Bölüm 5-Sevgi

322 43 2
                                    

SEVGİ
Sevgi nədir?Görəsən dünyada elə bir adam varmı ki,sevginin nə olduğunu bilsin.O bizi öz ağuşuna alır,bizi bu dünyadan götürür.Biz sevdiyimizdən ötrü hər şeyi etməyə hazır oluruq.Niyə görəsən?Niyə biz birini sevirik və digərlərin hamısı gözümüzdən düşür?Heç kim bu sualların cavabını bilmir.Ömər də bilmirdi.Amma bütün varlığı ilə hiss edirdi ki, öz yarını tapıb.Xəyallarının qadınını tapıb.Onu itirməməkdə qərarlı idi.
O gün onlar dərsdən çıxmışdılar.Uşaqlar toplu halında hərəkət edirdilər.Bu toplunun içərisində qızlar da vardı oğlanlar da.Hər kəsdən arxada gedirdilər Ömər və Yasəmən.Ömər az danışır və beynində nəyisə götür-qoy edirdi.
-Nə olub bu gün sənə?-Yasəmən adi qız marağı ilə soruşdu.
-Heç bilmirəm necə deyim.Sənlə bir məsələ barədə danışmalıyam.
-Danış.
-Yox belə yox.Gəl bir restorana gedək oturaq və mən danışım.
-Dəlisən sən?Bu uşaqlan necə olsun?
-Cəhənnəm olsunlar.Sənə deyirəm mühüm bir məsələ var.-Ömərin içində sıxıntı çəkdiyini duyan Yasəmən nə deyəcəyini bilmədən susdu.
-Susma-Ömər səbrsizlənirdi-gedək?Cavab ver.
-Gedə bilmərəm.Bu uşaqlara nə deyəcəm?
-Heç nə.
-Necə yəni?
Ömər birdən Yasəmənin biləyindən tutub onu yaxınlıqdakı restoranlardan birinə çəkdi.
-Dayan neynirsən?-Yasəmən azca səsini qaldırdı.
-Səs salma.Gəl.
Artıq onlar masaların birində oturduqdan sonra Yasəmən dedi:
-Sənə bir söz deyim?Sən manyaksan.Əsl dəlisən.İndi Allah bilir uşaqlar bizi axtarırlar.Qaçdığımızı başa düşdüklərində nə fikirləşəcəklər səncə?! Boşboğazların ağzına söz verdin.
-Məndə sənə bir söz deyim?Heç kim heç nə deyə bilməz.
-Yaxşı de görək nə məsələdir.
Ömər fikirləşdi ki belə başlayan söhbətin axırı yaxşı heç nə vəd etmir.İçindəkiləri deməyə necə başlayacağını düşünərkən ofisiant onlara yaxınlaşdı.Sifarişləri alandan sonra da dərhal getdi.Mövzu kənarda qalmışdı.Və açığı Ömər buna sevinirdi.Vaxtından qiymətlə istifadə etməyə çalışaraq fikirlərini tənzimləyirdi beynində.Bir azdan onların hər ikisi yeməyə girişmişdilər.Sanki bura elə bunun üçün gəlmişdilər.Üz-üzə oturub səssiz halda yemək yeyirdilər.Yasəmən birdən danışmağa başladı:
-Bu yemək mənim ən sevimli yeməyimdir.Əlacım olsa hər gün yeyərəm.Amma bir iş varki çox bahadır.
-Neçəyədir ki?-deyə menyuya baxan Ömərin gözləri bərəldi.
"Axı mən bunu əvvəlcədən niyə fikirləşmədim"
Ömər məhz indi başa düşdü ki, hesabı ödəməyə pulu çatmayacaq.Hər şey başına dolandı.
-Bahadır hə?-deyə Yasəmən gülümsədi.
-Problem deyil-Ömər burnunu qaşıya-qaşıya cavab verdi.
-Hə sən mənə nəsə deyəcəkdin eee.
-Hə deyəcəm-dedi-Bir dəqiqə gözlə indi gəlirəm.
Ömər bunu deyib ayağa qalxdı.Yasəmənin görə bilməyəcəyi tərəfə gedib telefonu çıxardı.Lazım olan nömrəni yığıb telefonu qulağına qoydu
-Alo Kamil mənə kömək lazımdır.
-Nə olub?-Kamil narahat oldu-Hardasa dava var?
-Kaşki elə olardı.Vəziyyət daha pisdir.
-Nə olub axı?
-Mən bu qızı bir restorana gətirmişəm.Amma hesaba pulum çatmır.
-Anlamadım.Nə qız?-deyəsən Kamil hələdə Ömərin birini sevdiyinə tam olaraq inanmırdı.
-Dünən dedim də.Sevdiyim qızı.Mənə pul lazımdır.

Bu vaxt digər tərəfdə Yasəmən də Ömərin vəziyyətinin nə yerdə olduğunu anladığından gülürdü səssiz-səssiz.Elə bu vaxt Ömər gəldi.
-Hə harda qalmışdıq?-deyə soruşdu masaya oturaraq.
-Mənə nəsə deyəcəkdin.
-Hə düzdür-Ömər arxaya söykədi və düz Yasəmənin gözlərinin içinə baxdı.
-Elə baxma-Yasəmən xahiş etdi-Sən hər dəfə gözlərimin içinə baxanda mənə elə gəlir ki fikirlərimi oxuyursan.
-Kaşki oxuya bilsəydim.-Ömər asta səslə dedi.
-Nə?
-Əgər fikirlərini oxuya bilsəydim məni sevib sevmədiyindən əmin olardım.
-Nə?-Yasəmən yenə səsini qaldırdı.
-Hə Yasəmən belədir.Mən səni sevirəm.

Zaman donub.Əqrəblər dayanıb.Ətrafdakı hər şey bir-bir yox olur.Sadəcə cansıxıcı intizar və sükut.Onlar bir-birlərinin üzünə baxırlar.Yasəmənin üzü heykəl kimi donub.Ömər yavaş-yavaş bunu dediyinə peşmançılıq hissi keçirir.Yasəməni itirəcəyindən qorxur.Bəlkə Yasəmən onu sadəcə dost gözü ilə görüb ən başından.Bəlkə ona güvənib.Və onda belə çıxır ki Ömər onun bu sadəlövhlüyündən istifadə edib.Uzun sürən sükutdan sonra Yasəmən danışmağa başladı:
-Bunu heç kəs bilməməlidir.Burda olan söhbəti unuduruq.Yaxşı?
-Yasəmən mən......
-Amma hələ söhbət də başa çatmayıb.İndi mən nəsə deməliyəm düzdür?Və mən qorxuram ki....
-Yasəmən.....
-Mən qorxuram ki eyni hisləri məndə sənə qarşı keçirirəm Ömər.
Ömər bir anlıq nə deyəcəyini bilmədi.Heç nəsə demək də istəmirdi.Sadəcə ayağa qalxıb qışqıraraq tullanmaq istəyirdi.Bəlkə də bunu edəcəkdi əgər bu an telefonuna zəng gəlməsəydi.Ömər telefonu götürdü:
-Alo Kamil.
-Restoranın qabağındayam Ömər.
-Hə gözlə gəlirəm.
Ömər telefonu cibinə yerləşdirərək çölə çıxdı.Dostu lazım olan qədər pul gətirmişdir.
15 il sonra
Qoca kişi indicə oxuduğu vərəqləri stolun üstünə qoydu.Gənc oğlana baxıb soruşdu.
-Çətindir hə?
-Düşündüyümdən daha az.-o cavab verdi.
-Bu hekayənin davamı nədir?Ömər və Yasəmən xoşbəxt ola bilirlər?
-Bir müddət.Onlar tələbəlik illərində çox xoşbəxt oldular.Sevginin bütün dərinliklərinə qərq oldular.İlk öpüş həyəcanını da yaşadılar , əl-ələ tutub gəzdikləri günlər də çox oldu.
-Əl-ələ tutub gəzmək hə?Bu necə idi?
-Belə baxanda çox adi səslənir.Sadəcə əl-ələ tutursan.Amma bu özündə çox böyük yük daşıyır.Onları təkcə bu faktın özü xoşbəxt edirdi.Hər şey çox yaxşı idi.Taa ki Ömər ölənə qədər.
-Həəəə.Bax bu.Mənə Ömərin ölümünü danış.
11 İL ƏVVƏL
Artıq bir neçə aydan sonra universitet bitəcəkdi.O gün də universitet həyatının son günlərindən biri idi.Ömərlə Yasəmən əl-ələ tutub parkda gəzirdilər.Elə bu an hardansa qarma-qarışıq səslər gəldi.Əvvəlcə kimsə qışqırdı.Sonra nəsə yerə aşdı.Sərxoş bir sürücü maşını parka soxmuş və sürətlə irəliləyirdi.Ömər yalnız Yasəməni kənara itələməyi bacardı.Maşın Öməri iki metr uzağa atdı.

Ömər öldü.Amma onu bu qəza öldürmədi.Onu Yasəmən öldürdü.Ömər öldü.Amma bu hekayənin sonu deyil.Bu acı bir başlanğıcdır.

Sən və QəmDonde viven las historias. Descúbrelo ahora