Bölüm 10-Ölüm sadəcə bir başlanğıcdır

237 39 4
                                    

                   ÖLÜM SADƏCƏ BİR BAŞLANĞICDIR

-Allah rəhmət eləsin. Allah Ömərin valideynlərinə səbr versin. -Molla duasını bitirib dedi.

-Amin inşallah.

Yasa çox adam gəlmişdi. Ömərin yasına. YASƏMƏNİN ÖLDÜRDÜYÜ ÖMƏRİN YASINA. Bütün qohum-əqraba, Ömərin məktəbdəki sinif yoldaşları,universitet dostları. Hənifə xanımı heç cürə sakitləşdirmək olmurdu. Elə hey ağlayır özünü divardan divara vururdu. Adətən yaslarda əsl qəmi təkcə mərhumun qohumları çəkir. Kənar adamların çoxunun isə heç veclərinə də olmur.Onlar bir kənarda oturub ya futboldan ya da işlərindən danışırlar. Bu yas isə istisna hallardan idi ki, burdakı hər kəs Ömərin faciəsinə ürəkdən yanırdı. Amma bu qəmli mərasimdə daha iki nəfər də var idi ki, onlar ümumiyyətlə içlərində əsl əzabı yaşayırdılar.Bunlardan biri Elvin idi. O bu bəd xəbəri eşitdiyi ilk dəqiqədən özünə gələ bilmir və qürurunu bir tərəfə tullayıb ağlayırdı. O eyni zamanda iki ən yaxın dostunu itirmişdi. İş burasında idi ki, Ömərin ölümündən sonra Kamildə ortalıqdan itmişdi. Harda olduğunu heç kim bilmirdi. Telefonuna da zəng çatmırdı. Belə görünürdü ki, əşyalarını yığıb evdən qaçıb. Amma hara? Bunu heç kim bilmirdi. Deyəsən polislərdə bu müammanın qarşısında aciz qalmışdılar.

Elvin bir şeyi də bilmirdi. O bilmirdi ki, bu hadisə onun özünün də həyatı qarşısıalınmaz dərəcədə dəyişəcək və eybəcərləşəcək.

İkinci əzabkeşin adı isə Yasəmən idi. O bu bədbəxt hadisəyə görə özünü günahlandırırdı. O Ömərin sevgisini lazımı qədər dərk edə bilməmişdi. O bu illərdə Öməri heç tanımayıbmış. O heç ağlına da gətirə bilməzdi ki, Ömər onu bu qədər çox sevir.Və buda sonu. Ömər intihar etdi. Yox yox. Bu intihar deyil bu qətldir. "Onu mən öldürdüm" deyə Yasəmən özünü yüzüncü dəfə günahlandırdı. Və məhz buna görə də o bu gün burdaydı. Halbuki, evdə oturub dünən gecədən bəri evə dönməyən ərini gözləməliydi. Amma o vicdanı və Ömər qarşısındakı borcunu yerinə yetirmək üçün bura gəlmişdi.

Yasdakı adamlar bir-birləri pıçıldaşır və Ömərin intihar səbəbi kimi hərəsi öz teoresini irəli çəkirdi.

-İşə bax eee- bir kök , bığlı dayı deyirdi- əvvəlcə biləklərini kəsib. Amma ölməyib. Oqtaygil bunu xəstəxanaya yerləşdiriblər. Biləklərinə tikiş atıblar. Tam sağalmağı ərəfəsində olarkən xəstəxanadan çıxıb həyətindəcə özünü yandırıb.

-Yəqin dəli imiş də.-həmsöhbəti dodağını büzərək dedi.

-Amma heyf. Çox yaxşı oğlan idi.

-Sən hələ Oqtaya bax. Gör bu qısa vaxtda necə qocalıb.

-Əlbəttə. Oğul itirmək böyük bədbəxtçilikdir. Allah heç kimə göstərməsin.

-Amin.

Bu vaxt Bakıdan uzaqlaşan şose ilə avtobus irəliləyirdi. Arxa sırada oturan iki oğlandan biri yatır, digəri isə dərdli baxışlarla pəncərədən baxırdı. Avtobus sirkələnərkən yatan oğlan ayıldı və başını qaldırıb dostuna baxdı.

-Hələ çatmırıq Kamil?-deyə soruşdu.

-Az qalıb Ömər-o cavab verdi.

-Hımmm. Belə-belə işlər. Artıq mən ölmüşəm. Artıq hamı məni öldü bilir.

-Həmdə düşünürlər ki, sən özünü yandırmısan.

-Doğurdan biz qaçarkən o kim idi xəstəxananın həyətində özünü yandırdı?

-Nə bilim. Sabahı gün ordan keçəndə eşitdim ki, adamlar danışırlar ki, dünən bir oğlan xəstəxanadan qaçaraq həyətə düşüb və orda özünü yandırıb. Deyirdilər ki, bu oğlan xəstəxanaya biləklərini kəsdiyi üçün düşüb. Başa düşdüm ki, səndən danışırlar. Elə biliblər ki, o özünü yandıran sənsən. Sonra bir az orda dayanııb onlarla söhbət etdim. Məlum oldu ki, yanan oğlanın cəsədini sənin valideynlərinə veriblər. Valideynlərinin də təbii ki, yoxlatmaq heç ağıllarına da gəlməyib. Sakitcə qəbul ediblər öldüyünü.

Ömər gözlərini yumdu və qaçdıqları günü xatırladı. Onlar xəstəxanadan qaçanda onları görüb dallarıyca düşmüşdülər. Ömərlə Kamil həyətə çıxıb bir maşının dalında gizləndilər. Xəstəxana binasından çıxanlar həyətə göz gəzdirir və onları görmədiklərindən hirslənirdilər. Elə bu vaxt hardansa alovlar içində can çəkişən biri peyda oldu. Ömərdə dostuda dəhşət dolu baxışlarını gizləndikləri yerdən ona zilləmişdilər. Bu bədbəxt kim idisə bura gəlib özünü yandırmışdı. Həkimlər və qaravolçular yanğını söndürməyə çalışırdılar. Aləm bir-birinə dəymişdi. Və bu qarmaqarışıqlıqdan istifadə edən dostlar aradan çıxmağı bacardılar. Sonradan da öyrəndilər ki, yanan oğlanın tanınmaz hala düşmüş cəsədi Ömərin valideynlərinə oğullarının cəsədi kimi təqdim olunub.

Bir neçə gün əvvəl

Ömərin xəstəxanada olduğu hər gün Kamil onun yanına gəlirdi. Onlar təklikdə qalıb söhbət edirdilər. Belə günlərin birində Ömər dedi:

-Kamil artıq mən səni birdə görməyəcəm.Sən yaxşı dost idin.Hər şeyə görə sağol.

-Nə olub ki?

-Mən qərara gəlmişəm. Bu boyda hadisələrdən sonra mən burda qala bilmərəm. Gedəcəm buralardan.

-Hara?

-Kəndlərin birinə. Bir az pul yığmışam. Oralarda özümə iş tapana qədər bu pulla yaşaya bilərəm.

-Gicləmə Ömər-Kamil oğlana məsləhət verməyə başladı-Burda sənin bir həyatın var.

-Hansı həyat? Artıq həyat falan yoxdu. Sən bir mənim üzümə bax, şikəstliyimə bax. Buralarda tanışlar çoxdu. Və hər dəfə insanlar mənə baxanda gözlərindən oxuyuram mənə yazıqları gəldiyini.Bu mənə pis təsir edir. Amma əgər.....-Ömərin gözləri doldu-əgər Yasəmən mənim yanımda olsaydı, əgər sevdiyim mənə dəstək olsaydı mən dözərdim hər şeyə. Dözə bilərdim. Amma olmadı.

-Ömər bəs ailən-Kamil səsini qaldırdı-onları heç düşünmürsən? Sənə görə nə qədər əzab çəkiblər. Onlara bunu yaşada bilməzsən.

-Yox Kamil. O gün atam mənə şillə vuranda mən anladım ki, onlarında gözündən artıq düşmüşəm. Atam mənə şillə vurmazdı heç vaxt. Artıq mən onun gözündə sadəcə zəif və yazıq oğlanam. Mən artıq onun üzünə baxa bilmərəm. Həm də mən burdan getməklə onları bir ömür boyu şikəst oğula baxmaq yükündən xilas edirəm.

-Ömər.....

-Kamil başa düş. Yazıq baxışlara tab gətirə bilmirəm.

-Yəni fikrində qətisən?

-Tamamilə.

-Mən də gəlirəm.-Kamil Ömərin heç gözləmədiyi halda və qətiyyətlə dedi.

-Dəlisən?-bu dəfə Ömər qışqırdı.

-Dedim ki, məndə gəlirəm. Məndə bezmişəm buralardan. Həmdə səni tək qoyan da deyiləm.

-Kamil....

-Qurtardıq bu söhbəti Ömər.

Nəhayət onlar qərara gəldilər. Gedəcəkləri yeri də seçdilər. Sonra Kamil gedib avtobusa iki nəfərlik bilet aldı. Nə vaxt qaçacaqları da dəqiqləşdirildi. Kamil Öməri xəstəxananın çıxışında gözləyəcəkdi.

Ömər o gecə palatasında sakit sakit oturub bir az fikirləşdi. Sonra burda qoyub getdiklərinə bir məktub yazmaq fikrinə düşdü. Belə başa düşürdü ki, indiyə qədər yaşadığı həyat tamamilə oyun idi. Əsl həyat indidən sonra başlayacaqdı. Və bu düşüncələrlədə qələmi əlinə götürüb yazmağa başladı.

Burda oyun bitir. Burda mənim oyunum başlayır. Və bu oyunda təkcə mən varam. Mən öz həyatımı quracam. Gedirəm. Artıq hər şeyi atıb gedirəm. Bu plan çoxdandır beynimdə fırlanırdı. Amma dayandım. Eləmədim. Çünki O vardı o vaxt. İndi O yoxdu. Və mən gedirəm. Əlvida. Ya da yox. Həyatı anlamaq olmur. Nə olacağını bilə bilərikmi? Xeyr. Elə isə böyük danışmayaq. Hələlik.

Bu sözləri kağıza yazdı.Qələmi yerinə qoydu. Kənara çəkilib gülümsədi qəmli qəmli.-Bitdi-dedi-bu da son. Birinci mərhələ bitdi. İndi oyunu buraxıb oynayaraq Yaşamağın zamanı.

Çantasına lazım olanları yığdı. Və getdi.

BİRİNCİ BÖLMƏNİN SONU

VW#J

Sən və QəmWo Geschichten leben. Entdecke jetzt