Bölüm 9-Bitməyən əzab

244 37 4
                                    

BİTMƏYƏN ƏZAB

Yasəmənlə Əli bir otağa girdilər. Yasəmən ağ gəlinlik libasında Əli isə şux bəylik kostyumunda idi. Onlar keçib çarpayıda yan-yana oturdular. Əli Yasəmənin gözlərinin içinə baxıb dedi:

-Çox gözəlsən.

-Səni sevirəm-bu söz sanki cavab kimi səsləndi.

-Mən eşitmiçəm ki, gənclik çağlarında sənin bir sevgilin olub. Onu da mənim qədər sevirdinmi?

-O yazıq, şikəst bir oğlandır. Dəli olmamışam ki onu sevim.

-Elə də bilirdim-deyən Əli yavaş-yavaş Yasəmənin dodaqlarına sarı əyildi.

"YOX"

Yuxunun bu hissəsində Ömər gözlərini açdı.Bir müddət qaranlıq tavana baxaraq dərin-dərin nəfəs aldı. "Bu nə yuxu idi?" O anlayırdı ki, yuxuda gördükləri həddindən çox realdı.Bu dəqiqə Yasəmən başqasının qolları arasındadır. Və ona da ən çox bu əzab verirdi. Yasəməni başqa birisi ilə təsəvvür etmək ona çox ağır gəlirdi. Yerindən qalxıb pəncərəyə yaxınlaşdı. Dənizin qəmli mənzərəsinə baxıb düşüncələrə daldı. Bir vaxtlar bu pəncərədən sevginin ona verdiyi xoşbəxtliklə baxırdı. Amma indi.....İndiki məqamı daha da ağırlaşdıran o idi ki, Ömər pəncərədə öz əksini görürdü. Bu ona əzab verdiyindən pəncərədən uzaqlaşdı. Otaqdakı hər şey ona bu və ya digər mənada Yasəməni xatırladırdı. Çünki bu otaq həm də onun xoşbəxt günlərinin şahidi idi. Bu gün o Yasəmənin toyunu gördükdən sonra dünya onun gözündə dalğalı, qorxunc dənizə dönmüşdü. Hər şey baş-ayaq çevrilmişdi onun aləmində. Yerinə keçib yatdı.

-Əli səni sevirəm.

-Mən də səni Yasəmən.

Onlar qucaqlaşdılar.

-Hələ heç kimi sənin qədər sevməmişəm-Yasəmən deyirdi.

Ömər bu dəfə yuxudan ayılanda titrəyirdi. Başdan-başa soyuq tər içində idi. Bu yuxular niyə onu rahat buraxmır axı? Qarışıq fikirlər beyninə elə dolmuşdu ki, bu ağırlıqdan çıxa bilmir, nəfəsi getdikcə tükənir, rəngi solurdu.

AYRILIQ....Ayrılıq doğurdan da dərdlərin kralıdır. Gözlərini tavandakı qeyri-məchul nöqtəyə dikib dayandı bir müddət. Yuxusu gözündən tökülür və o yatmaqdan qorxurdu. Yuxu görmək istəmirdi. Və qərara aldı ki, yuxusu nə qədər çox gəlməsinə baxmayaraq yatmayacaq. Pəncərənin qabağında oturdu və səhər gözlərinin qarşısında açıldı.

Səhər yeməyini yedikdən sonra evdən çıxdı. Bir xeyli küçələrdə veyl-veyl gəzdi. Belə olanda o daha çox fikirləşə bilirdi. Dekabr küləyi əsir və yenicə yağan qar dənələri havada oynayırdı. Ömər qara gödəkcəsinin kapüşonunu başına keçirmişdi. Qara şərfi isə elə bağlamışdı sadəcə gözləri görünürdü. Ona belə daha rahat idi. O istəmirdiki insanlar onun eybəcərliyini görsünlər. Onu indi nə rəsm maraqlandırırdı nə də rəssam. O sadəcə özündən utanırdı.

Cibində telefonun vibrasiyasını hiss edərək aparatı cibindən çıxarıb qulağına qoydu.

-Alo Kamil.

-Ömər hardasan?

-Küçələrdə dolaşıram.

-Sənlə görüşmək istəyirəm.

-Mənim üçün də yaxşı olar.

Onlar metroların birində görüşdülər. Sonra Bakının boz küçələri ilə gəzişə-gəzişə söhbət etməyə başladılar. Kamilin üzündən qəm yağırdı.

Sən və QəmTempat cerita menjadi hidup. Temukan sekarang