Volf arxaya çevrildi. Xəstəxananın qarşısında yeni və 17 mərtəbəli bir bina ucalırdı. Volfun gözləri binanın bütün pəncərələrində gəzdi.
Ata doqquzuncu mərtəbənin pəncərəsindən ona baxırdı. Və Volfun onu görmək üçün necə diqqətlə binanı incələməsini görürdü. Amma Volfun onu görə biləcəyinə şübhə ilə yanaşırdı. Çünki həm Volfun gözləri zəif idi həm də aralarındakı məsafə böyük idi.
-Nə istəyirsən axı sən?-Volf telefona qışqırdı.
-Dediyim kimi seçimi sənə buraxıram-Ata xüsusi bir saxta nəzakətlə danışırdı.-İçəri girsən atan sağ qalacaq amma Kamil öləcək. İçəri girməsən isə İlyas atanı öldürəcək. Mənim adamım isə Kamilə heç nə etmədən palatadan çıxacaq.
-Niyə?-Volf beyni qarışmış halda dedi-sənə nə etmişəm axı mən?
-Emosiyalarınızla situasiyanı gərginləşdirmə Volf-xəttin o biri başından Ata dedi.
-Məndən nə istəyirsən?
-Qarşınızdakı binanın doqquzuncu mərtəbəsinə qalxın.
Cinayətkar aləmdə baş verən hər bir hadisədən Atanın xəbəri olurdu. Atanın hər yerdə adamı var idi. Buna görə də son hadisələrdən də Atanın xəbərdar olması heç də təəccüblü deyildi. O İlyasın xəstəxanaya hücum etməyə hazırlaşdığını asanlıqla öyrəndi. Çünki İlyasın gizlənmək üçün istifadə etdiyi ev Ataya məxsus idi. Ata otaqlara qoyduğu kameralardan caninin hər bir addımını izləyirdi. Və budur kadr İlyasın televizora baxdığı səhnəni canlandırır. Volfun və ailəsinin olduğu xəstəxana televizorun ekranında parıldayır. İlyas ayağa qalxır və tapancasını götürərək evdən çıxır. Onun hara gedəcəyini təxmin etmək Ata üçün elə də çətin olmur. Ata Volfla oyun oynamaq qərarına gəlir. Və tez öz adamlarından birini Kamilin palatasına göndərir. Sonra pəncərənin qabağında əyləşir. Volfun xəstəxana tərəfə necə qaçdığına baxır. Və geniş əlaqələri vasitəsilə öyrəndiyi nömrəyə zəng vurur. Telefon danışığının axırında o Volfun onun yanına qalxacağına əmin olur. Və bu dəfə başqa adama zəng vurur.
-Sabir İlyasa mane ol.
Bir dəqiqə sonra Kamilin palatasından bir həkim çıxır. Xalatının düymələrini açır və belindən qara "Makar" tapancasını çıxarır.
Oqtay kişi əlində silah tutmuş İlyasın qabağında çarəsizcəsinə dayanmışdı. Gözlərini yumdu. Artıq Oqtay kişi öləcəyi fikri ilə razılaşmışdı. İndi bir şey qalırdı sadəcə. Tətik çəkilsin və atəş səsi. Daha sonra Oqtay kişi həyatda yoxdu.
Və budur. Tətik çəkildi və atəş səsi. Oqtay kişi həyatdadır. O heç ağrını da hiss eləmədi. Gözlərini açdı. İlyasın sinəsindən qan axırdı. O daş kimi yerə yıxıldı. Qapıya tərəf əlində tapanca olan bir həkim qaçırdı. Amma yox. Yəqin ki, sadəcə əynindəki xalata görə kimisə həkim adlandırmaq düzgün deyil.
Volf qapının qarşısında çox gözləmədi. Qapını döydükdən bir neçə saniyə sonra qapını xidmətçi qadın açdı. Və Volf içəri girdi. Xadimə onu bir kabinetə sarı ötürdü. Volf içəri girəndə üzü pəncərəyə sarı oturmuş adam kreslosunda fırlandı və Volf nəhayət Atanın kim olduğunu gördü.
Evlərinin qapısı açıldı. Rəşad itələyərək Yasəməni içəri saldı. Yasəmənə növbəti zərbəni vurdu. Daha sonra onlar öz otaqlarını girdilər. Rəşad arxadan qapını bağladı. Otaqdan zərbə və qışqırıq səsləri gəlirdi.
-Mən deyəsən sənin ipini boş buraxmışam axı. Səni öldürəcəm. Səni öz əllərimlə öldürəcəm.
Təpik və yumruq altında olan Yasəmənsə bu an Ömər barədə düşünürdü. Ömər heç vaxt onu incitməzdi. O Ömərlə xoşbəxt ola bilərdi. Başlanğıcda hər şey çox gözəl idi.