Əmi Volfu gözləyən təhlükədən xəbərdar etmək arzusuilə alışıb yanırdı. Neçə dəfə zəng edən Əmi xəttin o biri başında ancaq siqnalsəsləri eşidir. Oqtay dükandan evə gələndə avtovetçerin yanıb sönən işığınıgörüb düyməni basır. Mikrofondan Həsən kişinin səsi yüksəldi.
"Volf diqqətli olmalısan. Ata səndən asan-asan əl çəkməyəcək.O gecə sən həddindən artıq çox şey öyrəndin. Atanın kim olmasından başqa, onunhəmdə Əlinin atası və Hikmətin himayədarı olduğunu da öyrəndin. Hər kəsdən diqqətliol. Heç kimə güvənmə."
Oqtay eşitdiklərindən dəhşətə gəldi. Onun oğlunu təhlükəgözləyir. Dəfələrlə oğlundan eşitdiyi və oğlunun həyatını məhv edən iki insanınhimayədarı tərəfindən həm də. Oqtay heç düşünmədən dəstəyi polisə zəng vurmaq məqsədiilə qaldırdı.
Elə həmin dəqiqələrdə Sabir binanın altında qaracipdən düşüb içəri qaçdı. Atanın əməkdaşları hələ Əminin Volfa zəng vurduğu dəqiqələrdəsiqnalı tutmuşdular. Əlbəttə onların əllərində imkan olsaydı onlar asanlıqla xətləribağlaya bilərdilər. Amma böyük ehtimalla əmi bunu nəzərə almışdı. Və heç dəsiqnal adi telefondan ötürülmürdü. Əminin mesajına kiminsə qulaq asmasına maneolmaq lazım idi. Və bunun üçün də Sabir fırlayaraq cəld şöbədən çıxdı. Onlarınbölməsində yeni işə başlayan Rəşadın da xahişini nəzərə alaraq təlimatlarıverdi müvafiq olaraq. Əlbəttə bu xahiş onların öz işi üçün də səmərəli idi. Oevdən qaçan Yasəməni tapmaq istəyirdi.
Sabir evin qapısını qıraraq içəri girəndə Oqtaytelefonu qulağına sıxaraq danışırdı.
-Alo polis.....
Və......
Dəqiq nişan alınmış atəş. Telefonun dəstəyi Oqtayınəlindəcə parçalandı.
80 metr uzaqda Elvin dənizkənarı parkda ixtiyariskamyada əyləşib düşünürdü. Az əvvəl oKamillə görüşmüşdü. Kamil ona Volfdan narazılığını bildirmişdi. Volf yenidənYasəmənlə görüşməyə başlayıbmış. Kamilin dediyinə görə hal-hazırda Volf Yasəmənlə həmişə getdikləri parkdadır. Volfunvə Yasəmənin harda olduğunu Elvin belə öyrənmişdi. Kamil gedəndən sonra daElvin bir xeyli oturdu. Bir neçə uzun dəqiqədən sonra onun yanında qara pencəklibir adam oturdu. O pencəyinin altındakı qara balaca tapancanı Elvinə göstəribdanışmağa başladı. Onun danışığının məğzi bu idi ki, əgər Elvin Yasəməninharada olduğunu deməsə Volfun atası olan Oqtay kişi öldürüləcək. Elvin bu yadadamın telefonunun ekranında əli qolu bağlı Oqtay kişinin ona ümidlə baxan gözlərinigördü. Yad adam telefon nömrəsi qoyub getdi. Elvin fikirləşməyə belə ehtiyacgörmədi. Xəyanətkar Yasəmənə qarşılıq onun ən yaxın dostunun atası. O telefonuçıxarıb Yasəmənin yerini bildirən mesajı ona verilən nömrəyə göndərdi.
Digər tərəfdə Rəşad mesajı görüb gülümsədi. Və dərhalda Sabirə xəbər verdi.
Sabir qurbanına sonuncu dəfə baxdı. Gülümsədi.
Və....
Atəş səsi otağın pəncərələrini rezonans effekti iləsirkələdi. Oqtayın beyini tavana yapışdı. Bədəni isə daş kimi yerə çırpıldı.
Yüz il əvvəl də Ömər Yasəməni belə öpürdü. Heç birehtiras hissi olmadan sadəcə qayğı və nəvazişlə. Bu öpüş bütün iyrəncliklərdənuzaq idi. Onun içi sevgi kimi gözəl hislərdən yoğrulmuşdu. Yasəmən dodaqlarınışairin dodaqlarından zorla ayırdı.
-Sən nə eləyirsən?-deyə bağırdı Yasəmən.
-Mən çoxdandır ki,....
-Sus. Sən varlısan, məşhursan deyə elə bilirsənbütün qızlara sahib ola bilərsən?
-Yox....Amma mən.....
-Sən mənə heç vaxt sahib olmayacaqsan.
Yasəmən arxasını çevirib iri addımlarla getdi. Oheç özü də bilmirdi ki, Volfun hərəkəti niyə ona pis təsir edib. O özü də bunuistəmirdimi? Amma yox. Bu düzgün deyil. İlahi. O Ömər kimi öpürdü.
"Mən həmişə sənə sahib olmuşam, həmişə də olacağam"
Volf Yasəmənin arxasıyca baxıb düşünürdü.
Necə deyərdi şair?!
Açdığın hər yaradan
Cəza verər Yaradan
Volf un başına hərlənirdi dünya. Bir neçə saniyə əvvəl o keçmişə səyahət eləmişdi.Bir neçə saniyə əvvəl o Ömər idi. Yasəmənlə parkda gəzir və onu öpürdü. Ilahi.Onların sevgisi yenidən çiçəkləyirdi.
Qısqanardın məni hər ötən qıza
Özünü qoyardın bəlkə də naza
Çox istəmirəm ki, qaneyəm aza
Bir anlıq keçmişə getmək istərəm.
3 ay sonra
Volf və Yasəmən üz-üzədayanmışdılar. Yasəmən indicə eşitdiklərindən şoka düçmüş kimi idi.
-Mən bilirdim-deyə xırıldadı-bilirdim ki, sən Ömərsən. And olsun bilirdim.
Volf yaşarmış gözlərini gizlətməküçün çevrildi və dedi:
-Rədd ol burdan Yasəmən. Sən mənim həyatımı cəhənnəmə çevirdin.
-Ömər yalvarıram.....
-Kəs səsini.
-Yox. Bilirəm ki, məni sevirsən. Mən də səni sevirəm. Bizə bir daha şansver Ömər.
Volf çevrilib Yasəmənə baxdı. Bu düz idi. O bu qadını hələdə sevirdi.
-Səni bir şərtlə bağışlayaram-dedi.
-Hər şeyə razıyam- deyə cavab gəldi Yasəməndən.