Bölüm 29-Çıxış yolu

170 33 0
                                    

Volf Yasəmənin başı üstündə dayanmışdı. Yumruğunu sıxsa da gözündən süzülən yaşları saxlaya bilmirdi.

-Bax Yasəmən mən geri qayıtdım. Sənin Ömərin geri qayıtdı. Səndə qayıt Ömərinə.

Yasəmən yavaş-yavaş gözlərini açdı.

-Ömər-deyə pıçıldadı.

Volf geri səndələdi. Ilahi o neylədi. Yasəmən artıq bildi. O Volfun əslində Volf olmadığını bildi. Qarşındakının Ömər olduğunu bildi. İlahi. Volf-ya da lənət olsun Ömər-buna hazır deyildi.

-Ömər-deyən Yasəmən başını sağa-sola fırladı. Yatağının başında dayanmış məşhur şairi görüb baxışlarını onun üzərində cəmlədi.

-Ömər hardadı?

-Nə.... Ömər... bu mən.... Yasəmən....-Volf kekələdi.

-Ola bilməz. Yəni bu yuxu idi?!

-Nə yuxu?

-Mən çox gözəl bir yuxu görürdüm. Ömər burdaydı. O bura gəlmişdi.

Volfun qaşları çatılmışdı və o ağlamamaq üçün bütün gücüylə göz yaşlarına və daxili emosianal hislərinə qarşı müharibə aparırdı.

-Ömər məni həyatda həqiqətən sevən tək oğlan olub Volf-Yasəmən davam edirdi.-Mən indi çox istəyərdim ki, o yanımda olsun. Burda sənin yerində dayansın.

İllər əvvəl o balaca kənddə olarkən əmi Volfun gözlərinin içinə baxaraq söyləmişdi.

-Tənhalıq tək həqiqətdir oğlum. Bəlkə xoşbəxtliyin sonu amma rahatçılığın başlanğıcı. Dünyanın tək gerçəyi budur oğlum. Az adam az söz.

Soruşma məndən özünü əzizim.

Mən olmuşam xoşbəxtliyin kənizi.

Birdən mənə sual verərsən sən

Mənim haqqımda nə deyə bilərsən

Deyəcəm deyəcən nələr deyirsən

Deyəcəm adamsan insan deyilsən

Volf geri addımlayaraq otaqdan çıxdı. Yaş gözlərini tutmuşdu. Ətraf ancaq dumanlıqdan ibarət idi. Kiməsə çırpıldı.

-Ayyy-deyə qadın səsi eşidildi. Qapıdan çıxanda tibb bacısına çırpılmışdı.

-Üzr istəyirəm.

-Volf bu sizsiniz?-tibb bacısı əl çəkmirdi.

-Həə- onun səsi tirəyirdi.

"ilahi onu heç olmasa burda tanımayaydılar."

-Mən sizin ən böyük pərəstişkarınızam.

Volf bu qızın yanındaca hönkürməmək üçün özünü zorla saxlayırdı.

-Eybi yox. Ağla-deyirdi ona ürəyi.

-Gicləmə-deyə cavab verirdi beyini-sən məşhur xarizmatik şairsən. İmicini heçə endirmə.

Volf nəmli gözlərini bu cavan və gözəl qızın gözlərinə zilləmişdi.

-Mənə avtoqraf verə bilərsiniz?

-Necə?

-Elə buraca-biləyimə imza çəkin.

"Bircə bu çatışmırdı"

Sən və QəmWhere stories live. Discover now