Bölüm 33-Dost

162 32 1
                                    

"Bir səhv bəzən kifayətdir ömürlük dostluğun alt-üst olmasına."

Bu dəfə valideyni basdırılarkən, bu dəfə valideyni son mənzilə göndəriləndə Volf da qəbirə torpaq atanlar sırasında idi. Onun atasını anasının yanında basdırdılar. Bir damla yaş onun gözlərində gilələndi. Amma daha çox da nifrət. Daha çox qəzəb. Və daha çox üsyan.

Yasəmən Oqtay kişinin öldüyünü televizordan öyrəndi. Yerli telekanalların birində evində naməlum şəkildə güllələnən kişinin şəkli peyda oldu. Yasəmən çoxdandır görmədiyi insanı o dəqiqə tanıdı. Oqtay kişi. Ömərin atası. Bir vaxtlar həyatının bir parçası olduğu oğlanın atası. Yasəmən Hənifə xalanın ölümünü də yaxşı xatırlayırdı. Gözünün qabağında baş vermişdi nə də olmasa. Oqtay kişinin əzabarını da xatırlayırdı. Ömər öləndən sonra. Hənifə xala öləndən sonra. Kişi hər gün məzarlığa gəlib ömür-gün yoldaşının qəbri üstündə ağlayırdı. Belə günlərin birində Yasəmən də orda idi. Və aralarında baş verən mübahisənin nəticəsi olaraq Oqtay kişi Yasəmən tərəfindən qara mərmərin üstünə itələnmişdi.

Volf atasının ölümünü evə gəldikdə öyrəndi. Hər tərəf qan içində idi. Və Oqtay kişi bu qan gölməçəsinin içində əbədi yuxuya getmişdi. Volf cansız varlığın üstünə atıldı. Onu qucaqlayıb ağlamağa başladı.

Elvinin Kamilə söylədikləri üzündən hər iki dost qaçaraq evə yaxınlaşırdılar. Məhz bu an içəridən səslənən "ATA" hayqırtısını eşitdilər. Bu heç də xeyir əlaməti deyildi. Onlar içəri girəndə Volf atasının al-qan içində olan nəşini qucaqlayıb sirkələnə-sirkələnə ağlayırdı. Elvinin əlləri depressiv şəkildə saçlarında birləşdi. O divara söykənərək ağlamağa başladı. Kamil isə Volfa yaxınlaşıb əlini onun çiyninə qoydu. Bütün dar zamanlarda olduğu kimi bu dəfə də Volfun çiyninə dəyən bu əl onu nisbətən də olsa sakitləşdirdi.

-Niyə axı niyə? Kamil niyə belə olur? Niyə niyə niyə niyə niyə niyə niyə niyə niyə?-Volfun səsi normaldan çox yüksək çıxırdı.

Kamil ona Elvinə gələn zəngdən danışdı.

Elvinsə öz növbəsində "mən sənin atana bir şey olmaqdansa o zibilçənin ölməsini üstün tutdum. Onlar sözünü tutmadılar. Tutmadılar" deyə ələvə etdi.

İndiysə yavaş-yavaş bu hüzn mərasiminə gələn insanlar dağılışır və sonuncu dəfə səslərinə verdikləri saxta kədərlə Kamilə və Elvinə "başın sağ olsun" deyirdilər. Volf bunlara kənardan baxdıqca qəzəblənir, amma insanları qınaya da bilmirdi. Axı heç kim Ömərin yaşadığını bilmirdi. Axı heç kim Volfun Oqtay kişinin oğlu olduğunu bilmirdi. Və axı heç kim Volfun Ömər olduğunu bilmirdi. Belə olan halda onlar nəzərlərini iştirak səbəbi naməlum olan bu məşhur şairdən ayıraraq Oqtay kişinin oğlunun dostlarına baş sağlığı verirdilər.

Axı Ömərin günahı nə idi ki? Axı Ömər neyləmişdi? O sadəcə bir qızı sevmişdi. Həm də dəlilərcəsinə sevmişdi. Və bu onun həyatını məhv etməyə kifayət etmişdi. Ömər bu yolda bütün sevdiklərini itirdi. İnsan özünü bu qədər tənha hiss edərmi? İnsan bu qədər ölüm arzulayarmı özünə?

Xatirələrim mənim beynimdə əzikir

Əzrayılda məndən artıq bezikir

Baxma ki, həyat da məndən irzikir

Amma ölüm də nəsə çox gecikir

Çox gecikir ölüm yetməz mi artıq

Həyatda bura yığıb səhvlərlə artıq

Mən sanki bu dünyada bir pillə artıq

Neyniyək ölüm də nəsə çox gecikir

Hər kəs gedəndən sonra qəbirin üstündə üç nəfər hələ də dayanırdı. Volf, Kamil və Elvin. Qəfil Volf Elvinin üstünə atılıb bir yumruqla onu yerə sərdi. Kamil tez atılıb Volfu növbəti zərbələri vurmaqdan saxladı.

Sən və QəmNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ