Bölüm 26-Keçmişə daha aydın nəzərlərlə

181 30 6
                                    

     İllər əvvəl Həsən kişinin himayədarı olan "Ata" ləqəbli qanuni oğru və həmçinin vəzifəli şəxs ona Əlini tapmağa tapşırmışdı. Çünki ilk olaraq da Hikmət də Əlinin xidmətinə əminin vasitəsilə keçmişdi. İndiysə Əli itib. Həsən kişi Əlini tapmalıdır. Əli itib. "Ata" narahatdır. Əli itib. "Ata" qəzəblidir. "Ata" qorxuludur. Güman olunurdu ki, Əli Öməri öldürüb və harasa qaçıb. Bu doğrudanmı belədir?

İllər əvvəl Ömər ilk dəfə əminin çayxanasına gələndə Həsən kişi demək olar ki, şok keçirmişdi. O oğlandan adını soruşdu. Və sonuncu da öz növbəsində özünü Volf kimi təqdim etdi. Əmi ondan şəxsiyyət vəsiqəsini istədi. Vəsiqədəki yazını görəndə isə içindən bir titrəmə keçdi. "Ömər". Vəsiqə həqiqəti bəyan edirdi.

"İlahi Ömər kimdi? O nə edib ki, "Ata" və Əli onu belə ciddi təqib edirlər. Dur yaxında öyrənərik."

Əmi Ömərə sığınacaq verdi. Və ondan bütün bu işlərin sirrini və həmçinin Əlinin yerini öyrəndikdən sonra onu "Ata"ya təslim edəcəkdi. Amma bu oğlan öz sirrini heç kimə vermirdi. Həsən kişi öz çayxanasında ofisiant işləyən bu oğlana baxır və bu oğlanın əslində pis bir adama oxşamadığı qənaətinə gəlirdi. Amma "zakon" hamı üçündür. Bu aləmdə sənin fikirlərin soruşulmur. Hər şeyi "zakon" müəyyən edir. "Zakonda" isə belə idi. Əmi Öməri "ataya" təhvil verməliydi. O həm də "Atanın" gözündə qalxmaq üçün işin bütün sirrini öyrənmək istəyirdi.

Və bu an Hikmət peyda oldu. O tapancanı Ömərin alnına dirəmişdi. Ömərin əlində isə bıçaq var idi. Hikmət özü əyani olaraq əmini tanımırdı. Əmi Ömər işində onun yerinə Hikmətin uğur qazanmasına mane olmaq üçün Hikmətə ən başından bəri mane oldu. Və sonra hadisələr heç kimin planlaşdırmadığı istiqamətdə cərəyan etdi. Bu taleyin oyunu idi. Sanki hardasa yuxarılarda Tanrı özü bu işlə maraqlanır və hadisələrin axınını tez-tez dəyişərək mövcud vəziyyəti daha maraqlı və daha qəddar edirdi. Vaxt keçdikcə əmi Ömərin hekayəsinin bütün gerçəklərini öyrəndi. Və anladı ki, Əli ölüb. O anladı ki, bu işdə Ömərin heç bir günahı yoxdu. O anladı ki, Ömər hamı kimi sadə və adi oğlandı. Yox. Daha doğrusu hamı kimi sadə və adi oğlan idi. O anladı ki, Ömərin tək günahı vəfasızı sevmək olub. Və o anladı ki, sevən hər zaman başqalarına nisbətən daha çox qurbandı.

Vaxt keçirdi. Və Ömər get-gedə əminin xoşuna gəlirdi. Və sonra Əmi öz əli ilə oğlunu öldürdü. Və ikinci dəfə türməyə düşdü. Türmədə bir gün nəzarətçi gəlib dedi:

-Səni görməyə gələn var.

Onlar iki nəfərlik görüş yerində oturmuşdular. "Ata" və o. Əmi hər şeyi danışdı "Ata"ya. Ata isə sakitcə durdu və başını buladı. Sonra da tək kəlimə belə eləmədən durub getdi. O gün əmi "Ata"nı axırıncı dəfə görürdü. Sonra əmi türmədə olarkən öyrəndi ki, Ömər qisasını alıb Hikmətdən. Və tez telefon köşkünə tələsdi. "Ataya" zəng vurdu. Və ondan xahiş etdi ki, Ömərin elədiyi bu işi elə ört-basdır eləsin ki, Ömərə heç nə olmasın. Ömər törətdiyi qətlə görə türməyə düşməsin. "Ata" o vaxt onunla soyuq davransada amma əminin xahişini yerinə yetirdi.

Və sonra əmi türmədən çıxdı. Və sonra Ömər əməliyyat olundu. Və sonra Ömər məşhur oldu. Və sonra onlar Bakıya köçdülər. Və sonra Ömər Volf oldu.

Qədim zamanlardan qalma bir əhvalatda deyilir ki, bir kənddə çox fərasətli və istedadlı bir oğlan varmış. Bütün kənd onu sevirmiş, onu qoruyurmuş. O bütün kəndin fəxri imiş. O fədakar imiş. Və çox təəssüf ki, o hortkuluk imiş. Kəndin başına bəla açan əjdahanın hortkuluğu imiş. Yəni ki, əjdahanın canı bu oğlanda imiş. Əjdahanın ölməsindən ötrü ilk növbədə bu oğlanın ölməsi lazım imiş. Və bir gün bütün kənd qərara gəlir. Kənd əhli bu vicdanlı və fədakar gənci öz əlləri ilə öldürürlər. Və Əjdaha həqiqətən ölür. Əziz oxucum sual verirəm sənə. Bunu xoşbəxt sonluq adlandırmaq olarmı?

Sən və QəmDove le storie prendono vita. Scoprilo ora