Bölüm 20-Bir iki kəlmə söz

210 32 9
                                    

-Nuray inana bilmirəm, mən Volfdan imzalı kitab aldım. – Yasəmən rəfiqəsi ilə təəssüratlarını paylaşırdı. Onlar dəniz kənarı parkla asta-asta yeriyirdilər.

-Yasəmən sənə elə gəlmirmi ki, bu adamı gözündə çox müqəddəsləşdirirsən. –Nuray laqeydliklə reaksiya verirdi- sonunda o da adi bir insandı.

- O şairdir. Və sadəcə super şairdir.

-Of Yasəmən sən nə vaxtdan bəri belə incə ruhlu olmusan?

-Volfdan sonra.

-Yasəmən fikir vermisənmi Volf nəsə 17 rəqəmini çox sevir. Həmişə kitabının adı olan şeir kitabında 17-ci olur. Həmişə təqdimatları ayın 17-ə salır.

-Hə elədir-Yasəmən fikirləşdi- gəl bir yerə gedək.

-Lazım deyil. Mən gəlmirəm.

Volf məkandan çıxdı. Pərəstişkarları ondan əl çəkmək istəmirdilər. Amma artıq onun mühavizəçiləri var idi. O istəməyənə qədər kimsə onun on metr yaxınlığına girə bilməzdi. Volf keçib qara mersedesin arxa oturacağında oturdu. Sürücü güzgüdən ona baxıb soruşdu.

-Hara gedirik?

- Kinoteatra.

Maşın yerindən tərpəndi.

"Səndə xatırlayırsanmı bu günü Yasəmən? O vaxtları. Həyatımızın gözəl olduğu vaxtları. Bizim həyatımızın..."

13 il əvvəl

Həyatın ən gözəl mərhələsidir yeniyetməlik. Həyatın ən unudulmaz və gözəl hissidir yeniyetməlik sevgisi. Onlar zala daxil oldular. Yasəmən bərk-bərk Ömərin əlindən tutmuşdu. Filmdən artıq yarım saat keçmişdi. Onlar gecikmişdilər.

-Ömər bir az yavaş ol. Məni də arxanca sürüyürsən.

Ömər gülümsünərək sevgilisinə baxdı.

-Tez ol Yasəmən. Onsuz da gecikmişik.

Onlar bir boş yer tapıb oturdular. Nə qədər baxırdılarsa filmdən bir şey anlamırdılar.

-Ah- Ömər hüznlə dilləndi- sənin də gününü zəhər etdim. Hamısı mənim üzümdən. Niyə gecikdim axı.

-Ürəyini sıxma.- Yasəmən ona ürək dirək verdi. – sənlik bir şey yoxdur. Məndə də çox olur bu. Metroda qatara minə bilmirəm və getməli olduğum yerə gecikirəm.

- Yasəmən bu gün ayın neçəsidir?

-Ayın 17-si. Necə bəyəm?

-Gəl hər il bu günki gün bura gələk. Bu bizim bir növ sevgi yerimiz olsun. Razısan? Həmişə gələk. Hətta evləndikdən sonra da.

Yasəmən üz-gözünü turşutdu.

-Sadəcə ildə bir dəfəmi biz kinoteatra gedəcəyik.

Onlar gülüşdülər.

-Gəl bura-deyən Ömər Yasəməni qucaqladı.

İndi

-Çatmışıq düşə bilərsiniz- sürücü cavab verdi.

Volf gülümsədi. Həyatın ironiyasına bax. Bir vaxtlar o bu kinoteatra metro ilə gəlirdi və gecikirdi. Bir vaxtlar o bu kinoteatra sevgilisi ilə gəlirdi. Bir vaxtlar o bu kinoteatrda gülürdü. Bu kinoteatrda olduğu anlar bir vaxtlar onun üçün sehrli keçirdi.

Sənə bir-iki kəlmə söz deyəcəm mən.

Səni unuda bilmirəm niyə axı mən?

Sən və QəmDonde viven las historias. Descúbrelo ahora