Bölüm 23-Əsl problem

202 32 0
                                    

Həyat küçədə yatan dilənçinin ətrafında gülüşüb, dilənçinin paltarlarını əla salan insanlar qədər iyrəncdir. Həmçinin həyat bir dilənçinin qarşısıdan keçən bahalı maşınlar serisi qədər ədalətsizdir."

-Ömər mən həmişə sənin yanında olacağam. Ömrümün sonuna qədər səninlə birgə olacam.-Yasəmənin bu sözləri onun qəlbini isidirdi.

-Bizim sevgimiz dünyadakı bütün sevgilərdən daha güclüdü.-Ömər mehribanlıqla qeyd edirdi.

Sonra daha bir söz .

"Ömərlə Yasəmənə sevgilərini əbədiləşdirmək üçün"

Sonra qəza. Sonra eybəcərləşmiş üz. Və Ömər Yasəməndən soruşur:

-Onu həqiqətənmi sevirsən?

-Hə.

-Məni sevdiyin qədər?

-Daha çox.

Ömər o dövrün depressiyası ilə qaçır evdən. Və anasının ölümünə səbəb olur. Sonra Yasəmən danışır:

-Ümumiyyətlə başa düşə bilmirəm mən o oğlanı necə sevə bilərəm. Bu axmaqlıq idi. Bəlkə də yaxşı oldu Ömərin ölməyi.

Xaricdən gələn səslərə Volf yuxudan oyandı. Bir anlıq heç nə anlamadı. Yuxuda olarkən qeyri-iradi ağladığından gözlərindəki dumanın dağılmasını gözlədi. Və budur. Qaranlıq otağında iki nəfər kişi sulieti görünür. Onlar Volfa baxırdılar.

36 saat əvvəl

Volf onu anındaca tanıdı. Ona çırpılan oğlan Elvin idi. Uşaqlıq dostu. Xoşbəxtliyini pozmamaq üçün burda qoyub getdikləri oğlan. Bu da həyatın daha bir ironiyası idi.

Elvin arıqlamışdı. Ümumiyyətlə xəstəhal görkəmi var idi.

"Nə olub görəsən ona?"

Yasəmən hələdə gülürdü arxada.

-Onu qoyma qaçsın.-qalın kişi səsi eşidildi.

Volf onlara yaxınlaşan iki nəfər kişiyə diqqət etdi.

"Deməli Elvin bunlardan qaçırmış?"

Volf Elvinlə onu izləyənlərin qarşısını baryer kimi kəsdi.

-Nə baş verir burda?-səsi deyəsən lazım olandan daha sərt çıxdı.

-O arxanda gizlətdiyin adam bizə lazımdı. –kişilərdən biri dedi. Hər ikisinin üzündən oxunurdu ki, bu insanlar heç də mədəni aləmin nümayəndələri deyillər.

-Nə məsələdi?-Volf soruşdu.

-Mən cəzamı çəkmişəm.-Elvin arxadan qışqırdı.

-Onunla nə işiniz var?-Volf soruşdu.

-Əşi sənə nə dəxli var? –kişilərdən biri cibindən bıçaq çıxardı-səninlə bir işimiz yoxdur. Bizə o lazımdır.

-Sizə dedim ki, nə məsələdi?

-Ay daaa. Qardaşım sən başına bəla axtarırsan? Bizim problemimiz arxanda gizlətdiyinlədir.

-Artıq mənimlə də bir probleminiz var.-Volf qəhrəmancasına dedi.

Arxada Yasəmənin ürəyi yerindən çıxırdı.

-Volf..... lazım deyil-deyə ümidsizcəsinə qışqırdı.

-Yox lazımdır. Görək bunlar mənim..... -özünü "ən yaxın dostumdan" deməkdən zorla saxladı.

-Lap yaxşı- əli bıçaqlı olan dedi- özün qaşındın.

Sən və QəmOù les histoires vivent. Découvrez maintenant