Bölüm 12-Ayağa qalxmaq lazımdır

259 36 5
                                    

             AYAĞA QALXMAQ LAZIMDIR

Ömər kəndin hər tərəfini gəzdi. Özünə iş axtarırdı. Yenidən ayağa qalxmaq lazım idi. Kəndə səs düşmüşdü. Naməlum axsaq, burnu əyri bir adam iş axtarır. Bu adam gülə bilmirdi. Bu adamın dərisi büzük-büzük idi. Bu adam əzmli görünürdü. Bu adam inadkar görünürdü. Bu adamın gözlərindən kədər yağırdı.

Ömərdən kilometrlərcə uzaqda Yasəmən hər gün polis bölməsinə gedir Əliylə bağlı yeni nə olub olmadığını öyrənirdi. Yeni heç nə yox idi. Əli heç yerdə görünmürdü. Əlidən heç bir xəbər yox idi. Yasəmənin əsəbləri artıq son həddə dirənmişdi. Hər gün ağlayırdı. Bütün şeylər sanki üst-üstə gəlirdi. Ömər öldü ya da öldürüldü. Əli harasa yox olub. Bu tərəfdən də Hənifə xala. Yasəmənin danışdıqlarından sonra Hənifə xala insult keçirmişdi.

Oqtay xəstəxanadan bir an belə ayrılmırdı. Bütün günü ömür-gün yoldaşının palatasının önündən ayrılmır, gah həkimlərlə danışır, gah da koridor boyu gəzərək dua edirdi. Son günlərdə olanlar qarşısında onun qüruru tab gətirə bilmirdi. O ağlayırdı həm də durmadan ağlayırdı. Hənifə xala isə oğlunu-onun kədərli həyatını düşünərək mənəvi əzab çəkirdi. Palatanın ağ tavanına baxır sonra kirpiklərini görür sonra yenə ağ tavana baxırdı. Sadəcə tavanı görürdümü bəs? Təbii ki yox. O Ömərin doğulduğu ilk anı görürdü. Onun gülümsəməyini ya da ağlamağını. İlk dəfə ana deməyini. Məktəbə getməyini görürdü. Sonra universitet həyatını. Sonra Yasəməni. Sonra Ömərin ölümünü.

Qoca kişi Ömərin üzünə baxıb soruşdu:

-Adın nədir?

-Volf-Ömər cavab verdi.

-Volfmu? Necə yəni Volf?

-Adım Volfdur.

-Şəxsiyyət vəsiqəni ver baxım.

Ömər cibindən vəsiqəsini çıxarıb onu həmsöhbətinə uzatdı. Kişi vəsiqəni incələyəndə üzündə heyrət ifadəsi yarandı. O dedi:

-Adın Ömərdir axı.

-Hə. Amma mənə hər kəs Volf deyir. Sizdə yəqin ki belə çağırarsınız.

-Sənə necə xoşdur?

-Mənə Volf deyin.

Ömər keçmiş həyatı ilə bağlı hər şeydən canını qurtarmaq istəyirdi.

-Hə. Yaxşı. Sən görürəm ki, axsayırsan. Sənə bu iş çətin olmaz oğlum?

-Mən bacararam.

Kişi bir az duruxdu. Sanki beynində nəyisə götür-qoy edirdi. Danışmağa başlayanda isə bunları dedi:

-Həəə. Görürəm qətiyyətli oğlansan. Bu insanda əsas keyfiyyətdir. Səni işə götürürəm. Sabahdan işə başlaya bilərsən.

Ömər demək olar ki, bütün yolu qaçdı. Təbii ki, onun axsaq ayağı ilə qaçmaq maksimum necə alınırdısa o da o dərəcədə qaçdı. Qapını açanda Kamil deyəsən azca qorxdu hətta.

Ömər qışqırdı:

-Kamil mən iş tapdım özümə. İş tapdım.

-Nə?-Kamil gülümsədi-Harda?

-Bir kafe var. Orda ofisiant olacam.

Kamil bir az dayandı.

-Sən bacararsan Ömər?

-Əlbəttə bacararam-deyəsən bu söz Ömərin xətrinə dəymişdi.

Bakıda həyat öz axını ilə davam edirdi. Kamilin bibisi oğlanın itməyindən heç narahat belə olmadı. Kamil məktub yazmışdı getmədən əvvəl.

Sən və QəmDonde viven las historias. Descúbrelo ahora