Bölüm 35-Məhkəmə

155 30 2
                                    

İllər əvvəl Volf xəstəxanadan çıxanda sonra güzgüyə baxdı. Üzündəki çapıq izi, büzülən dəri və əyri burun çəpəri yox idi. Yasəmənin vaxtıykən onu atmağına səbəbiyyət verən heç nə yox idi. Əmi kənardan ona baxıb dedi:

-Güzgüyə diqqətlə bax oğul, diqqətlə bax.

-Baxıram.

-Orda Ömərdən bir əlamət görürsənmi?

Volf nəzərlərini güzgüdən çəkib əmiyə zilləndi.

-Yox görmürəm.

-Bəs ürəyin necədir? Rahatsanmı?

-Ürəyimdə dərin bir yara var Əmi.

Həsən kişi ehmalca başını tərpətdi.

-Adın nədir sənin oğul?-dedi birdən.

Volf əminin eyhamını tutdu. Yeni vəsiqəsinə yazılacağı adı xatırladı.

-Coşqun Rəhimov-dedi burnunu qaşıya-qaşıya.

-Volf, oğlum-Əmi monoton səslə danışmağa başladı- ən yaxşısı gəl sən heç vaxt öz adını istifadə etmə. Yalan danışdığın bəlli olur. Qoy bütün dünya səni Volf adı ilə tanısın. Beləsi hamısından yaxşıdır. Amma yox birdən dövran tərs gedər və adını söyləmək məcburiyyətində qalarsan unutma. Sənin adın Ömər deyil Coşqundur.

İndi

-Coşqun Rəhimov- Volfu fikirlər dənizindən səslənən bu ad ayırdı-ayağa qalxın.

Volf ayağa qalxdı. O məhkəmə zalını dəmir barmaqlıqlar arasından seyr edirdi indi. Məhkəmə zalı insanla qaynayırdı. Hər kəs xalqın sevimli şairinin taleyinin necə olacağını fikirləşirdi. Deyilənə görə Volf bir neçə gün əvvəl bir ofisə özünün bir neçə dostunu və polis işçilərini dəvət etmiş, sonra da özü gələrək elədiyi bir neçə cinayətin iştirakçısı olduğunu boynuna almışdı.

Hakim diqqətlə şairin hər bir hərəkətini izləyirdi. Volfun baxışları məhkəmə zalındakı bir qızdan ayrılmırdı.

-Bildiyiniz kimi- Hakim danışmağa başladı- Öz ifadənizə əsaslanaraq siz ən yaxın dostunuz olan Kamilin valideynlərini sırf sadəcə sizdən xoşları gəlmədiklərinə görə hadisəyə qəza donu geyindirərək öldürmüsünüz. Bundan başqa siz Hikmət İsmayılovun öldürməkdə də günahkar hesab edilirsiniz. Elvin Rüstəmovun düşmənləri olan Tural və İlyas Əhmədov qardaşlarının da öldürdüyünüzü boynunuza almısınız.

-Bəli aldım-Volf cavab verdi. Ata onu Yasəmənin ölümü ilə hədələyəndə Volfa Atanın dediklərini eləməkdən başqa seçim qalmamışdı.-Amma az öncə də söylədiyim kimi bunlar yalandı. Bütün bunları şantaj altındaykən söylədim.

-Sizi kimin şantaj etdiyini iddia edirsiniz?

- Bəlkə inanmayacaqsınız amma məni şantaj edən adam hamının yaxşı tanıdığı....

Məhkəmə zalının qapısı açılarkən Volfda daxil olmaqla hər bir insanın nəzərləri həmin səmtə tərəf yönəldi. İçəri girən insanı böyük ehtimalla təkcə Volf tanıyırdı. Bu Sabir idi. O sakitcə keçib Volfun bayaqdan bəri baxdığı qızın yanında-yəni Ysəmənin yanında oturdu. Yasəmən onu tanımadığından sakitcə oturmuşdu. İçindən qalxıb hər şeyi anlatmaq keçsə də qorxurdu. O hər an qalxıb demək istəyirdi ki, Volfu bir adam mənim həyatımla şantaj edib , bunları söylədib. Amma qorxurdu. Onun bu sözləri bəlkə də Volfu həbsdən qurtara bilərdi. Amma həmin adamın qisas alacağından qorxaraq susurdu. Nə də olmasa əgər bunu edərdisə öldürüləcəyi ilə təhdid edilmişdi.

Sən və QəmDove le storie prendono vita. Scoprilo ora