Bölüm 30-Dünən ya da 10 il qabaq

193 29 1
                                    

Qaldığımız yerdən davam edək. Biz harda qalmışdıq? Ümumiyyətlə zaman anlayışı necədir kainatda? Biz və bizim sevgimiz bu üçölçülü kainat sisteminin hansı nöqtəsində yerləşir?

Düşünmə. Həyat bu dərin sualları düşünəcək qədər uzun və mənalı deyil. Həyat saf sevgilərin qənimi, mərdi qova-qova namərd edənlərindir. Həyat hər axıdılan göz yaşının hesabını soracaq qədər uzun və mənalı deyil. Nağıllardan fərqli olaraq real həyatda həmişə şər qalib gəlir.

VƏ SƏN EY DOST. ƏGƏR MƏĞLUB OLANLARDANSANSA BİLKİ SƏBƏB RUHUNU ŞEYTANA SATMAMAĞINDA OLUB.

Tap. Tap. Tap.

Xəstəxananın həyətində iki qara kölgə gəzişirdi. Çoxdan həsrətini çəkdikləri ürəklər qovuşmuşdu. Volfun qara ayaqqabıları öz nəğmələri ilə gecənin sükutunu pozurdu. Onun göy cins şalvarına və qara eleqant paltosuna qarşılıq Elvində sadəcə yaşıl gödəkcə, qəhvəyi şalvar , sport ayaqqabılar vardı. Onlar Kamilin palatasından elə indicə çıxmışdılar. Üç dost az əvvəl oturub söhbətləşdilər, dərdləşdilər, qucaqlaşdılar, ağlaşdılar. İnanmaq çətin idi. Elə bil dünən baş vermişdi hər şey. Onlar kafedə oturublar. Ömər bir qıza vurulduğunu deyir. Dostlar gülüşürlər. Heç kim inana bilmir ki, Ömər kimisə sevə bilər. Sonra Ömər deyir.

"Bəlkə doğurdan sevgi mənlik deyil. Tam bağlanmamış ayrılım bu qızdan."

Kamil dostuna məsləhət verir.

"Gicləmə. İndi ki, sevirsən sona qədər get"

Ah Kamil ah. Sən o vaxt o sözləri deməsəydin bəlkə Ömər həqiqətən də Yasəməndən ayrılacaqdı.

Bütün bunlar elə bil dünən baş vermişdi. Onlar xatırladıqca gah gülür gah da ağlayırdılar. O vaxt onlar necə də xoşbəxt idilər. Hər birinin öz xəyalları , öz parlaq perspektivləri var idi.

İndisə budur. Kamil xəstəxanada yatır. Volf və Elvinsə həyətdə gəzişirlər. Amma bu da hələ hamısı deyil. Həyətə 20 nəfərə qədər adam doluşur qəfildən. Onlar müdafiə oluna belə bilmirlər. Yaxınlaşan adamlardan biri əlindəki dəyənəyi Volfun başına keçirir.

"Atanın adamları."

Volf nə baş verdiyini anlamaq üçün dikəlir. Eyni anda sifətindən və qarnından yumruq yeyir. Arxada bir neçə nəfər Elvini təpikləyir.

"Küçələrin ayrılmaz qanunu. Talpa"

Volf yaxınlıqda olan birinə yumruq vurmağı bacarır. Həmin adam ağır əlin zərbəsi ilə yerə yıxılır.

Növbəti səhnələr acımasızdı. Volf və Elvin yerdə uzanıblar. Təpiklər altında. Tap Tup Dap.

Volf yerdə öz dişini görür. Elvin burnunun sındığına şübhə belə eləmir. Volfun alnından qan axır. Elvinin gözü zoqquldayır. Zərbələrdən biri Volfun ağciyərlərinə isabət edir. Nəfəs almaq çətinləşir. Elvində öskürür. Bir neçə dəqiqə sonra meydan boşalır. Həyətdə yerlə sürünən sadəcə iki döyülmüş insan qalır.

13 il əvvəl

Kater Xəzəri yararaq mavi dənizin ənginliklərinə çəkilir. Ömər və Yasəmən katerin burnunda dayanıb dənizə baxırlar. Ömər Yasəmənin yanağına bir öpüş qondurur.

Yasəmən qızarır. Ömər sevgilisinin qulağına pıçıldayır.

-Bura çıx.

-Nə?

-Yasəmən bura çıx. Titanikdəki kimi.

-Ayıbdır. Camaat baxır.

-Çox da mənim vecimə. Çıx bura.

Sən və QəmOnde histórias criam vida. Descubra agora