Əmi burdan çox çox uzaqda olsa belə yenə də Volfun yanında olmağı bacarırdı. Volf Elvinlə dalaşıb kafeyə getdikdən sonra onun telefonuna tanımadığı nömrədən zəng gəldi. Zəng görüntülü idi. Volf zəngə cavab verəndə ekranda əminin görüntüsü canlandı. O divanda oturmuşdu.
-Volf necəsən?-dedi Volfun reaksiyasını gözləmədən.
-Pis əmipis.
Yenəkeçmiş günlərdəki kimi olmuşdu sanki hər şey. Əmi və Volf. Yenə əmi Volfa himayədarlıqedir və ona öz dəyərli məsləhətlərini verirdi. Və bu dəfə də son sözü dedikdənsonra dəstəyi qoydu.
"Yalnız əlindən gələn hər şeyi etdikdən sonra taleyə arxalan"
Yasəmənhəyatında ilk dəfəydi ki, özünü çarəsiz hiss edirdi. Rəşad onu Türkiyəyəaparacağında israrlı idi. Belə halda Yasəmənin ümidi ancaq Volfa qalmışdı.Çünki Volf onu öpmüşdü. Deməli Volf onu sevirdi. Volf onu xilas edə bilərdi Rəşadınəlindən. Amma Yasəmən indi Volfu heç yerdən tapa bilmirdi.
AtaVolfun Həsən kişiylə danışdığından anında xəbər tutdu. Bu iş getdikcə qəlizləşirdi.Ata aranı bir az da qatmaq üçün qərara gəldi ki, Yasəmən həqiqəti bilməlidir.Volfun sirrini. Ömər həqiqətini.
Yasəməninən yaxın rəfiqəsi Nuray isə hər gün dostunun evinə gəlir və onunla dərdləşirdi.
-Nurayyalvarıram nə edirsən et Volfu tap.
Elvin və Kamildən isə heç bir xəbər yox idi. Volf illər əvvəl Kamillə içib sərxoş olduğu kafeyə gəlir və hər gün içib-içib göylərə uçurdu.
Heç bu qədər tənha olmamışdım
Tənhalığın son həddini hiss edirəm
Sizləri qaranlığa dəvət edirəm
Bu qədər dərd, qəm, qüssə, kədər
Artıq neçə ildir ki, boğazımı tərk etmir qəhər
Volf itirdikləri üçün çox darıxırdı. Əzabla keçən gəncliyi üçün, Kamil üçün, Elvinüçün, birlikdəki xoşbəxt anları üçün, anası üçün, atası üçün, Əmi üçün, Ömər üçün.
YASƏMƏN ÜÇÜN.
Ah.Onlar Yasəmənlə nələri xəyal edərdilər. Hamısı itdi, məhv oldu. Bütün xəyallar.
13 il əvvəl
Gecə idi. Saat üçü keçmişdi. Bütün dünyanın yuxuya getdiyi bu vaxt bizim sevgililər xəyallar dənizində üzürdülər.Yasəmən və Ömər gecəni yatmayıb telefonla danışırdılar. Hər ikisinin üzü gülürdü. Adətən belə gecələrdə telefon danışığının yarısında Yasəmən yuxuya gedər,Ömər isə uzun müddət sevgilisinin nəfəsinə qulaq asardı. Sonra da bütünkainatın sahibinin qarşısında diz çökər və onu necə sevdiyini söylərdi.
"Allahım çox sağol. Hər şey üçün çox sağol. Ən çoxda Yasəmən üçün. Onu mənə bəxş etdiyinüçün. Allahım sadəcə bir qızla məni dünyanın ən xoşbəxt insanı etdiyin üçünqüdrətin danılmazdır"
Gecələr bu cütlüyün ən gözəl anları idi. Ömər Yasəmənə deyərdi:
-Biz hər tətildə bir xarici ölkəyə gedərik, hər yeri gəzərik. Bütün dünyanı. Əl-ələverib hər şeyi öyrənərik yaxşı?
-Hə ilk öncə Parisdən başlayarıq. Sevgililər şəhərindən-Yasəmən cavab verərdi.
-Efel qülləsinin zirvəsində dayandığımızı təsəvvür et.