Bölüm 36-Sona bir neçə addım qalıb

222 34 2
                                    

Günəş altında yeni heç nə yoxdur.

Biblia, Levit.

Həyat başına nə gələcəkləri bilmədən hələki gülümsəyən bir uşağın saflığı qədər qəddardır.

Kim deyəcək həqiqəti? Kim Volfun günahsız olduğunu bütün dünyaya hayqıracaqdı? Kim xalqın sevimli şairinin reputasiyasını bərpa edəcəkdi? Bəs Volf ümumiyyətlə günahsız idimi? O illər əvvəl Hikməti və onun fahişəsini kənddəki o evdə cəhənnəmə vasil etməmişdimi?Etmişdi. Amma bunu hakim qarşısında etiraf edə bilməzdi. O deyə bilməzdi ki, "Cənab hakim düzdür mən Hikməti öldürmüşəm. Amma siz buna görə məni həbs edə bilməzsiniz. Çünki dünya özü öldürməyin üstündə qurulub. Müqəddəs kitabdab tutmuş bütün təbiət qanunlarında pisləri öldürün deyilir. Deyəcəksiniz ki, bu insanlıq deyil. Xeyr əsl insanlıq budur. Mən sizdən xeyli yaş kiçiyəm. Amma mən siz gördüklərinizdən daha artığını görmüşəm bu dünyada. Mən bir sadə oğlanın necə canavara çevrilməsini görmüşəm. Mən belə bir dünyada yaşayıram. Biz hamımız haqlının yox güclünün qələbə çaldığı bir dünyada yaşayırıq. Artıq siz də bunu qəbul edin. Və məni öz dünyamda rahat buraxın.

Çünki ruhumuz qaranlığa düşəndə günahlar işləməyə başlayırıq. Günahkar günahları işləyən deyil, qaranlığı gətirəndir."

Gecənin bir yarısı tər içində yuxudan oyandı.

"Mən səni heç vaxt tək qoymayacam"

Yasəmənin yuxuda səslənən bu sözləri Volfu oyanmağa və hələdə qaranlıq kamerada olduğunu dərk etməyə məcbur elədi.

"Sənin həyatını məhv edən və səni uçurumun önündə tək qoyan bir qadını öz həyatının bahasına xilas etməyə çalışmanın səbəbi nə ola bilər ki? Yalnız sevgimi? Sevgi yetərincə tutarlı bir səbəbdirmi?"

Volf özünü məcbur edirdi ki, Yasəməni nəzərə almadan bütün bildiklərini hakimə anlatsın. Beləcə də Yasəmənin ölümünə rəvac yaratsın. Çünki kim nə deyir desin intiqam gözəl şeydir. Volf bunu eləməkdən ötrü ən acı xatirələrini yadına salırdı.

Beyin yenə süstlük mərhələsinə keçdi. Yenə onun yaddaşı onu öz xarabalıqlarına çəkdi.

İllər əvvəl Yasəmənin nişanlanması münasıbəti ilə qurulan qonaqlıqdan çıxanda Ömər soruşmuşdu neçə illik sevgilisindən:

-Onu sevirsən?

-Hə.

-Məni sevdiyin qədər?

-Daha çox-deyə Yasəmən cavab vermişdi.

"Daha çox". Bu söz illərlə Volfun içini gəmirib çıxarmışdı. "Mən səni tək qoymayacam" , "Bizim sevgimiz əbədiləşməlidir" deyən qızla ağzından bu "Daha çox" kəlməsini çıxaran qız eyni adam idi. Bu necə ola bilər axı.

O gün Elvin əlində alışqanı fırlada-fırlada Kamillə söhbət edirdi.

-Türmənin necə bir yer olduğunu mən yaxşı bilirəm. Ora əsl cəhənnəmdir. Ömərin həyatında yeni bir qara səhivə açılar ora düşərsə.

-Necəsə edib onu ordan xilas eləmək lazımdır.

-Mən artıq Ömər üçün barmağımı belə tərpətməyəcəm.

-Niyə?-Kamil donuq sifətlə Elvinə baxdı.

-O artıq mənim qardaşım deyil. O sözləri heç vaxt bağışlaya bilmərəm ona Kamil.

-Elvin gic-gic danışma. O .... hirslənmişdi. Kədərliydi. Elə demək istəmədi.

-Kamil hirsliykən deyilən hər bir söz sakit vaxt düşünülüb elə deyilmi?

Sən və QəmDonde viven las historias. Descúbrelo ahora