Bölüm 7-Ayrılıq

290 45 17
                                    

Hansı daha pisdir? Heç bir zaman sevdiyinlə birgə olmamaqmı, yoxsa onunla yaşadığın xoş günlərin bitdiyini dərk etməkmi? Hansı insana daha çox əzab verər? Sevdiyini görməmək və onun həsrətini çəkməkmi, yoxsa hər gün görərək görmək istəməməkmi?

Ömər çox yaxşı oğlan idi. Yasəmən isə Ömərə layiq deyildi. Ömər isə bunu bilmirdi. Və artıq Yasəmən parklarda nişanlısı ilə gəzdiyi vaxtlarda Ömər xəstəxanada xəyallar qururdu. Həkimlər deyirdi ki, onun vəziyyəti get gedə yaxşılaşır. Maraqlısı bu idi ki, belə bir ağır qəza və onun verdiyi xəsarətlər Ömərdə heç bir sarsıntı yaratmamışdı. Onun psixikası tam qaydasında idi. Çünki o xoşbəxt günlərin yenə geri qayıdacağına inanırdı. O inanırdı ki, Yasəmənlə yenə əl-ələ tutub gəzəcək. Bir birlərini nə qədər çox sevdiklərini deyəcəklər. Və gözlər.....Yasəmən yenə dəniz mavisi gözləri ilə Ömərin sevgi dolu qaranlıq gözlərində itəcək. Ömər darıxırdı. Yasəmənlə danışmadığı üçün içi qovrulurdu. Amma belə hallarda Yasəmənlə keçirdiyi o xoşbəxt günləri yadına salar və dəli kimi öz-özünə gülümsəyərdi. Yasəmənin avam-avam verdiyi suallardan ötrü belə darıxmışdı. "Amma o günlər geri qayıdacaqdı." Qayıtmalı idi. Dostları tez-tez Öməri görməyə gəlirdi. Elvində Kamildə hiss edirdilər ki, Ömər necə darıxır. Belə hallarda Elvin öz təsəlli verici sözləri ilə ona kömək olurdu.

-Ömər yəqin ki Yasəmən də səndən nigarandı. Amma başa düşürsəndə o bura gələ bilməz. Eşidən bilən nə deyər. Həm də axı sənin dediyinə görə Yasəmən utancaq qızdı. Ona görə bura gələ bilmir. Bilə-bilə ki, sənin valideynlərinlə qarşılaşmaq şansı var.

-Hə.Elvin düz deyir-Kamildə başladı-Amma o gün mənə zəng vurmuşdu. Mənə dedi ki, sənə bu sözləri çatdırım. Nə olursa olsun Ömər heç nəyə kədərlənməsin. O yaxşı oğlandır və xoşbəxt olmalıdır.

Ömər bütün üzündə yaranan ağrıya məhəl qoymayaraq gülümsədi.

-Mən bəlkə də bu baş verənlərə dözə bilməzdim-dedi-əgər Yasəmən və onunla keçirdiyimiz və keçirəcəyimiz günlərin xəyalı olmasaydı.

-Yaxşı yaxşı. Bax səndən inciyirəm haaa.-Elvin gülərək dedi.

-Niyə?-Ömər soruşdu.

-Bu nədir eee? Hər dəfə səni görməyə gəlirik sənsə elə hey Yasəməndən danışırsan. Bizi təmiz unutmusan sən.

Ömər dostunu yaxşı tanıdığından məsələni o dəqiqə anladı.

-Sən mənimlə nəsə danışmaq istəyirsən?-deyə soruşdu.

-Hə. Bilirsənmi məndə bir qızı sevirəm.

Öməri gülmək tutdu.Çənəsinin altından qopan ağrı səbəbiylə zorla gülməyinin qarşısını aldı.Üzünə yayılan ağrıya qalib gəlməyə çalışaraq dedi:

-Nə oldu? Mən sevəndə məni lağa qoyurdun. İndi özün qız sevirsən.

-Sənin sevməyin kimi bir möcüzə olduqdan sonra mənmi sevməyəcəm?-Elvin cavab verdi.

Kamilin duruşundan hiss olunurdu ki bu məsələ barədə onun xəbəri artıq var.

-Hə yaxşı danış görək.-Ömər Elvinə müraciət etdi.

-Heç bir qız gördüm. Sevdim. Amma qız bir az naz edir. Mənsə bu qızı dəli kimi sevirəm.

-Yaxşı-Kamildə Elvinə sarı çevrildi-sən indi belə romantikləşsən bizi öpəcəksən bir azdan. Ən yaxşısı burda dayanaq.

Dostlar gülüşdülər.

Ömər gecələr də yatmırdı. Elə hey Yasəməni düşünər və ürəyində hər gecə şeirlər yazardı. Ulduzlara baxıb pəncərədən deyərdi.

Sən və QəmWhere stories live. Discover now