Bölüm 21-Ömər və Volf

247 32 10
                                    

                  Hər şeyi özünə dərd etmə ey könül

                   Nə bu dərdlər qalıcı nə də bu ömür

-Mevlana bele deyirdi oğul.-Həsən kişi Volfa baxıb həzin səslə dedi.

-O dediyin o qədər də asan olmur əmi. – Volf etiraz etdi.-Yasəmən bu gün gözlərimin içinə baxıb bizim onunla olan sevgimizi təhqir etdi.

-Deməli o sənə sənin ona verdiyin dəyər qədər dəyər verməyib.

-Əmi sən bilirsənmi, mən nə qədər peşmanam. O vaxt Yasəmənin hərəkəti mənə o qədər pis təsir eləmişdi ki, qaçdım buralardan. Ailəmdən uzaq düşdüm. Anam öldü əmi. Başa düşürsən? Atama yaxınlaşa bilmirəm. Çox peşmanam əmi.

-Oğul özünü qınama. Nə etmək olar. Olan olub. Keçənə güzəşt deyərlər. Həm də o vaxt sənin dərdin tək Yasəmən deyildi ki.... Sənin üzün piz vəziyyətə düşmüşdü. Sən sağlam düşünə bilməzdin o vaxt Volf.

-Bilmirəm əmi bilmirəm. Niyə axı? Dəyərdimi? İçim yanır əmi.

-İnsanlar müxtəlifdir. Kimi keçmişindən qaça bilmir və keçmişi unuda da bilmir. Və bu səbəbdən gələcəyini də qura bilmir.

Volf ayağa qalxıb pəncərəyə yaxınlaşdı. Bakının qaranlığını seyr etdi. İllər əvvəl də beləcə pəncərədən baxırdı Bakıda. O vaxt dünya başqa idi. O vaxt hər şey başqa cür idi.

Əmi isə davam edirdi:

-Kimi öz hislərini belə anlaya bilmir. Onun üçün müqəddəs dəyərlər yoxdu. O sadəcə bu anı yaşayır.

Bu dəqiqələrdə Yasəmən telefonla danışırdı. Nuraya bu gün ki, Volfla olan görüşlərini anladırdı. Deyəsən Nuray buna o qədər də inanmırdı.

-Kimi çox sadiqdir-deyirdi əmi- sevdikləri uğrunda eləməyəcəyi şey yoxdur. Amma ən yaxın dostu belə olsa onu dostu ilə birləşdirən əsl səbəb hər ikisinin dərdli olmasıdır.

Kamil qonşu otaqda divanda oturmuş və fikirləşirdi. O artıq öz taleyi ilə çoxdan barışmışdı. Onun artıq dostundan başqa heç kimi yoxdur. O dostuna kömək etməlidir.

-Kimi isə artıq bədbəxtçiliyi ilə barışıb. Artıq Allahın verdiyi heç bir lütfü qəbul eləmir. Tək istədiyi heç kimin ona dəyib-dolaşmamasıdır.

Oqtay kişi öz köhnə evində oturub albomlara baxırdı. Ömərə və həyat yoldaşına. Və hönkür-hönkür ağlayırdı. Kişilərin ağlaması daha ağlamalı olur deyirlər. Oqtay daha betər ağlayırdı. Üsyan edərcəsinə. Əzrayıla yalvararcasına. Ölməsi üçün yalvararcasına.

-Biz çoxdandır ki, bizim özümüzün özümüzə verdiyi həyatı yaşamırıq. Başqalarının bizə verdikləri ilə kifayətlənirik. Amma başqaları həm də bizdən alır. Bizdən həyatımızı alır, ailəmizi alır, sevdiklərimizi alır, şəhərimizi alır və bizi alır.

-Nuray sənə niyə yalan danışım ki? Mən kinoteatrdaydım birdə gördüm yanımda Volf oturub. Və biz başladıq danışmağa. Elə səmimiyyətlə danışırdı ki....-Yasəmən telefonda əməlli-başlı canfəşanlıq edirdi.

-Yasəmən bəsdir- Nuray gülərək dedi-utanmasan Volfla sevgili olacağınızı belə deyəcəksən.

-Kim bilir həyatın işini-Yasəmən şıltaqlıqla əlavə etdi-kim istəməz Volf kimi sevgilisinin olmağını.

-Bəsdir Yasəmən. Sənin ərin var.

Bir azdan Yasəmən qonaq otağına keçdi. Burda əri divanda oturub televizora baxırdı.

Sən və QəmWhere stories live. Discover now