Bölüm 4-Dostlar

359 47 20
                                    

-Sənə mən özümdən böyük müəllimim kimi baxıram nəsə-Yasəmən dedi.Ömər indicə Yasəmənə paradoks sözünün mənasını açıqlamışdı.-Sən çox ağıllısan.
Onlar universitetin həyətindəki skamyada oturub söhbət edirdilər.
-Məncə sən məni gözündə çox böyüdürsən-Ömər səmimiyyətlə dedi-4 il sonra səndə belə olacaqsan.
-Məncə mən 4 il sonra da yenə öz axmaq suallarımla səni bezdirəcəm.
-Sən məni heç vaxt bezdirməzsən-Ömər mehribanlıq qarışıq sevgiylə dedi-Amma ola bilər ki, nə vaxtsa mən sənin gözündən düşüm.
-Dəlisən?Belə bir şey ola bilməz.Mən heç vaxt səni tək qoymayacam.-Yasəmən bu sözlə bəlkə də ən böyük yalanını danışdı-Sadəcə mən qorxuram ki səni bezdirim.
-Yenə başladın sən?Mən səndən bezmərəm.Mən səni....-Ömər utanaraq dayandı.
-Nə?-Yasəmən hiyləgərliklə soruşdu.
-Sən mənim üçün çox qiymətlisən.
-Sənin heç dostun var?-Yasəmən sanki söhbəti yayındırdı.
-Cəmi iki nəfər.Uşaqlıq dostlarım.
-Bir söz soruşacam amma düzünü de.
-Buyur.
-Heç don Juanlıq eləmisən?
Ömər güldü:
-Mən pleyboy deyiləm.
-Eeee pleyboy nədir?-Yasəmən utana-utana soruşdu.
-Elə Don Juanlara qoyulan addır.
-Heç eləməmisən?
-Heç.
-Sən çox tərbiyəli oğlansan eee
-Yox bəlkədə bacarsam eləyərdim.Amma bacarmıram.
-Elə bacarmasan yaxşıdır.
Bu söhbətlər Ömərin içini isidir onun qəlbinə yeni ruh verirdi.Yaz gəlirdi,ətraf çiçəkləyirdi Ömərin dünyasında.Realda isə Bakı küləyi əsir və saatlarla saçını bəzəyən qızların kefinə əməlli-başlı soğan doğrayırdı.
O gün Ömər dostlarıyla görüşmüşdü.Elvin və Kamil onun uşaqlıq yoldaşları və mənəvi qardaşları idi.Elvin varlı bir ailənin oğlu idi.Balacaboy və sarışın oğlan taleyin oyunu ilə Ömərlə dost olmuşdu.Beləki bir dəfə Ömər yolla gedərkən 2-3 nəfər oğlanın Elvini təklədiyini görmüşdü.Dərhal araya girərək Elvini müdafiə etmişdi.Və ən sonunda hər ikisi yaxşıca döyülmüşdülər.Amma o vaxtdan da qardaş kimi dost olmuşdular.Kamilə gəlincə,bu oğlan ailəsini avtomobil qəzasında itirmişdi.İrəlidə gedən Kamaz qəfil yola aşmış və zəncirvari qəza əmələ gəlmişdi.Kamillə Ömər uşaqlıqdan eyni məhlədə olduqlarından bir–biriylə dostluq edir hər zaman bir birlərinə həyan çıxırdılar.Kamil valideynlərini itirdikdən sonra bir müddət Ömərgildə qalmış sonradan isə Kamilin bibisi onu öz himayəsinə götürmüşdür.Kamil çox çalışqan oğlan olduğundan təhsili ilə ciddi məşğul olmuş və məşhur universitetlərdən birinə daxil olmuşdu.Bibisi Kamilə öz oğlu kimi baxırdı.
Üç dost gəlib restoranlardan birində oturdular.Kamil qara gözlərini boşluğa dikib soruşdu:
-Hə uşaqlar təzə köhnə nə var?
-Əvvəlki kimidir hər şey.-Elvin dedi.
-Hə məndə də elədir-Ömər yalan danışdı.
-Elə bil nəsə fikirləşirsən sən.-Kamilin həssas qəlbi Öməri kitab kimi oxuyurdu.
-Yox heç nə fikirləşmirəm-Ömər burnunu qaşiyaraq dedi.
-Sən hər dəfə yalan danışanda burnunu qaşıyırsan-Elvin gülümsəyərək-De görək nə dərdin var?
-Dərd deyil.Sadəcə bir şey fikirləşirəm.
-Nə?Nə olub?
-Mən....mən ...bilirsiniz bizde bir qız var....Uzun sözün qısası mən aşiq olmuşam.
Dostların hər ikisi bir anlıq donub qaldılar.Çaş gözlərlə Ömərə baxırdılar.Birdən hər ikisi qəh qəhə ilə gülməyə başladı.
Kamil gözlərinin yaşını silərək:
-Ay daaa.Az qala inanmışdım.Düzünü de nə olub?
-Düz deyirəm.Sevirəm.Mən sevirəm.
-Ə di qurtar zarafatı.De görək nə olub?
-And olsun düz deyirəm.
Dostlar gülməklərini saxlayıb diqqətlə Ömərə baxdılar.Onun üzündəki ciddiyyəti görən Elvin soruşdu:
-Yəni indi sən ciddi-ciddi sevirsən hə?
-Hə.
-Lap kinolardakı kimi.
-Hə.
-Amma sən sevə bilməzsən axı-Kamil dedi.
-Niyə ki?Mənim ürəyim yoxdu?
-Yox eee həmişə başqa cür danışırdın.
-Böyük danışmışammış.
-O da səni sevir?
-Deyəsən hə.Hələ açıq-aşkar sevgi təklif eləməmişəm.Açığı sizlə məsləhətləşmək istəyirəm.
-Bizlə-Elvin gözlərini bərəltdi.
-Hə.
-Amma-Kamil sözə başladı-Bizim sevgi anlayışımız sıfırdır.
-Məndə də elədir də.-Ömər dedi:
-Əşi nə problem varki?-Elvin qızışdı-qabağını kəs de ki səni sevirəm.
-Sən heç romantika sözünü eşitmisən?
-Vay vay.Bir adam aşiq olub romantikadan zaddan danışır.Sən indi şeir də yazarsan.
-Yox hələ ağlımı itirməmişəm.-Ömər gülümsədi.
-Sən indi nə eləmək fikrindəsən.
-Bilmirəm.Bəlkə unudum?Unutmağa çalışım?Tanıyırsanda məni.Sevgi mənə görə deyil.
-Gicləmə.İndi ki sevirsən axıra qədər get.
Həyat bizlə oyun oynayır.O bizə imkan verir ki arzumuzun bir addımlığına yaxınlaşaq.Sonra məqsədə bir addım qalmış Tale bizi itələyir.Biz yıxılırıq.Və şeytan gülür.Kamil dostuna verdiyi bu məsləhətin doğruluğuna əmin idi.Halbuki illər sonra bundan ötrü vicdan əzabı çəkəçəkdi.


Sən və QəmDonde viven las historias. Descúbrelo ahora