Bölüm 11-Aydınlanma

293 43 9
                                    

             İKİNCİ BÖLMƏ

Aydınlanma

Siz heç unudulmağın nə demək olduğunu bilirsinizmi? Bu hər telefona operator mesajı gələndə ümidlə "ondandır" deyə baxan gözlərin kədəridir.

O gün Yasəmən yuxudan oyandıqda son bir neçə günün ağırlığını hiss etdi. Kaşki yuxudan oyanmasaydı. Kaşki dünyanın yeni bir günü öz problemləriylə yenə açılmasaydı. Bu əzabın, bu cəhənnəmin bitəcəyi vardırmı görəsən? YOX. Bitməyəcəkdi. Sanki Ömərin lənəti tutmuşdu onu. Ömər öldü amma lənəti burdadır mənim üstümdədir deyə düşünürdü. Əli hara yox oldu? Əli Əli.Əli o insandır ki, Yasəmən ona görə vicdanını susdurdu. Əli o adam idi ki Yasəmən ona görə Öməri öldürmüşdü. Əli o adam idi ki Yasəmən öz taleyini ona həvalə etmişdi. Onu dəlilər kimi sevən Ömərə deyil.Məhz ərə getdiyi bu oğlan onun fikrincə onu həqiqi aşiqindən daha çox xoşbəxt edə bilərdi. Amma indi Əli də yox idi. Hara gedib axı? Bu nə deməkdi? Tam da Ömərin öldüyü gün getdi. Getdi və gəlmədi. Yasəmən bir neçə gün əvvəlki davalarını xatırladı. Əli Ömərin illər əvvəl ona yazdığı məktubu görmüşdü.

"Yasəmən-sevgilim mənim. Səni sevirəm. Dünən məndən bir az incidin. Bilirəm. Amma and olsun ki, mən həqiqətəndə siqaret çəkmirəm. O əlimdəki dostumun idi. Mənə saxlamaq üçün vermişdi. Mən səni sevirəm. Səni kədərləndirəcək heç nə etmərəm mən. Sənə yalan danışmaram mən. Sən mənim həyatımın rənglərisən. Səni çox çox çox sevirəm."

O vaxt Yasəmən Ömərin telefonlarına və mesajlarına cavab vermədiyi üçün Ömər bir kağıza bu sözləri yazıb sevgilisinin çantasına tullamışdı. Sonra barışdılar onlar təbii ki. Yasəmən isə bu kağızı sevgilərinin xatirəsi kimi saxladı.

İndi isə Əli bu kağızı Yasəmənin burnunun önündə sirkələyir və soruşurdu.

-Nədir bu? Nədir bu Yasəmən? Sən hələ onu yaddan çıxarmamısan?

Yasəmən ona həqiqətləri anlatdı. Kim deyir ki, acı həqiqət şirin yalandan yaxşıdır. Həqiqətlər insan talelərini məhv edir. Yasəmən Əliyə həqiqətləri anlatdı. Və Öməri hələdə sevdiyini ondan gizlətmədi. Ömərin sevgisinin böyüklüyünü də ona başa saldı. Ona görə Ömərin kəsilmiş qollarından və xəstəxanada cançəkişindən danışdı. Əli pencəyini götürüb evdən çıxdı. Bu vaxt təsadüfən Ömər də palatasından çıxırdı. Əli maşını sürətlə xəstəxanaya doğru sürürdü. O Öməri öldürməyə gedirdi. Yan oturacağa evdən götürdüyü bıçağı qoymuşdu. Bir anlıq fikirləşdi ki, bəlkə dostu Hikməti çağırsın. O bu işlərdə daha yaxşıdır. Amma sonra qərara aldı ki, məsələni özü həll etsin. Bu saniyələrdə Ömər də axsaq ayağı ilə xəstəxana koridorlarında həkimlərlə qaçdı qovduda idi. Əli hirsli olsa da məntiqi düşüncəsini itirməmişdi. Öməri öldürdükdən sonra yaxalanmaq istəmirdi. Maşını xəstəxanadan xeyli uzaqda saxlayıb xəstəxanaya qədər yolu piyada getdi. Bu vaxt Ömər xəstəxananın həyətinə çıxmağı bacardı. Uzaqdan Kamil Öməri görüb qışqırdı:

-Bura gəl.

Ömər həmin tərəfə gedib dostu ilə birgə maşınlardan birinin arxasında gizləndi. Bu vaxt Əli xəstəxananın girişində dayanmışdı. Məhz indi anlayırdı ki, o bir insanı öldürə bilməz. O Öməri öldürə bilməyəcəkdi. İçini bir üsyan və nifrət bürüdü. Buna elmi dildə Affekt vəziyyət deyirlər. O artıq məntiqi düşünə bilmirdi. Özüdə tam şəkildə nə etdiyini anlamadan yaxınlıqdakı marketə tərəf addımladı. Həkimlər xəstəxanadan çıxır , bütün həyət boyu Öməri axtarırdılar.Ömərin isə ayaqları ağrıdığından qaça bilməzdi hələki. Bir az dincəlməliydi. Nəfəsini dərməliydi.

Sən və QəmTempat cerita menjadi hidup. Temukan sekarang