Bölüm 6-Xəstəxana

304 37 14
                                    

XƏSTƏXANA
Ömər ayılanda hiss etdi ki beyninin içində nəsə ürək kimi vurur.Ayağı ağrayırdı.Bir neçə yerini sarımışdılar.Başının üstündə ağ xalatlı həkim dayanmışdı.Ömər"bura haradır?" demək istəsədə ağrıdan ağzını aça bilmədi.Eyni zamanda burnunda da kəskin ağrı vardı.Hiss edirdi ki burnuna sarğı qoyublar.
-Qorxma oğlum-dedi həkim.Saçının önü azca seyrəlmiş olan həkimin eynək altından baxan qara gözlərindən mehribançılıq yağırdı.
-Mənə nə olub?-Ömər xırıldadı.
-Sən avtomobil qəzası keçirmisən.Amma narahat olma hər şey yaxşı olacaq.Sənin çox yaxşı dostların var.Hər gün bura gəlirlər.Valideynlərində qapının ağzındadırlar. Onları görmək istəyirsən?
-Hə-Ömər ağrıya dözməyə çalışaraq dedi.

Həkim otaqdan çıxdı.Ömər tək qalanda Yasəmən haqda fikirləşdi.Görəsən o bura gəlibmi?Görəsən heç ağlayıb?Yəqin ki ona görə çox narahatdır.
Ömər çox şeyi bilmirdi.Ömər bilmirdi ki həkim onun valideynlərinə oğullarının ömürlük axsaq qalacağı xəbərini vermişdi.O bilmirdi ki burnunda ömürlük əyrilik olacaq.Ömər bilmirdi ki gülümsəmək bu gündən ona çətin və ağrılı olacaq.O bilmirdiki alnına dərin çapıq düşüb.Və ən dəhşətlisi Yasəmən idi.O Yasəmənin nə düşündüyünü bilmirdi.O hələ ki xoş xatirələrə dalmışdı.Fikrində keçmiş səhnələri canlandırırdı.
-Bilirsənmi mən heç vaxt inanmazdım ki kimisə sevə bilərəm-Ömər Yasəmənə demişdi-Həmdə bu qədər çox.
Onlar əl-ələ bulvarda gəzirdilər.
-Bəs sonra nə dəyişdi?-Yasəmən mənalı-mənalı gülümsəyərək soruşdu.
-Sonra səni gördüm.Nə musiqi çalındı beynimdə nə də külək əsdi.Sadəcə gördüm və anladım ki səni sevirəm.
-Mən də səni sevirəm-dedi Yasəmən Ömərin ağlını başından alan səsi ilə.
Əvvəlcə onlar nəvazişlə qucaqlaşdılar.Növbəti saniyə isə onların dodaqları qucaqlaşdı.
Öməri xoş xatirələrdən açılan qapının cırıltısı ayırdı.Valideynləri saxta təbəssümlə içəri girdilər.Əslində isə onlar içlərində qaranlıq dərdi yaşayırdılar.Sadəcə həkim onlara xəbərdarliq etmişdi ki hələki Ömər heç nə bilməməlidir.Anası içəri girən kimi özünü saxlaya bilməyib ağlamağa başladı.
-Ağlama-Ömər onu sakitləşdirməyə çalışdı.Çənəsinin altından qopan ağrıya məhəl qoymamağa çalışaraq davam etdi-Həkim deyir ki hər şey yaxşı olacaq.
-Bilirəm bilirəm –dedi anası ağlayaraq.
-Oğlum sən yaxşısan?-deyə soruşan atanın da səsində bir qüssə duyulurdu.Və Ömər bundan şübhələndi.
-Olmaya mənə demədiyiniz bir şey var?-o soruşdu.
-Yox sadəcə kövrəldim-atası burnunu qaşıyaraq cavab verdi.
Ömər atasını yaxşı tanıyırdı.
-Ata-deyə səsləndi-həqiqət nə qədər acı olsa da mən ona dözə bilərəm.Amma yalana tab gətirə bilmərəm.Düzünü deyin,mənə nə olub?
Atası başa düşdü ki oğlu artıq uşaq deyil və onu da başa düşdü ki onunla bu dəqiqə əsl kişi kimi söhbət eləməlidir.
-Hənifə mənə güzgü ver-dedi xanımına çevrilərək.
-Oqtay sən nə edirsən?
-Hənifə dediyimi elə.
Ömərin anası çantasından balaca bir güzgü çıxardı.Atası güzgünü bir müddət əlində saxlayaraq tərəddüt etdi.Sonra onu oğluna verdi.
-Bax Ömər bax-dedi-sənin üzün ömürlük belə qalacaq.Üstəlikdə axsaq olacaqsan.
Bu vaxt Ömərin ağlına bir fikir gəldi.Görəsən Yasəmən onu bu vəziyyətdə də sevəcək?
"Əlbəttə sevəcək –deyə ürəyi onu sakitləşdirdi-axı o səni sevir.Ən dar günündə səni atarmı heç?"
Və Ömər sakitləşdi.
1 ay əvvəl
Öməri maşın vurub iki metr uzağa atdı.Yasəmən bir anlıq şoka düşdü sonra adi qız isteriyası ilə qışqırıb ağlamağa başladı.Maşın isə qarşıda bir ağaca dəyib dayandı.Hər tərəfdən polislər tökülüşdülər.Ömərin başının üstünü isə adi adamlar aldılar.
-Təcili yardıma zəng vurun-kimsə qışqırdı.
Yasəmən isə hələdə ağlayır və qışqırırdı.Bir qoca kişi ona yaxınlaşaraq sakitləşdirməyə çalışsada heç nə alınmırdı.Qız ele hey qışqırır fəryad qoparırdı.
-Onu xilas edin.Nə olar onu xilas edin.
-Kimə zəng vura bilərik?Ona yaxın olan kiminsə nömrəsini bilirsən?
-Yox bilmirəm.Mən heç nə bilmirəm.
Qıraqdan kimsə onların söhbətini eşidərək onlara sarı telefon uzatdı
-Bu deyəsən həmin oğlanın telefonudur.Baxın nömrələrə kiməsə zəng vurun.
Yasəmən əsən əlləri ilə telefonu açdı.İlk gözünə dəyən nömrəyə-Kamilə zəng vurdu.
Sonra hər şey necə lazımdırsa elə oldu.Öməri xəstəxanaya apardılar.Xəstəxana o qədər də rahat və effektiv olmasa da indiki vəziyyətdə hər kəs buna razı idi.Yasəmən hələdə ağlayırdı.Kamil isə dostunun sevgilisinin başı üstündən ayrılmayaraq ona ürək-dirək verirdi.Bir azdan Elvin də gəldi.Bu sarışın oğlanın da üzündən narahatlıq yağırdı.Ümumi vəziyyəti öyrənəndən sonra keçib bir kənarda oturaraq başını əlləri arasına aldı.Bir azdan Ömərin valideynləri də gəldi.Artıq o vaxt dostlar Yasəməni yola saldılar.Bir neçə gün sonra Elvinin təklifi ilə Kamil Yasəməni xəstəxanaya gətirdi.O düşünürdü ki Yasəmən üçün bu yaxşı olar.Xəstəxanada aydın oldu ki Yasəmən çox diribaş qızdır.İki dəqiqə içində həkimlərlə danışıb Ömərin faciəsindən xəbərdar oldu.Sonra Ömərin palatasına girdi.Ömər yuxulayırdı.Yasəmən ona baxdı və fikirləşdi ki bu onun sevdiyi oğlan deyil.Ömər daha yaraşıqlı idi.Yasəmən evə gəldikdən sonra da çox fikirləşdi.Vicdan əzabı çəksədə dərk edirdi ki o bu axsaq eybəcəri sevə bilməz.Ömrünün sonuna kimi bu adamla yaşaya bilməz.O bu düşüncələrdən çox utansada acı reallığı qəbul etməyə bilmirdi.Həyat bizim əlimizdən nəyisə almaq istəyəndə onu sadəcə alır.Hər şey sanki üst-üstə gəlir və pazl daşları kimi yerinə oturur.İndi də belə oldu.Bu günlərin birində Yasəmənə elçi gəldi.Elçilər Yasəmənin valideynlərini qane etmişdilər.Amma onun atası açıq fikirli olduğundan qızının da fikrini soruşdu.Yasəmən fikirləşdi.Beyninin bir küncündə 4 il sevgili olduğu şikəst oğlan dayndı.Digər tərəfdə isə daha yaraşıqla daha perspektiv və daha varlı olan bir oğlan.Və o ürəyini dinləmədi.Məntiqinə qulaq asdı.
-Razıyam-dedi.

VƏ ONLAR ÖMƏRİN AYILDIĞI GÜN NİŞANLANDILAR.


Sən və QəmDonde viven las historias. Descúbrelo ahora