Bölüm 24-Keçmişin izləri ilə

178 30 4
                                    

"Həm aşiq həm də ağıllı ola bilməzsən"

Bacon belə deyirdi.

Volf nə edəcəyini bilmədən otağında peyda olan bu iki qorxunc siluetə baxırdı. Bunlar sıradan bir oğrulara oxşamırdılar. Bunlar öldürməyə gəlmişdilər. Bunlar adi qatillərə də oxşamırdılar. Bunlar .....

İlyas əlindəki tapancanı qaldırdı. Onu Volfun alnı səviyyəsində saxladı. Şəhadət barmağı ilə tətiyi geri itələdi. Və atəş. Volf diksinərək gözlərini yumdu. Otağı İlyasın qışqırıq səsi öz qasırğasına bürüdü. Volfdan sağ tərəfdəki divarda güllə izi qaldı. Tural gah qardaşının əlinə sancılmış bıçağa baxır gah da qapının ağzında dayanmış qoca kişiyə baxırdı.

-Əmi-Volf nəyin baş verdiyini indi anladı. Əmi yenə özünün bıçaq atma məharətindən yararlanmışdı.

Tural yumruğunu sıxıb əmiyə tərəf getdi.

Volf yerindən tərpənməyə macal tapmamış dəhşətli hadisələr baş verdi. O Həsən kişinin əlində peyda olan bıçağa baxdı. Və sonra Turalın əmiyə sarı ünvanlanmış yumruqlarına. Daha sonra əmi sol əli ilə yumruğu havada tutdu. Digər bıçaqlı əli havada kəskin qövs cızdı. Ani sükut yaşandı bütün otaqda. Sonra Turalın cansız bədəni yerə çırpıldı.

"İlahi"

Əminin paltarı da qana bulaşmışdı. Turalın boynunda isə dəhşətli kəsik izi vardı. İlyasdan dərin bir fəryad qopdu. Sonra Həsən kişiyə baxdı heyrətlə.

-Sən?

-Təəssüfki, belə alındı- dedi Həsən kişi.

12 saat sonra

Bu dəfə Bakının gecəsinə və gecənin qaranlığına beş ulduzlu bir hotelin pəncərəsindən baxırdı Volf.

"İlahi bu dəhşətdir. Hər dəfə özümə söz verirəm ki, heç nəyə təəccüblənməyəcəm. Amma yenədə həyat mənlə oyun oynamaqdan doymur. Bir insanın həyatında hər şey bu qədərmi yalan olar?"

Başını pəncərədən 180 dərəcə çevirib qarşısındakı otağın ağ qapısına baxdı.

"Bu nə dərəcədə düzgündür? Allahım mən hər şeyə rəğmən və elə hər şeyə də görə vicdan əzabı çəkirəm. Allahım bu necə bir taledir mənə yazmısan? Allahım mən ədalət axtarıram. İlahi ədalət. Məni öldür Allahım. Mən onu öldürə bilməyəcəm."

Cibində telefonunun titrəyişini hiss etdi. Əsən əlləri ilə telefonu çıxarıb sensor ekranda görünən müvafiq yaşıl işarəni sağa tərəf sürüşdürdü. Telefonu qulağına qoyanda həyacandan ürəyi yerindən çıxacaqdı.

-Alo ata.

-Ömər-xəttin o biri başında Oqtay kişinin səsi eşidildi-bura gəlsən yaxşı olacaq.

-Nəsə olub?-Volf bir an huşunu itirəcəyini zənn etdi.

-Bura gəl Ömər-atası təkrarladı.

-Gəlirəm- o sadəcə bu sözləri deyə bildi.

Telefonu qoyandan sonra gözündə bir mənzərə canlandı. İllər əvvəl kənddə olarkən Həsən kişi ona demişdi:

-Volf bax ilk kitabın çıxdı. Artıq sevilirsən. Səncə bütün bunlar niyə görə baş verdi?

-Niyə görə əmi?-deyə soruşmuşdu o.

-Paulo Koalye deyirdi ki, oxu uzağa atmaq üçün yayı geri çox dartmaq lazımdır.

-Yəni əmi?

Sən və QəmDonde viven las historias. Descúbrelo ahora