Bölüm 37-Son Ayrılıq

420 39 40
                                    

Bu son ayrılıqdır başımıza gəlir
Bu gün sən son dəfə gedirsən və mən son dəfə sənin gedişini qarşılayıram
Sən son dəfə mənə arxanı çevirəcəksən bu gün
Amma mən ilk dəfə sənin sevdiyini görəcəm
Mən illərin peşmançılığı arasında sənin son ayrılığını öpəcəm
Sehrli kəlmələrin arasına xoş gəlmisən
Və sən hər gecə bu son ayrılıqla məni məhv edəcən
Necə ki, illər boyu qəlbimin ən dərin köşəsini dəlmisən

Gəl canım gəl
Sənə bir neçə söz deyəcəm
Əgər bacara bilsəm bu son ayrılığın qarşısını alacam.

Volf evdən qaçaraq çıxdı. Qərarını vermişdi. Nə olursa olsun son ayrılığa mane olmalıydı.
" Sən həm məni utandıran həm də sehrli edənsən."

Maşına atlayıb qazı dibinə qədər sıxdı.

15 saat əvvəl

Volf həbsxanadan çıxdıqdan sonra artıq bu şəhərdə qala bilməyəcəyini dərk etdi. Burdan çıxıb getməyə qərar vermişdi. Beynində hələki konkret bir yer tutmasa da gedəcəyi kəsin idi. Mütləq gedəcəkdi. Amma getməzdən qabaq hər şeylə vidalaşmalıydı. İlk dəfə Yasəməni gördüyü universitetlə, oxuyucuları ilə , Yasəmənə sevgi etiraf etdiyi yerlə, birgə xoşbəxt olduqları yerlə, Əmi ilə, Ömərin öldüyü yerlə. VƏ YASƏMƏNLƏ.
Hər kəslə son vida görüşünü etdikdən sonra geriyə bir tək Yasəmən qalırdı. Və Volf Kamilə zəng vurdu.
Bir saat sonra Yasəmənin qapısı döyüldü.
-Gəldim Rəşad gəldim.-deyən Yasəmən açdığı qapıda təmiz başqa bir adam dayanmışdı. Ata həbs olunandan sonra qapıdakı mühafizəçilər də götürüldüyündən Kamil indi açılan qapının və Yasəmənin qarşısında dayana bilirdi.
-Kamil-Yasəmən açıq-aşkar heyrətlənmişdi.
-Yasəmən sənə bir şey deməliyəm.
-Nə?
-Oqtay dayı ölməmişdən qabaq məndən bir şey xahiş etmişdi.
-Nə?
- Dediyinə görə sən Ömər öləndən sonra hansısa qara dəftər axtarmısan.
Yasəmən onu yaxşı xatırlayırdı. O illər əvvəl gördüyü bir yuxunun təsiri ilə Ömərgilə gedib atasından "Ömərlə Yasəmənə sevgilərini əbədiləşdirmək üçün" yazılan dəftəri istəmişdi. Ömərdən son yadigar olaraq. Amma o vaxt Oqtay kişi belə bir dəftər haqqında heç nə bilmədiyini demişdi.
Bunu Kamildə bilirdi. Volfun Ömər olduğunu söyləməyə gedərkən Oqtay kişi necəsə olub bu hadisəni ona danışmışdı. Və indi də Volf zəng vurub Kamildən Yasəmənlə son dəfə görüşmək istədiyini deyəndə o bu hiyləni düşünmüşdü.
-Hə-deyə cavab verdi Yasəmən-amma...
-O vaxt Oqtay dayı sənə yalan danışıb oğlunun xatirəsini qorumaq üçün. Amma indi o son dəfə vəsiyyət elədi ki, mən o dəftəri sənə verim.
-Aha .Dəftəri gətirmisən?-Yasəmən niyə görəsə Ömərin son yadigarını ələ keçirmək istəyirdi. Bəlkə də buralardan son xatirə olaraq.
-Ee yox. Mən o evə girə bilmirəm. Mənə pis təsir edir. Səndən xahiş edəcəm sən ora get. Al bu da açar. Dəftər Ömərin otağında siyirtmədədir.

Volf illərlə yaşadığı və boya-başa çatdığı evə gəldi. Ömərin evinə. Ömərin hekayəsi burda bitmişdi elə deyilmi? Və həmin gün burda Volfun hekayəsi başlamışdı elə deyilmi?
Ev toz içində idi. O asta-asta içəri girdi. Bu evdə keçirdiyi hər bir xatirəsi bir kino lenti kimi gözünün önündən keçirdi. Bəzi yerlərdə lent ilişir və Volf eyni kadrları təkrar-təkrar görürdü. Məsələn atasının ona şillə vurmasını ya da bu yerdə güzgünü qırmasını.
Hər şey necə də ədalətsizdi bu dünyada. Bu son ayrılıqdan öncənin işarələridir. Hava tutqunlaşmışdı. Bir neçə dəfə göy guruldadı. Buludların arasından mələklərin bir neçə göz yaşı qopub dünyamıza tərəf gəldi. Bu gün burda dünyanın ən böyük sevgi dastanının son səhnələri canlanacaqdı. Mələklər görəsən sevincdənmi ağlayırdılar yoxsa kədərdənmi?
Volf eyni asta addımlarla otağına girdi. Ömərin otağına. Onun ruhu bədənindən çıxacaq kimi idi. Onun qulaqları beynindən gələn təzyiqlə sıxılır, gözləri dumanlaşırdı. Kirpikləri arasında göz yaşları çırpınırdı. O qapının açılmasını eşıtmədi. Evə daha birinin girməsini hiss etmədi.
O indi təmiz başqa şeylər eşidirdi. Yasəmənlə bu otaqda olan gecə telefon danışıqlarını.
-Ya da bilirsən neyniyərik? Buralardan gedərik. Bir kənddə ya da meşəliyin içində bir daxmada xoşbəxt yaşayarıq.
-Vay romantik sevgilim mənim-Yasəmən deyərdi.
-Hə bu mənim həmişə beynimdə fırlanıb. Buralardan getmək. Heç kimin tanımadığı bir yerdə heç kimin tanımadığı bir adam olmaq. Amma o vaxt tək idim. İndi sən varsan. Birgə gedərik.
Necə də xoşbəxt günlər idi. Volf otağının pəncərəsinə baxdı. Xoşbəxtlikdən gülümsəyərək dənizə baxdığı pəncərə. Qarşısında Yasəmən üçün Allaha şükr etdiyi pəncərə. Sonra biləklərini kəsdiyi yerə. Və bu an arxadan səs gəldi.
-Siz?-o Yasəmənin səsini o dəqiqə tanıdı. Belə sevimli səs daha kimdə ola bilərdi ki....
Volf geri çevrildi. Qarşısında bu evdə həmişə görmək istədiyi bir qadın dayanmışdı.
Özünü heyrətlənmiş kimi göstərdi.
-Siz burda nə gəzirsiniz?
-Mən... bura...-Yasəmən bilmədiki nə desin-bura mənim bir tanışımın evidir.
-Doğurdan?
-Hə. Siz burda nə gəzirsiniz bəs?
-Mən roman yazmaq qərarına gəlmişəm. Bildiyimə görə bu evdə yaşayan bir adamın çox böyük bir sevgi dastanı var.
-Nə?-Yasəmənin qaşları çatıldı.
-Məndən soruşursunuz? Siz ki, bunu hamıdan yaxşı bilməlisiniz elə deyilmi?-sual ikibaşlıqla verilmişdi-axı bu evdəkiləri tanıdığınızı dediniz.
-Hamısını tanımıram-Yasəmən vəziyyətdən çıxmaq üçün dedi.
-Kimi tanıyırdınız bu evdə.
Yasəmən duruxdu. Ona elə gəlirdi ki, ağzını açsa ağlayacaq. Çünki bura onun bir vaxtlar xəyalı idi.
-Sizin romanınızdakı insanı tanımırdım.
-Aa icazə verin yazmaq istədiyim romanla bağlı sizlə məsləhətləşim.
-ee əlbəttə buyurun.-Yasəmən nə deyəcəyini bilmədi.
-Deyilənə görə bu evdə bir oğlan yaşayırmış.-Volf danışmağa başladı.- bu oğlan özünü çox xoşbəxt hiss edirdi. Onu xoşbəxt edən şey bilirsiniz nə idi?
-Nə?-Yasəmən titrəyən səsini gizlətməyə çalışaraq dedi. O özü də bilmirdi ki, niyə həyəcanlanıb.
Volf Yasəmənin tam gözlərinin içinə baxaraq dedi:
-Sevdiyi qız. O bir qızı çox sevirdi.
Volf arxasını çevirib pəncərəyə tərəf getdiyi an Yasəmən gözlərini sildi.
-O hər gecə bu pəncərədən baxarkən o qızı xəyal edərdi.-Volf davam edirdi-Onlar evlənəcəkdilər. Amma bir gün bizim bu oğlanı maşın vurur. Oğlan şikəst olur. Qızsa bu cür oğlanla xoşbəxt yaşamayacağını dərk edərək başqa bir varlı oğlanla evlənir. Əsərimin qəhrəmanı çox pis olur. İki travmanı birlikdə alan bu oğlan buna dözməyərək.....
-Mən bu hekayəni bilirəm-dedi Yasəmən Volfun sözünü kəsərək.
-Özünü öldürür-Volf cümləsini tamamlayaraq Yasəmənin mavi və insanı heyran edən gözlərinə baxdı.
-Bilirəm bu əvhalatı mən-dedi Yasəmən birdə.- Mənə danışmışdılar bunu. Oğlan özünü öldürür və hər şey bitir.
-Hə-dedi Volf qəmli-qəmli.-Bəs bu hekayənin digər versiyasını da eşıtmisiniz?
-Nə versiya? Bu....
Sənsiz necə keçdi ömrüm bilirsən?
İstərəm sənə bunu aşılayım
Heç olmasa indi məni sevirsən?
Çox istəyirəm səni bağışlayım.

Sən və QəmOù les histoires vivent. Découvrez maintenant