Bölüm 31-Mən pis insanam

180 30 0
                                    

Yasamal çöllüyü adlanan bu ərazidə günün bu vaxtı heç kimi tapmaq olmazdı. Xüsusən də əgər hava dumanlı isə və yaz yağışı yağırsa. Bura gecələr bomjların gündüzlər səssizliyin məkanı idi. Bura Volf kimi qırılmış qəlblərin məkanı idi. Volfun qara ayaqqabıları nəm, yaşıl otları basır gözlərindən süzülən yaş otları bir az da sulayırdı. Kamil kənarda dayanıb dostuna baxır və onun az əvvəl danışdığı hekayəni beynində götür qoy edirdi.

"Mən insan hisləri ilə oynayan əclafam"

Kamil Volfa bir az da yaxınlaşdı.

-Sən heç düz hərəkət eləməmisən.-dostunu qınadı- o qızın nə günahı var idi axı? O səni sevirdi. Sənə inanırdı. Sənin onun hisləri ilə oynamağa nə haqqın var axı?

-Kamil bu məndən asılı olmadı. Hər şey bir an içində baş verdi. Xatirələr mənə cəhənnəm əzabını yaşadırdı. Gərək o mənim əlimdən heç tutmayaydı.

-Sən onun hisləri ilə oynadın. Sən ona ümid verib sonra da lazımsız bir əşya kimi atdın.

-Yasəmən kimi-Volf kəskin şəkildə dedi.

"Mən düşmənimin əkiziyəm."

-Amma sən Ömərsən.

-Mən qələmi yazmayan şagirdəm.

-Nə?

Bu illər əvvəl baş vermişdi. Əmi və Ömər kənddə oturmuşdular. Əmi özünün uşaqlıqda yazdığı hekayəni oxuyurdu.

-Bir şagird varmış. Bir gün o içindəkiləri kağıza boşaltmaq üçün qələmə sarılır. Qələmin vərəqə toxunduğu an o mürəkkəbin bitdiyinin fərqinə varır. Yeni bir qələm götürür. İşin tərsliyindən o da yazmır. Şagird məyus olur. O necə də həvəsli idi yazmağa. Amma qələmi yoxdur deyə yaza bilməyəcək indi. O gözləri ilə hər yerdən qələm axtarır. Və nəhayət yerdə təptəzə bir qələm görür. Qələmi götürür sevincək. Artıq o yaza bilərdi. Amma bu dəfə də şagird yazmaq istəmir. Və sakitcə dayanaraq yazmayan qələmlərin qəmini çəkir.

-Niyə? Niyə belə edir ki, şagird?-Ömər soruşmuşdu.

-Sən niyə belə edirsən Volf?-Əmi də suala sualla cavab vermişdi.-Niyə yeni bir qələmdən istifadə etməyi fikirləşmirsən. Yasəmən sənin birinci qələmin idi. Amma Yasəmən dünyada olan yeganə qələm də deyil.

-Mən artıq yazmaqdan qorxuram.

-Sən yaza bilməməkdən qorxursan. Bunu isə yoxlamadan bilə bilmərik.

-Əmi əgər yeganə xoş bir şey olsa idi mənim həyatımda mən hər şeyi unutmağa hazır idim. Amma olmur. Özün də görürsən.

-Bəlkə də xoş bir şey olur amma sən görmək istəmirsən.

"Mən dünyanın ən naşükür insanıyam"

Bu illər əvvəl olmuşdu. Amma indi Volf və Kamil bu otluqda gəzişəndə bu bir dünən kimi yaxın görünürdü.

Bir azdan Yasəmən gələcəkdi. Volfla görüşmək üçün. Bir saat əvvəl Yasəmən zəng vurub Volfla görüşmək istədiyini söyləmişdi. Və təbii ki, bu Kamilin heç xoşuna gəlmirdi.

-Sən onu bağışlamağa hazır kimi davranırsan.

-Yox, mən sadəcə onunla bir yerdə olmaq istəyirəm.

-Niyə axı niyə?

İfadə etməyəcək qədər çox sevdim səni

Sən mənim gülümsən ey Yasəmənim

Qocalmışam görməsəndə saçımda dəni

Dəhşətlisi budur ki, hələdə sevirəm səni

-Sən riyakarlıq edirsən Ömər.

Volf kəskin baxışlarla dostuna baxdı.

-Hə Ömər-Kamil qışqırdı.-Sənin adın Ömərdi.

"Mən həqiqətdən qorxan insanam"

Kamil davam edirdi:

-Sən də Yasəmən kimisən. Sənin ondan heç bir fərqin yoxdu.

"Hətta mələklər anlamır əməllərimi. Günah-savab dəftərlərim qaralamalara çevrilib"

"Mən qəliz insanam"

Aygün şəhərin yeni tikilən binalarının birində öz otağına çəkilib ağlayırdı.

"Niyə axı? Niyə Volf belə elədi? Ona nə pisliyim keçmişdi? Niyə mənim heysiyyətimi alçaltdı"

Bilirsiniz həyatın zarafatı hardadır? Bizim ən çətin günlərimiz ən xoşbəxt günümüzdən sonra başlayır. Bilirsiniz işin qəlizliyi hardadır? Volf heç vaxt Aygünə hərəkətinin səbəbini açıqlaya bilməyəcək. Çünki səbəbin özü Aygünü daha pis üzəcəkdi. Volf Aygündən yeni bir Ömər yaratdı. Ömər o vaxt Yasəməndən ayrılanda biləklərini kəsmişdi. Bu izlər hələdə onun qollarını "bəzəyirdi".

Indi növbə Aygündə idi. O pəncərəyə yaxınlaşıb onu açdı. Şəhərin !6 ci mərtəbədən görünən mənzərəsinə baxdı. Daha sonra şəhər sakinləri göydən ağlayaraq və qara bir çığırtı ilə bağıraraq yerə tərəf "uçan" qadının şahidi oldular.

Intihar Allahın verdiyi sınağa dözməməyin barız nümunəsidir.

"Mən üsyankaram"

Volf indi tək idi. Az öncə Kamil getmişdi. Volf özünə nifrət edirdi. Və deyəsən Yasəməni sevirdi hələdə.

Budur uzaqdan Yasəmən göründü. Ah necədə Volf bu qızla birlikdə olmaq istəyir hələdə. Ah necədə Volf Ömər olmaq istəyərdi.

Bu hekayənin kökləri çox keçmişə gedir. O vaxt dünyada iki sevgili var idi. Hər ikisi sevir və sevilirdi. Onlar xoşbəxt ola bilərdilər. Amma rtıq ola bilməzlər. Çünki indi də var iki insan. Və onlar indi parkda yanaşı getmələrinə baxmayaraq bir-birlərindən bir əbədiyyət qədər uzaqdırlar.

-Rəşad məni də götürüb buralardan getmək istəyir. Türkiyəyə.

-Bəlkə də belə daha yaxşıdır. Hər kəs üçün.

-Yox Volf belə yaxşı deyil. Mən istəmirəm.

-Mən neyləyə bilərəm?

-Mənə kömək edin.-Yasəmən yalvardı.

-Necə?-Volf başa düşmürdü.

-Məni qaçırın.

-Nə?

-Məni Rəşaddan gizlədin. Yalvarıram.

Ax necədə Volf bu qadınla yaşamaq istəyərdi. Onunla evlənmək. Onunla eyni uşaqların valideyni olmaq necədə gözəl olardı. İsti bir ocaq. Volf evə gəlir və qapını Yasəmən açır. Volf Yasəməni qucaqlayır alnından öpür. Onlar xoşbəxtdirlər. Volf Yasəməni böyük bir məmnuniyyətlə qaçırardı.

-Yox. Olmaz-deyə sərt bir şəkildə Volf cavab verdi.

"Mən ziddiyətli hislər ustasıyam"

Volf indi Yasəmənlə danışır və onun heç nədən xəbəri yox idi. Nə Sabir tərəfindən güllələnən atasından, nə Aygünün intiharından, nə də Kamildən Volfun yerini öyrənən Elvinin bu xəbəri Rəşada çatdırmağından.

Volf bilmirdi ki, bu dəqiqələrdə ruh atasının bədənindən təxliyyə olunur.

Volf bilmirdi ki, ona görə bir qız bu gün özünü öldürüb.

Volf heç nə bilmirdi. Buna görə Yasəmənin saçlarının arxasından tutub onu özünə tərəf çəkir və yüz ildir ki, sevdiyi qadının dodaqlarından öpürdü.

"Qarışıq ekstaz"

Sən və QəmDonde viven las historias. Descúbrelo ahora