Bölüm 13-Qarışıqlıq

233 35 6
                                    

QARIŞIQLIQ

Cansız bədəni onun üçün nəzərdə tutulmuş çuxura endirdilər.Sonra beş-altı nəfər irəli gəlib qəbiri torpaqla doldurdular.Dalbadal iki ağır itki Oqtaya ağır gəlirdi.Əvvəl həyatdakı tək dayağı və oğlu olna Ömərin ölümü, indiysə həyatının yoldaşı, özündən də çox sevdiyi bir qadının-Hənifənin ölümü.

"Biryerdə öləcəyik biz" demişdi bir vaxtlar ona.

Bu 30 il əvvəl idi.Onda dünya da tamam başqa cür idi.O vaxt onların yaşadığı ölkənin də adı başqa idi, idarə sistemi də.O vaxt hər şey başqa cür idi.O vaxt ciddiyətlər zamanı idi, saf sevgilər zamanı idi.O vaxt pafoslu danışıqlıqlar zamanı idi, insanların qorxa-qorxa Amerikan radiolarına qulaq asdıqları zaman idi.O vaxt pıçıltı ilə səslənən şəxsi fikirlər zamanı idi.Amma bu qəddar və ciddi rejimdə də xoşbəxt olmaq mümkün idi.

Onlar da xoşbəxt idilər.Oqtay və Hənifə.Bir-birini dəlicəsinə sevən iki gənc.O vaxt onlar bir-birlərinə dedikləri sevgi etiraflarında itir və bu ağ-qara dünyadan daha rəngli bir aləmə çıxırdılar.Məhz belə günlərin birində Hənifə demişdi:

-Biz heç vaxt ayrılmayacağıq hə?Həmişə bir yerdə olacağıq.Bir yerdə öləcəyik biz.

Sonra onlar evləndilər.Dünyanın ən xoşbəxt insanları sayırdılar özlərini.Yaxın bir ildə Ömər doğuldu.Artıq onlar bir ailə-kiçik dövlət idilər.Sonra 90-cı il hadisələri başlandı.SSRİ dağıldı, parçalandı.Onlar da özlərini güclü imperatorluğun yox, dağılmış ölkənin atılmış parçaları kimi hiss edirdilər.İndi tamam başqa bir dövran başlamışdı.Ömər təmiz başqa bir dünyada böyüdü.Bu dünyada gənclər daha ağıllı və daha hiyləgər idi.Bu dünyada Allaha açıq inam vı iman var idi.Amma şeytanın insanlar üzərindəki təsiri daha böyük idi.

Oqtayı fikirlərdən imamın dediyi söz ayırdı:

-Allah bura qədər gəlib bizə köməklik edən hər kəsdən razı olsun.

İnsanlar yavaş-yavaş qəbirstanlığı tərk etdilər.Yas günlərinin bütün təm-təraqı bitdikdən sonra Oqtay evə gəldikdə nəyi itirdiyini daha yaxşı dərk etdi.Ev sanki cansızlaşmış və ağ-qara olmuşdu.Hər tərəfdən qadın yoxluğunu əks elətdirən səliqəsizlik yağırdı.Oqtay yorğun yorğun divana çökdü.Qarşısında sönülü televizorun ekranından özünü görürdü.Qocalmış,arıqlamış tənha, solğun və çarəsiz kişi üzü.

Bir neçə ay əvvəl Ömər öləndə ər-arvad bir-birinə həyan çıxır, sanki ümumi dərdi ikiyə bölürdülər.İndiysə Hənifə öz dərdini də yoxluğu ilə birgə Oqtaya yükləyib getmişdi.Həmişəlik getmişdi.

"Bəs indi nə olacaq?"

Sualın cavabı yox idi.Oqtay bütün kinini boşaltmaq üçün masa üzərindəki stəkanı götürüb onu televizorun ekranına tərəf qolayladı.

* * *

-Bunu gözləmirdin hə?-silahı Ömərin sifətinə tutan üzü tüklü kişi dedi.O silahı pencəyinin arxasında elə tutmuşdu ki kənardan baxanlar onu görmürdülər.

Ömər karıxmış halda tapancaya baxa-baxa ayağa qalxdı.Sanki bu dəqiqə ən vacib şey buymuş kimi əlindəki stəkan qırıqlarını yaxınlıqdakı zibilqabına atdı.

-Otur-sərt səs tonu ilə danışan naməlum adam qarşısındakı stula işarə etdi.Ömər hələdə heç nə anlamasada həyata müdaxilə etmədən onu öz məcrasına buraxmaq qərarına gəldi.Keçib bu qorxunc insanın qarşısında oturdu.

-Mən....Səni tanımıram-deyə bildi sadəcə.

-Məni tanımağının bir mənası yoxdur.Əsas odur ki bizim ikimizin bir ortaq tanışı var.

-Kim?

-Əli-bu sözü xüsusi vurğu ilə dedi.

Əli.Əli.Dünyada sadəcə bir Əli vardı Ömərin tanıdığı.Ömər fikirləşdiki bəlkə başqa Əli də var.Amma deyəsən yox idi.

-Əli deyəndə sən....-nə deyəcəyini bilmədən susdu.

-Yasəmənin Əlisini nəzərdə tuturam.-əli silahlı adam cümləni tamamladı.

Burda-Bakıdan kilometrlərcə uzaqda yad bir adamdan Yasəmənin adını eşitmək çox qəribə hiss yaşatdı Ömərə.

-Sən kimsən?Məndən nə istəyirsən?

-Əlinin qisasını almağa gəlmişəm.Əlini sən öldürdün səni də mən öldürəcəm.Qana qan.

-Nə?Əli ölüb?-bir an içində Ömər Yasəməni düşündü.Əli ölübsə yəqin indi Yasəmən pis vəziyyətdədir.Yəqin ona indi bir kömək və dəstək lazımdır.

-Guyaki bilmirdin?

-Bir dəqiqə dayan görüm.O necə ölüb?

-Ə özünü tülkülüyə qoyma.Yaxşı bilirəm ki Əlini sən öldürüb bura qaçmısan.

-Mən heç kimi öldürməmişəm.Mən sadəcə....sən bilmirsən.....bəzi şeylər oldu.Və mən orda qala bilmirdim.Ona görə bura qaçdım.

-Nağıl açma burda.Düzünü de.Mən düz fikirləşirəm hə?Xəstəxananın həyətində yanan insan Əli olub.

-Mən bilmirəm-Ömər az qala qışqırdı.-Mən xəstəxanadan çıxanda gördüm yanan adamı.Bilmədim kim idi.Amma sonradan öyrəndim ki həmin adamı mən biliblər. Həmin adam Əli olub ki?

-Sus-Hikmət pıçıldadı.Qan dolmuş gözlərini boşluğa dikərək fikirləşdi.

"Deməli bu oğlanda heç bir günah yoxdu."

Əlini uşaqlıqdan tanıyırdı.Onun alov hobbisini də bilirdi.

"Xəstəxanaya gəlib alovda özünü yandırmaq bu Əliyə xas cəhət idi."

Ömər bu saniyələrdə əlini cibinə saldı və cib bıçağını çıxardı.

VOLF VOLF

Beynində bu söz səsləndi bir anlıq.

Qəfil qışqıraraq ayağa qalxdı.Hikmətin üstünə şığıyaraq onuyerə yixdı.Bıçağı onun boğazına tutaraq var gücü ilə bağırdı:

-Sən kimsən axı?-Ömər digər əli ilə düşməninin silah tutan əlini dizi ilə sə o biri əlini yerə sıxdığından Hikmət heç nə edə bilmirdi.O bu axsağın bu qədər "dəli" olacağını gözləmirdi.Ovçu şikar yerləri dəyişmişdi.

-Mən Əlinin dostuyam.Hikmət.

-Sus.Mənə Yasəməndən danış.O necədir indi?

Yasəməndən danışarkən sanki Ömərin əzələləri boşaldı.Hikmət nərə çəkərək Öməri vurub üstündən yerə saldı.Ömərlə Hikmət hər ikisi eyni cəldliklə ayağa qalxdılar.Hikmət tapancanı qaldırdı və atəş açdı.

Oku

��^'ԫ]

Sən və QəmWhere stories live. Discover now