Bölüm 22-Elvinin həyatı

212 31 0
                                    

11 İL ƏVVƏL

Elvin yasda oturub gözlərini qarşısında uzanan üstüörtülü meyitə zilləmişdi. İnana bilmirdi. İnana bilmirdi ki, onun ən yaxın dostu olan Ömər artıq bu dünyada deyil. Səmalarda-hardasa mələklərin olduğu yerdədir. Elvin özünü qanadları qırılmış kəpənək kimi hiss edirdi. Heç olmasa yanında Kamil olaydı. Bir-birlərinin çiyninə vurub təsəlli verərdilər bir-birlərinə. Amma Kamil də yox idi.

"Kamil hara yox ola bilərdi axı?"

Elvin düşüncələrin və naməlum hislərin içində boğulurdu. Sonra cənazəni çiyninə qaldırdı Elvin. Dostunun məzarını torpaqla doldurdu. Daha sonra Kamilə zəng vurdu. Nömrəyə zəng çatmırdı.

"Allahım nə baş verir?"

Və sonra bir şeyi xatırladı. Kamil və o bir neçə həftə əvvəl kiçik bir çayxanada oturmuşdular. Ömər yox idi. Dediyinə görə Yasəmənlə kinoteatra getmişdi.

Onlar çayxanada oturmuşdular və açıq aydın görünürdü ki, Kamilin kefi yoxdu.

-Nə olub Kamil?-Elvin soruşdu.

-Artıq dözə bilmirəm- dedi Kamil ağlamsınaraq.

-Nə olub axı?

-Amma söz ver ki, Ömərə deməyəcəksən.

-Niyə axı? Biz bir-birimizdən nə vaxtdan bəri söz saxlayırıq?

-Yox Elvin elə deyil. Öməri görürsənmi o indi çox xoşbəxtdir. Az qalır ki, qanadlanıb uçsun. Niyə axı onun kefini qaçırım ki? Özün bilirsən ki, o necə həssas insandı. Bizim dərdimizi həmişə o da özünə dərd edir.

-Yaxşı-yaxşı başa düşürəm. İndi sən de görüm nə məsələdi.

-Qulaq as Elvin mənim həyatımın xoşbəxt günləri mənim ailəmin ölümüylə bitib. Məsələ mənim təkcə yetim olmağımda deyil məsələ mənim bibimdədir.

-Bibinə nə olub ki?-Elvin narahat oldu.

-Heh. Bəlkə bibimə nəsə olsaydı mənim vəziyyətim az da olsa yaxşılaşardı.

-Nə?

Daha sonra Kamil bibisinin ona çəkdirdiyi əzablardan ona verdiyi mənəvi işgəncələrdən danışdı.

Buna ağlamalıyıqmı əziz oxucu yoxsa gülməliyik? Heç olmasa biriniz bu qarmaqarışıq karmalarla dolu həyatın sirrini aça bilmisinizmi? Bu cəza olan dünyada yaxın, tanış, qohum görəsən həqiqətənmi ali səviyyədə var? Yoxsa bizi aldadırlar? Görəsən həqiqətənmi dostluq və sevgi emosianal keçid mərhələsində insanların bir-birinə yaxınlaşmasıdır? Bu dünyada müqəddəs insan münasibətləri varmı yoxsa sadəcə müvafiq şəraitdə maraqları uyğun gələn insanlar var?

İndi

-Ömər- Yasəmən donub qalmışdı.

Volf bilmirdi nə desin. Saniyələr onların əleyhinə işləyirdi amma bir vaxtlar dəqiqələr.

Birdən Yasəmən gülməyə başladı. Volfun qəribə baxışlarını görüb izah etdi:

-Yəqin ki, mən dəli oluram. Sizi illər əvvəl ölmüş bir insana bənzətdim. Ömərə. Mənim köhnə sevgilimə. Onda biz universitetdə oxuyurduq.

-Ona çoxmu bənzəyirəm?-Volf soruşdu.

-Yox qətiyyən. O optimist oğlan idi. Sizin kimi qaraqabaq deyildi. Həyatı sevirdi. Amma sizin şeirlərinizdə bu sevgi görünmür. O sizin kimi susqun deyildi. O sizin kimi qapalı insan deyildi. Nə hiss etdiyini üzündən oxumaq olurdu. Amma....

Sən və QəmWhere stories live. Discover now