Bölüm 2-6 il əvvəl

862 58 12
                                    

6 İL ƏVVƏL
Buranın adı Bakıdır. Qafqaz bölgəsində ən böyük ticarət, mədəniyyət və elm mərkəzi; Xəzər dənizində ən böyük liman.Bakıdakı Neft Daşları – dünyada ilk neft platformasıdır.Ceyms Bondun məşhur sərgüzəştlərindən olan" Dunya kifayət deyil' filmi burda cəkilmisdir.Burda yaşayan 6 milyon insandan birinin də adı Ömərdir.
Ömər cavan, həyat dolu,gələcəyə ümidlə baxan bir oğlan idi.O vaxt o sonun necə olacağını bilmirdi.Nəinki bilmirdi, belə sonu hec ağlına belə gətirmirdi.Amma həyat məhz buna gorə maraqlıdır.Sürprizlərlə dolu olduğu ücün.İnsanı gözləmədiyi yerdən vura bildiyi ücün.Həyat çox maraqlı və çox qəddardır.Ömərin hər şeyi atıb getməsindən 6 il əvvəl bir hadisə oldu.Ömər aşiq oldu.O ilk dəfə olaraq birini sevdi.Dəlilər kimi sevdi.
Bütün sevgi hekayələrində oxşarlıq var.Amma bu hekayə hamısından fərqlənir.O vaxt Ömərin 17 yaşı vardı.Uzunboy,dərin gözləri olan oğlan idi.Saçları adeten qarişıq olardı.Hər səhər universitetə gedəndə anası əlində daraqla peyda olar və qismən də olsa Ömərin saçlarını səliqəyə salardı.Ömər dərs oxumağı sevməzdi.Əvəzində çoxlu bədii kitablar oxuyardı.Və buna görə də həmişə öz danışığı və bilikləri ilə ətrafındakıların diqqətini cəlb edirdi.Onlar Ömərin intellektini tərifləyirdilər və sonuncu da öz növbəsində bundan keyf alırdı.Ömər öz biliklərini nümayiş etdirməyi sevirdi.Başqalarının diqqətini öz üzərinə çəkməyi sevirdi.Ömər qızlarla çox ünsiyyətdə olmazdı əslində.Amma hiss edirdi ki,onun qız pərəstişkarları çoxdur.Dostları İlə danışanda həmişə deyərdi ki,sevgi mənlik deyil.Onun öz dünyası vardı.Filmlərdəki həyatı yaşamaq istəyirdi.Hər kəsdən biri olmaq istəmirdi.Və universitetə gəldiyi ilk gün hamıdan fərqlənməyə çalışdı.
Bura Azərbaycanın ən böyük universiteti olan BAKI DÖVLƏT UNİVERSİTETİ idi.Əsası 1918 ci ildə qoyulmuş 4 korpusu olan möhtəşəm universitet.Azərbaycanın ən məşhur və ən çox tarixə təsir edən nümayəndələri nə vaxtsa bu universitet koridorlarında gəzmiş və burada təhsil almışdılar.Bu universitet 300 ə yaxın dövlətlə saziş bağlamışdı.Azərbaycanın digər məşhur universitetləri də məhz BDU nun əsasında yaradılmışdı.
Ömərin universitetdəki ilk günü o sürprizlə qarşılaşdı.Çoxdan görmədiyi uşaqlıq dostu ilə qarşılaşdı.YASƏMƏN.Bu qız onların qonşusu idi.Uşaq vaxtı onlar bir yerdə oynayardilar.Sonra Yasəmənin ailəsi harasa köçdü.Və o gündən o Yasəməni bir daha görmədi.
Yasəmən çox dəyişmişdi.Qara qaşların altından ətrafa ürkək-ürkək baxan mavi gözləri hər kəsi valeh edirdi.Deyəsən bir az sarışın idi.Sakit durardı,az gülərdi.O vaxtdan bu yana Yasəmən həqiqətəndə çox dəyişmişdi.Amma Ömər onu görən kimi tanıdı və ürəyində "bu qız deyəsən mənim planımı pozacaq''- dedi.
Ömər diqqət cəlb eləmək üçün universitetdə heç kimlə danışmayacağına qərar vermişdi.Qoy hamı Ömərə sirli və qəribə oğlan kimi baxsın.İndiysə bu qızı görəndə qorxdu ki özünü saxlaya bilməyib bu qızla danışsın.Amma Ömər özünü saxlaya bildi.Ilk günlər həqiqətən də heç kimlə danışmır və özünü sirli aparırdı.Bu ətrafdakıların diqqətini cəlb edir və Ömərin də xoşuna gəlirdi bu.Hər şey çox adi və maraqla gedirdi.Amma bir tənəffüsdə kiçik hadisə yazacağım hadisələrin başlanmasına səbəb oldu.Ömər partada oturub kitab oxuyurdu.Və bu vaxt incə səs eşitdi:
-Otura bilərəm?
Ömər başını qaldırdı.Qarşısında Yasəmən dayanmışdı.Ömər Yasəmənin mavi gözlərinə baxanda içini naməlum bir hiss bürüdü.Ürəyi bərk-bərk döyünməyə başladı.
-Hə.Əlbəttə.
Yasəmən keçib Ömərin yanında oturdu.
-Məni tanımamısan deyəsən-dedi.
-Yox tanımışam.Biz uşaqlıqda sənlə oynayardıq.
-Aaaa deməli tanımısan.Heç bəlli etmirdin.
-Hmmm.İmkan olmadı.
-Deyəsən danışmağı xoşlamırsan.
-eee bilmirem.belke de.
-Həmişə belə sakitsən?
-Həmişə yox.-Ömər gülərək cavab verdi.
Elə bu vaxt zəng vuruldu və hər kəs öz yerinə keçdi.O cümlədən Yasəmən də Ömərin yanından qalxaraq öz əvvəlki yerində oturdu.Ömər dərindən nəfəs aldı.Niyə həyacanlandığını bilmirdi.Bəlkə də bilirdi amma boynuna almaq istəmirdi.Bir tərəfdəndə bu Ömərin xoşuna gəlmişdi.Deməli diqqəti cəlb edə bilmişdi.O vaxt bu cür oyunlar onun xoşuna gəlirdi.Amma belə bir başlanğıcla başlayan hekayənin necə bitəcəyini o bilmirdi.Ömər hər şeyi ilə ona etibar etdi.Və Ömər beləcə hər şeyini itirdi.
Növbəti gün Ömər dərsə gələndə gözləri istər istəməz Yasəməni axtardı.Amma Yasəmən yox idi.Ömər keçib həmişəki kimi arxa partada oturdu.Saata baxdı.Hələ dərsin başlanmasına 15 dəqiqə vardı.Çantasından kitab çıxarıb oxumağa başladı.Artıq o bu dünyadan aralanıb Stiven Kinqin qorxulu cümlələri arasında idi.Və birdən yanında kiminsə oturduğunu hiss elədi.Bu Yasəmən idi.Ömərin ürəyi yenə bərk bərk döyünməyə başladı.
-Salam.Necəsən?-dedi qız.
-Yaxşıyam.Sən necəsən?
-Məndə yaxşıyam.Niyə bu qədər soyuqluq edirsən sən?
-Mənim xarakterim belədir.
-Mənə qarşı niyə belə edirsən?
-Nə edirəm ki?-Ömər çaşıb qalmışdı.
-Mənlə danışmırsan.
-Yox sadece xasiyyətim belədir.Niyə elə fikirləşirsənki sənə qarşı nəsə pis fikrim var?
-Məncə var.Çox sərtsən.
-Yox.Sadəcə özümə uyğun birini axtarıram.
-Nə üçün?
-Ünsiyyətdə olmaq üçün.
-Mən varam.Mən yaxşı biriyəm.İnan.
Başqa vaxt olsaydı Ömər ''bu nə axmaq qızdı'' fikriylə söhbəti bağlayar və uzaqlaşardı ordan.Amma içindəki naməlum hiss hətta belə bir axmaqcasına söhbəti belə onun xoşuna gətirirdi.
-Məndə yaxşı biriyəm məncə.-dedi Ömər və bir az dayanandan sonra əlavə etdi-Sənin gözlərin çox gözəldi.Dəniz kimidir.
-Çox sağol komplimentə görə.
-Kompliment deyil.Fikirimi dedim.
-Sən fərqli birisən.
-Bəlkə də.
-Mən sənlə danışmasam mənlə heç vaxt danışmayacaqdın hə?
-Yəqin ki.Ünsiyyətdə olduğum bütün insanlar ilk olaraq özləri yaxınlaşıblar mənə.
Yasəmən bəm-bəyaz dişlərini göstərərək gülümsədi.
-Dəhşət adamsan.Və çox sərtsən.Həmişə beləsən?
-Həmişə.
-Bəs sən mənim haqqımda nə deyə bilərsən?
Ömər səmimi olmağa qərar verdi.Onsuzda bu qızın qarşısında başqa cür ola bilmirdi nədənsə.
-Sadəlövh.
-Müsahidə qabiliyyətin yaxşıdır.
-Həyat təcrübəsidir bu.
Bu vaxt dərsin başlandığını xəbər verən zəng çalındı və Ömərin əlindən sehrli dəqiqələri aldı.Ömər öz içində baş verənləri anlamaqda çətinlik cəkirdi.
-Bu nedir?Yoxsa mən aşiq olmuşam?-deyə ürəyi soruşdu.
-Gicləmə-deyə beyini cavab verdi.-Səni neçə ildir ki tanıyıram.Sən kim sevmək kim?
Və Ömər sakitləşdi.
Bəzən həyatı anlamaq olmur.O bizi hansı nöqtəyə aparır?Bizi nəyə hazırlayır?Bilmirik.Önümüzdə dünyanın ən böyük dağı çiynimizdə isə dünyanın ən ağır yükü var.Millim millim irəli gedirik.Dağın zirvəsinə çatanda nəsə olur hər dəfə və biz aşağı yuvarlanırıq.Hər elədiyimiz yanlış hər atdiğımız addım səhv.Amma yenədə nəyinsə dəyişməyinə ümidimiz var.Umid gözəl şeydir,onu qorumaq lazımdır.
ÖMƏR HƏR ŞEYİNİ İTİRDİYİ GÜN ÜMİDİNİ DƏ İTİRDİ.


Sən və QəmWhere stories live. Discover now