Onda baş qaldıran intiqam hissi bir az da alovlanmışdı. İndi o təkcə Ömərin yox həmdə Fazilin və Həsən kişinin intiqamını alacaqdı. Kənddə hər kəs baş verənlərə görə Volfu günahlandırırdı. Amma Volf " narahat olmayın intiqamımı alacam" dedikdə hamı onun gözlərindəki qətiyyəti görüb sakitləşdi. Təbii ki, onun intiqam ardıyca getməsini bəyənməyənlərdə var idi. Həmin insanlar onun işləri bir az da korlayacağından qorxurdular.
Amma Ömərə dərd verən bir şey də var idi. Həbsxanaya əmisini görməyə gedə bilmirdi. Çünki rəsmi aləmdə o ölü bir insan idi. Kamil onu bütün günü ovundururdu. Ona dəstək olur, əlini çiyninə vuraraq " qorxma hər şey yaxşı olacaq" deyirdi. Ömər hər gecə yuxuda inildədikcə Kamil dostunun vəziyyətinə görə gizlicə ağlayırdı.
Yəqin ki ən yaxın dostlarımda mənim olar müvəqqəti
Dünyanı Yaradan belə yaradıb, yarananda günah yox qəti
Gəl dostum dərddən danışaq barmen içməyə nəysə gətir
Danışaq dərin mövzulardan dost danışmayaq səthi.Ömər 6 ay boyunca Hikmətlə məşğul oldu. O hardan başlayacağını bilirdi. Kamil onun tapşırığı ilə ona bir kompyuter tapdı. Çox çətinliklə də olsa onlar internetə bağlana bildilər. Ömər facebookda özünə qız adı ilə profil yaratdı. Sonra elə bu sosial şəbəkədə də Hikməti tapdı. Soyadını bilmədiyindən bütün Hikmətlərə baxmaq lazım gəldi. Xoşbəxtlikdən profil şəkli Hikmətin öz şəkli idi. Ömər onunla danışmağa başladı. Hikmət Səbinə adındakı hansısa gözəl qızla yazışdığını zənn edirdi. Tam 6 ay Hikmətin güvənini qazanmağa sərf olundu. Sonra onlar görüşməyi qərara aldılar. Sadəlövh Hikmət ona öz ev ünvanını göndərdi. Qızı öz evinə dəvət edirdi. Amma zaman tənzimlənməsi yanlış idi. Hikmət facebookda danışdığı adamı öz evində təmiz başqa vaxt gözləyirdi. Ömər bir həftə Hikmətin evinin qabağında dayanıb içəri necə girməyin mümkünlüyünü axtarırdı. Hər gün Hikmət evdən çıxarkən açarın birini qonşusuna verirdi. Ömər özünü Hikmətin dostu kimi qələmə verərək açarı qonşu arvaddan aldı. Elə səmimi danışırdı ki, arvad heç nədən şübhələnməmişdi. Hikmət evə fahişə ilə gəldiyindən həmin gün qonşudan açarı almadan içəri girdi. Artıq bir neçə dəqiqədən sonra o Ömərlə üz-üzə dayanmışdı. Ömər dəri kresloda oturaraq qarşısında axmaqcasına dayanmış elə ikisidə bir birinin tayı olan bu cütlüyə baxırdı.
-Ömər....
-Keç otur Hikmət otur.Sənlə söhbətləşək bir az- Volf dedi- darıxmadınmı heç məndən ötrü?
- Ömər lazım deyil. Yalvarıram.
- Dostunun xətrini çox istəyirdin hə? Əlini deyirəm eeee.
- Hə.
-Ola bilsin ki, məndən ötrü darıxmamısan. Amma dostundan ötrü yüz faiz darıxmısan. İstəyirəm ki, bu həsrətinizə son qoyum. Necə fikirdir?
- Ömər sən əvvəllər belə deyildin. İndi də belə olma. Qatil olmaq sənə yaraşmaz.-Hikmət yenə köhnə taktikaya keçdi.
-Amma məncə yaraşar.
Hikmət Ömərin üzündəki qətiyyəti gördü.
-Sən Ömər deyilsən.-dedi- sən həmin ki oğlan deyilsən. Sən kimsən? Sənin üzündən vəhşilik yağır.
-Sənin kimi.
- Ömər səni kim belə elədi axı.
Ömər sadəcə gülümsədi.2 gün sonra
Kənddəki daxmada bu dəfə dörd nəfər var idi. Ömərdən və Kamildən başqa daha iki nəfər. Hikmət ilə fahişə əli bağlı halda yerdə uzanmışdılar.
Ömər:
-Bilirsənmi Kamil həmişə belə zibilçələri öldürmək arzum olub. Amma o vaxtlar dünyada Ömər adlı bir adam var idi. Ona hətta belə zibilçələri də öldürməyə qanun icazə vermirdi. Amma indi Ömər yoxdu.- O isterik xəstələr kimi qəh qəhə çəkib gülməyə başladı- Ömər ölüb Kamil. Artıq mən dünyada yoxam. İndi Volf var. Mənə Volf deyirlər. Volf.
- Ömər yalvarıram eləmə- Himət ağlayırdı.
- Bəsdir klounluq elədin Hikmət. Kamil tapancanı ver.Atəş səsi bütün kəndə yayıldı. Atəş açan isə hamının fikrincə yenə hansısa ovçu idi.
Daxmanın divarları fahişənin qanına boyanmışdı. Kamil həyətə qaçıb qusdu. Ömərə isə indiki halda heç nə təsir edə bilməzdi. Hikmət isə yəqin ki, şokda idi. Ömər stulda oturdu.
-Gəl sənə bir əhvalat danışım Hikmət.
- Ömər....
- İllər əvvəl bir oğlan var idi. Həyatı sevən, hər şeyə qarşı inamlı, sadəlövh bir oğlan. Hər kəs kimi arzuları olan bir oğlan. Onun sevgilisi var idi. Yasəmən.-səsi titrəyirdi.- onu çox sevirdi bu oğlan. Uğrunda ölə bilərdi. Amma bizim bu oğlanın tanımadığı bir başqası da vardı Yasəməni sevən. O dostundan xahiş edirki bizimkini öldürsün. Dostu oğlanı öldürə bilmir. Onu şikəst edir. Bu biri oğlan da qızla evlənir. Amma sonra niyəsə özünü yandırır. Bu bəlkədə bu hekayənin qəhrəmanı olan oğlanın lənəti idi. Amma hekayəmin qəhrəmanının da həyatı alt-üst olur.
- Ömər...
- Niyə Hikmət niyə? Niyə qoymadın ki, biz Yasəmənlə xoşbəxt olaq?
- Məni bağışla.
- Bilirsən mən nə qədər əzab çəkdim? Bilirsən sən? Mənim üzüm məhv olandan sonra mən güzgüyə baxa bilmirdim. Şikəst olmağım məni çox pis elmişdi. Amma dözürdüm. Bilirsən niyə? Çünki Yasəmənlə bir yerdə olandan sonra bu acıları unudacağımı zənn edirdim. Amma Yasəmən –mənim sonuncu həyat tutumumu da əlimdən aldılar. Siz aldınız- O qışqırdı- Sən aldın Hikmət sən aldın.
- Çox peşmanam.
- Artıq orda qala bilməzdim. Ordakı hər şey mənə keçmiş həyatımı, Yasəməni xatırladırdı. Ona görə qaçdım ordan. Hər kəsdən və hər şeydən qaçdım. Amma sən... sən iblis məni burda da tapdın. Mənim həyatımı qaraltmağa gəldin. İndi baxacağıq nəticə necə olacaq.Ömər bıçağı çıxarıb Hikmətin əllərini açdı.
-Qalx ayağa qalx. Səninlə kişi kimi döyüşəcəyik.
Növbəti dəqiqələrdə nə olduğu Ömərin yaddaşında torantılı şəkildə qaldı. Hikmətin zərbələrindən necə yayındığını onun ürəyinə və sifətinə vurduğu yumruqları xatırlayırdı. Növbəti kadrlarda o Hikmətin boynundan tutub onun yoğun gövdəsini aşağı dartır və dizi ilə qarnından vururdu. Hikmətin sinəsinə bir iki təpik zərbəsi də dəydi. Hikmət qan içində yerə yıxıldı.
Ömər ona tərəf əyildi.
-Bu Həsən kişi üçündür- sifətinə yumruq vurdu- bu Fazil üçündür- daha bir yumruq- bu da mənim üçün. – növbəti yumruq.Hikmətin öldüyünə zərrə qədər də olsun şübhəsi yox idi. Hər şeyin bitdiyinə də. O iki meyitin arasında oturub hönkür-hönkür ağlayırdı. Ədalətsiz dünya. Axı Ömər təmiz başqa adam idi. O saf oğlan idi. Amma bu gün hər şey dəyişilmişdi. Ömər artıq qatil idi. O heç Ömər də deyildi. O Volf idi. Tam anlamı ilə.
İLLƏR SONRA
Yasəmən küçənin ortasında quruyub qalmışdı. Nuray heç nə anlamırdı.
-Nə olub Yasəmən?
- Nuray bu Volf idi. – Yasəmən gülərək cavab verdi.- Mən Volfu gördüm. Bu Volfdur Nuray.İKİNCİ BÖLMƏNİN SONU