Bölüm 19-Qayıdış

215 36 7
                                    

QAYIDIŞ

Əvvəlcə bir insan vardı. Ömər. Çox xoşbəxt bir həyatı var idi. Ailəsi, dostları və arzuları var idi onun. Və birdə sevgilisi var idi. Yasəmən. Onlar evlənəcəkdilər. Daha da xoşbəxt olacaqdılar. Amma tale bunu istəmədi. Onların xoşbəxt olmasını istəmədi. İndidə bir insan var. Volf. Hər şeyini itirmiş bir adam. Və itirdiklərinin yerini doldurmağa gələn bir adam.

ÜÇÜNCÜ BÖLMƏ

-Yasəmən səni sevirəm. Heç görəsən bizim qədər bir birini sevən başqa bir cütlük olub?

-Yəqin ki, olub. Leyli Məcnun var hələ.

- İnanmıram onlar bir-birlərini bizim qədər seviblər. Əsərdə belədir ki, axırda Leyli ilə Məcnun görüşürlər. Leyli Məcnunu tanımır, Məcnunda özünü Leyliyə tanıtmır. Heç mümkünmüdür ki, sən məni nə vaxtsa görəsən amma tanımayasan. Və mən də özümü sənə tanıtdırmayım.

Sonra kadrlar qarışırdı. Yasəmən qara dəftərə "Ömərlə Yasəmənə sevgilərini əbədiləşdirmək üçün" yazırdı. Sonra onlar əl-ələ parkda gəzirdilər. Sonra hardansa maşın peyda oldu. O düz onlara tərəf gəlirdi.

Gözlərini açdı. Səhər açılmışdı. İllərlə ona əzab verən yuxunu görürdü yenə. Qalxıb yatağında oturdu. Qarşısındakı divardan asılmış güzgüdə özünə baxdı. Saçları dağınıq idi. Yanındakı siyirtmədən eynəyini götürüb üzünün bütün cizgilərini incələdi. Eynəyin altından bir cüt qara gözlər baxırdı ona sarı. Nazik, düzgün və simmetrik dodaqlar onun sifətinə xüsusi yaraşıq verirdi. Ümmiyyətlə yaraşıqlı hesab etmək olardı onu. Əməliyyat onu çox dəyişdirmişdi. O vaxtdan artıq illər keçir. O vaxt onun ilk kitabı hələ təzə çıxmışdı. Və sanki möcüzə oldu. Onun şeirləri qısa vaxt ərzində sevildi. O çoxlu pul qazanmışdı. Artıq o vaxtlar ərzində Həsən kişi də türmədən çıxdı. O əmisinin də məsləhəti ilə əməliyyat masasına oturdu. Və həkimlər onun sifətində əsl möcüzə yaratdılar. Bütün eybəcərlikləri yox elədilər. Hətta əməliyyat onun ayağını da sağaltdı. O artıq axsamırdı. Həkimlər onun bütün yaralarını müalicə elədilər, sağaltdılar. Amma ürəyi.... ürəyi hələdə yara idi. Büsbütün. Növbəti illərdə o sadəcə yazdı. Sinəsindən qopub gələn fəryadı səyfələrə tökdü. Qələmi durmadan vərəqlərlə sevişirdi. Və beləcə gözləri zəiflədi. İndiysə eynək taxır. Əminin tanışları vasitəsilə yeni şəxsiyyət vəsiqəsində öz adı yerinə təmiz başqa ad yazdırmaq çətin olmadı. O Bakıya çökdü. Özünə ev aldı. Həsən kişi və ən yaxın dostu Kamillə birgə yaşamağa başladı. İllər əvvəl törətdiyi cinayətdən isə səs-səmir çıxmadı. Heç kim onun qapısını döymədi buna görə. Deyəsən Hikmət heç kimin vecinə deyildi.

Yasəmən isə yenidən evləndi. İndi onun balaca bir qızı var. Deyə bilmərəm Yasəmən o oğlanı sevir ya yox. Amma hər halda xoşbəxtdir. Bəlkə də bu kənardan belə görsənir. Nə olmasından asılı olmayaraq Yasəmən öz həyatını yenidən qura bildi. İndi Öməri heç xatırlamırda.

Oqtay kişi isə bu illər ərzində çox qocaldı. Oğlunun və həyat yoldaşının dərdi onu təmiz əldən saldı. İndi üzünü saç-saqqal basıb. Yolda gedərkən balaca oğlan uşaqları ona sataşırlar, söz atıb qaçırlar. O isə həmişə dodağının altında elə bil kiminləsə danışır, dərdləşir. Heç kimi özünə yaxın buraxmır. Hətta bir neçə ay əvvəl bir oğlan onun evinə gəlib ona "ata mən Ömərəm. Mən ölməmişəm sadəcə buralardan qaçmışdım" deyərkən də o həmin oğlanın bir az da danışmasına icazə vermədən onu qovmuşdu.

Bakı isə inkişaf edirdi. Yavaş-yavaş meqapolisə çevrilirdi. Get-gedə gözəlləşirdi. Amma təəssüf ki, bu sözü onun sakinlərinin həyatlarına da aid etmək olmazdı.

Sən və QəmWhere stories live. Discover now