldı.
-Ömər....
-Keç otur Hikmət otur. Sənlə söhbətləşək bir az-Volf dedi- darıxmadınmı heç məndən ötrü.
-Ömər lazım deyil. Yalvarıram.
- Dostunun xətrini çox istəyirdin hə? Əlini deyirəm eee.
-Hə.
-Ola bilsin ki, məndən ötrü darıxmamısan. Amma dostundan ötrü yüz faiz darıxmısan. İstəyirəm ki, bu həsrətinizə son qoyum. Necə fikirdir?
-Ömər... sən illər əvvəl belə deyildin. İndi də belə olma. Qatil olmaq sənə yaraşmaz.-Hikmət yenə köhnə taktikaya keçdi.
-Amma məncə yaraşar.
Hikmət Ömərin üzündəki qətiyyəti gördü.
-Sən Ömər deyilən-dedi-sən həmin ki, oğlan deyilsən. Sən.... kimsən? Sənin üzündən vəhşilik yağır.
-Sənin kimi.
-Ömər səni kim belə elədi axı?
Ömər sadəcə gülümsədi.