40 İL ƏVVƏL
40 il əvvəl Həsənin atası narkotik satışı ilə günahlandırılıb həbs edildi. Həsən anası ilə tək qaldı. Və o gündən onun həyatı dəyişdirəcək istiqamətlər üzrə inkişafa başladı. Həsən ailəsini saxlamaq üçün məktəbi buraxdı və bir çayxanada işlətməyə başladı. Əslində atasının həbsdə olması bir baxımdan onun xoşuna gəlirdi. Beləki Həsənin yaddaşında qalan ilk fraqmentdən bu yana atası həmişə anasını döyürdü. Və nə qədər acı olsa da Həsən bunu özünə etiraf etməyə bilmirdi. O atasına nifrət edirdi.
Çayxanaya tez-tez qumar oynamaq üçün gəlirdilər. Çayxana sahibi əlavə qazanc üçün buna icazə verirdi. Və belə bir yerdə bir gün olması heç də təəccüblü olmayan bir hadisə baş verdi. Dava. Stullar havada uçuşur və pəncərələri çilik-çilik edirdi. Söyüş səsləri bütün məhəlləni başına götürmüşdü. Masalar sınıq-salxaq olmuşdu. Və sonra bir adam qışqıraraq yerə yıxıldı. Ətrafda olan insanlar diqqətlərini mərkəzə verdilər. Yıxılan qarnını bərk-bərk qucaqlamışdı və barmaqları arasından qan axırdı. Bıçaq isə Həsənin əlində idi.
İndi
-Əmi Elvin hardadır?
-Volf səhv edirsən-əmi tələyə düşmüş tülkü kimi yalvardı-bunu eləmə.
-Əmi nəyin xatirinə etdiyini bilsəmdə mənə çox yaxşılıq etmisən. Səni incitmək istəmərəm.
-Volf.....
-Elvin hardadır?-Volf xüsusi vurğu ilə təkrar etdi. Dayandıqları bu otel otağı əminin başına fırlanırdı. Volf nəhayət ki hər şeydən xəbər tutdu.
Arif Volfun arxasında dayanıb döyükən gözləri ilə gah Volfa gah əmiyə baxırdı. O başa düşə bilmirdi ki, onun şefi hansı işlərə qarışır. Amma sual vermək olmazdı. Onun işi sadəcə əmrləri yerinə yetirmək idi. Onun ixtiyarı heç nəyə çatmırdı. Arif Volfa və əmiyə baxıb fikirləşirdi ki, onun varlığı bu milyonçular üçün heç nədir. Qoy nə qədər istəyirlər bir-birlərini qırsınlar.
"Mənə dəyməyən ilan min yaşasın"
Əslində Volf xeyirxah və vicdanlı patron idi. Amma Arifdə bu ölkədə yaşayan bir çoxları kimi düşünürdü ki, vicdanla milyona nail olmaq qeyri-mümkündür. Amma bu belə deyildi..... Ona demək lazım idi. "Teoreniz yanlışdır cənab. Siz səhv etdiniz və ona görə də uduzdunuz. Və ona görə də bu gün məşhur milyonçu yox məşhur milyonçunun sürücüsüsünüz"
Oteldən kilometrlərcə uzaqda qaranlıq küçələrlə Yasəmən addımlayırdı. Və bir kölgə onu qarabaqara izləyirdi. Rəşad nədənsə hiss edirdi ki, Yasəmən onu aldadır. İndiysə budur. Yasəmən irəlidə gedir və Rəşadda arxasıyca. Yasəmən tini döndü. Rəşad onu itirməmək üçün addımlarını yeyinləşdirdi. Rəşad da yetişib döngəni çevrildi.
"İlahi bu qız hara oldu?"
Rəşad yolun sonuna boylandı. Yasəmən məgər belə tez uzaqlaşa bilər? Arxadan kimsə əlini Rəşadın çiyninə qoydu. Rəşad diksinərək çevrildi. Və budur. Ovçu şikara çevrilib. Çünki qarşısında Yasəmənin özü dayanmışdı.
40 il əvvəl
Həsən cavan yaşlarındanca türməyə düşdü beləcə. O özü gedib polisə hər şeyi anlatmışdı. Türmə həyatı Həsən üçün bir həyat məktəbi oldu. Həsən türmədə döyüşməyi və bıçaq atmağı öyrəndi. Həsənin cəsarətindən təsirlənən bir qanuni oğru türmə həyatı boyunca Həsənə himayəlik elədi. O Həsəni yetişdirir və onu yeni bir həyata hazırlayırdı.
-Qulaq as Həsən-o deyirdi- bu dünyada biləyinə yox ürəyinə güvənəcəksən. Arxanı divardan başqasına dayamayacaqsan. Unutma oğul bala kişi öz problemini özü həll edər. Hörmət edəcəksən ki, hamıya sənə də hörmət etsinlər. İnsanlara kömək edəcəksən. Kasıbı varlıdan oğurladıqlarının hesabına doyuracaqsan. Məzluma yiyə çıxacaqsan. Namusa əl uzadanın əlini, dil uzadanın dilini qoparacaqsan. Rəqibini öldürmək üçün silahın bıçaqdan başqası olmayacaq.