GÜNAH
"Özünü günahkar hiss etmək və günahına görə vicdan əzabı çəkmək etdiyin günahın ağırlığını azaltmasa da onun üzünə dik baxmağa kömək edir"
Həsən kişi Ömərə bir vaxtlar belə demişdi.
İndiysə biz qaldığımız yerdən davam edək.
Hikmət dəhşət saçan gözləri ilə Ömərə və onun əlindəki silaha baxırdı. Arxasında hələdə heyrətdən özünə gəlməyən Fazil dayanmışdı. Ömərin sağ tərəfində isə onun ən çətin zamanlarının dostu Kamil dayanmışdı.
-Yox dayan- Hikmət sanki qarşısındakı düşməninə yox hansısa gözəgörünməz əzrayıla pıçıldadı. Bilmirəm, bəlkə də indiki şəraitdə Ömərlə Əzrayıl arasında fərq qoymaq o qədər də düzgün olmazdı.
-Niyə dayanmalıyam Hikmət?- Ömər qışqırdı- sən dayanardın?
-Mən dayanardım- Hikmət bu sonuncu ümiddən yapışdı.
-Yalan deyirsən. İstəyirsənmi yadına salım yeddi il bundan əvvəl nə oldu. Yeddi il bundan əvvəl sən Ömər adlı bir xoşbəxt oğlanın hər şeyini əlindən aldın.
-Ömər yalvarıram öldürmə məni. Axı sən mənim kimi deyilsən. Mənim kimi küçələrdə böyüməmisən sən.
-Artıq sənin kimiyəm. Mən bir canavara dönmüşəm. Mən indi bir yırtıcıyam. Və mən indi bütün tapanca-darağı sənin sinənə boşaldacam. Eləyə bilmərəm səncə? Mən bunu eləyərəm Hikmət eləyərəm.
Növbəti baş verənləri Ömər gözləmirdi. Hikmət ani çevikliklə cibindən bıçaq çıxardı. Növbəti saniyə o Fazilin arxasına keçmiş və bıçağı onun boğazına dayamışdı. Qəh-qəhə ilə gülməyə başladı.
-Ömər, Ömər hah hah hah canavar hə? Hah hah hah. Sənə bir söz deyimmi Ömər? O əlindəki tapanca lənətlənib. Hah ha. Onu əlində tutan adam hər dəfə məğlub olur. Əvəzində bıçaq qalib gəlir.
Kamil də Ömər də çaşıb qalmışdılar. Nəhayət Ömər vəziyyəti yetərincə dəyərləndirə bilib silahı yavaş yavaş aşağı endirdi.
-Bax belə- Hikmət qalib gəlmiş şeytan kimi pıçıldadı. –Silahı yerə at Ömər.
-Lənət şeytana- Ömər üsyan etdi- Hikmət burax onu. Davamıza başqasını qatmayaq.
-Davamıza başqasını sən qatdın Ömər.
-Hikmət...
-Silahı yerə at- deyə qışqıraraq bıçağı Fazilin boynuna bir azda sıxdı.
-Dayan – Fazilin boynundakı qanı görən Ömər silahı tez yerə atdı.
Hikmətlə Fazil ehmalca yenidən maşına oturdular. Maşın uzaqlaşdıqdan sonra Ömər bərkdən söydü.
Bakıda qar yağırdı. Yollar yenədə pis vəziyyətdə idi və hər gün işə tələsən qara camaat Bakının göz yaşlarında islanmamaq üçün qaça-qaça metrolara doluşurdular. Hər şey, hər şey eynidir bu şəhərdə. Hər səhər belə olur bu şəhərdə. Amma hər səhər insanların müxtəliflik arzuları içində açılır. Hamı nəhayət bu gün uğur qazanacağına ümid edir. Amma hər gün bir insanın belə ağlına gəlmir ki, bəlkə də ona xoşbəxtlik gətirəcək adam bu boz kütlənin, bu tanımadığı adamların içindədir. Hamının dərdi var bu vaqonlarda. Bu vaqonlarda dostlarının yanında qəh-qəhə ilə gülən çox adam tapmaq olar. Amma xoşbəxtliklə gülümsəyən o adamı heç mələklər də görməyib.
Yasəmən başının üstündə dayanan qarıya fikir verməyərək oturmuşdu.
"Ömərlə Yasəmənə sevgiləri əbədiləşdirmək üçün"