30

5 2 0
                                    

"Bir fikirləşdə nəyə görə indi sənin qarşıva çıxdı? O ölür Ceyran"
Qulağımı tutub, onun sözlərini eşitmək istəmirdim. Həyat heç mi gülməyəcəkdi mənim üzümə? Mənim bəxtim atasız yaşamaq idi yəqin...
"Sən keçdə onun yerinə" səsimi güclə çıxara bilmişdim.
"Mən onun oğlu deyiləm. Qayda-qanun var, bölgə liderləri ancaq öz soylarından birilərini yerlərinə keçirdə biləllər"
Dərin nəfəs alıb verdikdən sonra dirsəklərimi masaya qoydum. "Nə xəstəliyi var?"
Oda mənim kimi qollarına masaya qoyub, gözlərimə baxırdı. "Leykoz, qan xərçəngidi. Kəskin növündən həm də xroniki olsaydı bəlkə də xilas ola bilərdi. Kəskin mieloid leykozdu"
Özümnən asılı olmayaq saxta şəkildə əsəbdən qəhqəhə atmağa başladım. Həyat həqiqətən ironik idi.. o qaşlarını çatıb mənə baxdı. "Nəyə gülürsən?"
gülməyimi dayandırdıqdan sonra ona baxdım. "Mən də xroniki mieloid leykozuyam. Süphan bəy yeganə qızına sadəcə bu xəstəliyi buraxıb"
Dedim düz bir şəkildə. Təəccübləndi bunu gözləmirdi. "Nə? Ciddisən sən? Müalicə olunursan?"
Arxaya söykənib, qollarımı sinəmdə birləşdirdim. "İndi yox"
Bu mövzuda vecsizliyimi görüb daha da əsəbləşmişdi. Amma nəyə görə? Ona nə dəxli?
"İnanılmazsan" dedi nəfəsini burnundan verərək.
Elə bu an telefonuma zəng gəlmişdi. Əlimi çantama atıb, telefonumu açdım.
Canım🤍
-alo, salam birdənəm hardasan?
-salam sevgilim bir az hava almaq üçün çölə çıxdım
-gəlim yanıva? darıxmışam
Gülümsədim.
-eşidəndə eləbilər ki aylarca görüşmürük
-neyniyimə nəfəsim? Səndən bir neçə dəqiqə ayrı qalmaq belə darıxmağıma yetəri qədər səbəbdi
-tamam canım konum atıram gəl
-baş üstə
Gülümsəyərək telefondan Tufana konum attım. Qarşımdakinə çevrilincə bütün xoşbəxtliyim puf olmuşdu. Qarşımdaki adam mənə elə mimika ilə baxırdı ki, əlində olsa elə burdaca öldürərdi məni. "Nədi? Niyə elə baxırsan?" Dedim sərt bir şəkildə.
"Onu niyə bura çağırırsan?"
"Başa düşmədim? Sevgilimi istədiyim yerə çağıraram. Səndən icazə alacam?"
"Lazımdısa hə."
"Puah" dedim gülərək. Bu özün nə zənn edirdi?
"Sən özüvü nə hesab edirsən?"
"Sən mənə tapşırılıbsan. Canın mənə əmanət olunub"
Səbrim tükənmişdi artıq. Masadaki çantamı götürüb, ayağa qalxdım. "Mənə bax Qayasan daşsan dağsan nəsən bilmirəm. Mənim səbrimin bir həddi var. Birdə qarşıma çıxma!" Bu səfər səs tonum o qədər də yavaş çıxmamışdı. Sürətli addımlarla məkandan çıxıb, maşınıma tərəf getdim. Tufana canlı konum attığıma görə rahat idim. Maşına minib, kəmərimi taxdıqdan sonra maşını işə salıb, burdan uzaqlaşdım.
***********************
Tufanla bir restoranda oturub, yemək yeyirdik.
"Nə olub yenə hansı fikirə getdin?" Tufanın səsi getdiyim fikirlərdən ayıltmışdı məni. Çəngəllə qabımdaki toyuq ətindəndən azca götürüb ağzıma attım. "Məni boş verə, sən neynədin bu gün? Şirkəttə işlər necə gedir?"
Sağ tərəfində duran bir stəkan suyu dodaqlarına apardı. "Hər şey kontrolum altındadı. Həyat indi indi gözəlləşməyə başlayır gözəlim" son cümləsi iliklərimə qədər isitmişdi məni. Ona böyük bir gülümsəmə bəxş ettim. Neçə müddət sonra yeni yeni nəfəs almağa başlamışdıq. Yeni yeni acılarımızı unudub, yaralarımızı sarmağa başlamışdıq.
Amma
Ceyranın başından bəla heç əksik olardı? Qətiyyən. Bu həyatın məndən nə alıb verə bilmədiyi var bilmirəm.
"O adam səni narahat eləmir?" Tufanın qaşı çatılmışdı. Bu mövznunun eləcə üstündən keçəcək deyildi. Yalanımı tutmaması üçün gözlərinin içinə baxdım. Onu heç bir təhlükəyə ata bilməzdim. Canımın yarısı idi Tufan. Lazımdısa onunçün can verərdim amma ondan can getməsinə razı ola bilməzdim.
İçdən gülümsəməyə çalışdım "Ceyran Ata Xan ı kim narahat edə bilər?" çapkın şəkildə göz vurdum gələcək yoldaşıma. Onunda dodağının kənarı qıvrılmışdı bu cümləmdən sonra. "Onun hələ ömrü var yəni bir il 20 sonra keçərəm işlərinin başına" bu cümləmi eşitcək qəhqəhə attı. "Ceyran!!" Mən də onunla birlikdə gülmüşdüm. Bu adam mənim hərşeyim idi...
****************
Qapının zilini çaldıqdan sonra açmaqlarını gözlüyürdüm. Nəhayət, qapı açılmışdı və açan balaca bacım Məryəm idi. "Bacııııı" yüksək səslə qışqırıb, qucağıma hoppanmışdı. O nə qədər böyüsəndə hələ də mənim balacam idi. "Mələyimm" ona qarşılıq verərək bərk qucaqladım. Yanaqlarımı suluca öpərək. "Çox darıxmışdım" dedi. Amma sadəcə bir gün məndən ayrı qalmışdı. Genişcə gülümsəyib, "mən də çoox darıxmışdım" dedim.
İkimizdə yanyana içəri girdikdən sonra Zöhrənin pilləkanlarla aşağı endiyini gördüm. Məni görcək gözləri parıldadı. "Evimizin dağı dirəyi gəlib" bu sözünə ikimizdə gülərək qucaqlaşdıq. "Dəli" dedim sadəcə...
Gözüm anamı axtardı amma o aşağı mərtəbədə yox idi. "Anam hanı?" səsim təlaşlı çıxmışdı. "Yuxarıdadı" Zöhrənin səsi isə stressli çıxmışdı. Pilləkanlara doğru gedərkən "əminsən?" Zöhrə məni dayandırmağa çalışmışdı amma mən anamla danışmalı idim. Başımı təsdiq mənasında sallayıb, vaxt itirmədən yuxarı çıxdım. Anamın otağının qapısının önünə gəldikdən sonra dərindən nəfəs alıb verdim. Qapını açıb, içəri girəndə anamın uzandığını gördüm. Amma üzü o tərəfə idi deyə yatıb-yatmadığını görə bilmirdim. Qapının səssizcə örtüb qapının ağzındaki kiçik divanda oturdum. Anamın çarpaz birşəkildə oturub onu izləyirdim. "Ana" səsim o qədər də cəsurca çıxmamışdı. Səsimə heç bir reaksiya vermədi çox güman yatmışdı.
"Bilirəm, bu sirri illərlə ürəyində saxlamaq sənə də asan olmayıb" nəfəsimi verib susdum. "Bəlkə də həqiqəti mənə söyləməkdən qorxmuşdun, bəlkə də mənim necə reaksiya verəcəyimi bilmirdin" içimdəki deməli idim yoxsa nəfəs ala bilməyəcəkdim. O məni eşitsin eşitməsin mən bunları dilə gətirməli idim. "Amma indi anlayıram ki, sənin niyyətin məni incitmək deyil, mənim həyatımı asanlaşdırmaq idi."
Annam illər boyu bizim daha yaxşı həyat yaşamağımız üçün çabalayıb. Bu hekayədə qınayacağım ən son insan belə deyil. "Ana bilirəm ki, sənə dediyim sözlər çox ağır idi. İçimdəki qəzəb, məyusluq və çaşqınlıq o an məni ələ keçirdi"
Əlimlə ağrıyan başımı ovalamağa çalışırdım. "Əgər bağışlaya biləcəksənsə bağışla məni. Mən səni çoxdan bağışlamışam"
son cümləm bu olmuşdu. Ayağa qalxıb, otaqdan çıxdım. Aşağı enərkən mətbəxdəki xidtmətçilərdən birinə başağrı dərmanı üçün səslənmişdim. Aşağı endikdən sonra gördüyüm mənzərə məni təəccübləndimişdi. Məryəm Əsəd ilə selfie çəkirdi. Nə?
"Əsəd!!" Səsim yüksək çıxmışdı. Səsimi eşitcək mənə tərəf çevrildi və o an gözləri parıldadı sonra isə böyük gülümsəməsini üzündən əksik etmədi. "Ceylii!!" Qaçaraq bir-birimizi qucaqlamışdıq. Əsəd işləri üçün uzun müddət Azərbaycanda qala bilmirdi. Ondan sarı darıxmışdım..
**************************************
Tufan
Şirkəttə meetinglər olan otaqda oturmuşdum. Mənimlə birlikdə 8 iş adamı var idi. Hərkəs gəlməli olan hələ tanımadığımız adamı gözdüyürdü. Saatı yoxlamaq üçün qol saatıma baxmışdım. Saatın 9 olmağına 10 dəqiqə qalmışdı. Mənsə bu toplantıdan qaçıb, evə getmək istəyirdim. "Əgər gəlmiyəcəksə əvvəldən xəbər verə bilərdi. Bu ki hörmətsizlikdi" Kərim bəyin səsi ilə hərkəs ona çevrilmişdi. Birnəvi haqlı idi.
Elə bu an nəhayət içəri o adam girdi. Mənim boylarımda əsmər, iri, və kəskin çöhrəsi olan bu adam düz mimika ilə masaya yaxınlaşdı. Salamlaşmaq üçün hamımız ayağa qalxmışdıq. Bu adamı ilk dəfə görürdüm. Sıra mənə gələndə sağ əlini uzadıb, "İsa Qaya" dedi düz bir səs tonu ilə.. uzatdığı əlini tutub, "Tufan Ata Xan" demişdim eyni səs tonu ilə. Keçib, ona ayrılan yerdə oturduqdan sonra hərkəs yerinə oturmuşdu. "Gözlətdiyim üçün üzrlü hesab edin bəylər" demişdi sadəcə...
****************
Şirkətdən çıxar çıxmaz evə gəlmişdim. Bu ev mənim üçün dört divar bir dam olduğuna görə ev sayılmırdı bu evdə, Ceyran olduğuna görə bura mənim evim idi. İçəri girdikdə mətbəxdəki qoxular üzümdə gülümsəmə yaranmağına səbəb olmuşdu. Qapının səsini eşidər eşitməz tələsik məni qarşılamağa gələn bu qadına baxdım. Üstündə ağ rəngli mini salaş bir don var idi çox güman rahat olduğuna görə bunu geyinmişdi. Saçları dağınıq topuz idi. Arada mən bu qadına sahip olmaq üçün nə savab işləmişəm deyə düşünürdüm. Gülümsəyərək boynuma hoppandı. "Canımmm, xoş gəldiiin" səsi gümrah və şən çıxmışdı. Dünyanın ən xoşbəxt adamı ola bilərəm hərhalda...
Barmaq ucuna çıxmışdı məni qucaqlamaq üçün, mən də qollarımı onun belinə dolayıb, bərkcə qucaqladım onu. "Xoş gördüm nəfəsim"
İki yanağımnanda öpüb, mətbəxə qaçmışdı. "Yenə nələr bişirib bizim pover" onu həmişə bu şəkildə səslənirdim. Paltomu soyunub, asılqandan asdıqdan sonra telefonumu və maşının açarını masaya buraxıb, mətbəxə yönəldim. Əlimi yumaq üçün krantı açmışdım ki, "sənə nə qədər deməliyəm ki wc də yu əlini" bəli gələcək həyat yoldaşım yenə əlimi burda yumağa icazə verməmişdi. "Başüstə" deyib wc ə yönəldim. "Başın var olsun" bu cümləsini hər dəfə deyərdi..
wc də əlimi yuduqdan sonra gəlib, mətbəx masasında oturdum. Ceyran ən sevdiyim yeməklərdən hazırlamışdı. "Yemək bişirməyi bacaran qadınım olduğuna görə həqiqətən şanslıyam" deyib yeməklərə gömülmüşdüm. O isə bu halımı gülüb, gülmüşdü. "Evə hər gələndə qurt kimi ac olursan" deyib yanıma oturdu. "Neyniyim sənin yeməklərini yemək üçün aç qalıram"
"Bəsdi görək artist"
İkimizdə gülmüşdük...
Onunla evlənmək üçün səbrsizlənirdim!
********************************
Ceyran
Tufan məşq etmək üçün sportrooma girmişdi. Mənsə divanda uzanıb, tv izləyirdim. Bu gün bütün gün Zöhrə, Məryəm və Əsədlə idim. Anam aşağı enməmişdi...
Telefonuma gələn zənglə diskindim. Qalxıb, masaya uzanıb telefonumu götürüb açdım. Bəli kimin zəng etdiyinə belə baxmamışdım...
-alo?
-Ceyran
-kim idi?
-Qaya
-yenə sən? Nə istəyirsən?
-Bax gözəlim mənim və atavın istədiyi tək şey sənin bir atava bir şans verməyindi. Əks halda istəmədiyimiz yollara əl atmaq məcburiyyətində qalacağıq.
-birincisi xitab şəklivə fikir ver mən sənin heçnəyin deyiləm. İkincisidə mən təhdit olunuram hal-hazırda? Nə deməyə çalışırsan?!
-üçüncüsü you are not my type narahat olma sözgəlişi xitab etmişdim. Dördüncüsüdəki hə təhdit olunursan.
-ahahahaha hal-hazırda əsəbdən gülürəm sən özüvü nə zənn edirsən belə? Polis var qanun var. Sənin kimilərlə qarşılaşmışam sonları heç yaxşı olmur. İndi isə birdə məni narahat etmə!
Telefonu söndürüb, masaya atmışdım. Buna bax bir axmaq!! Başımı qaldırıb, yuxarı baxdım. "Göndərəndə arada bir məsafə qoy! Mən də insanam" deyə isyan etmişdim.
Elə bu an möhtəşəm ötəsi sevgilim çılpaq və tərli vücudu ilə otaqdan çıxdı. Əzələlərinə baxanda udqunmamaq əldə deyildi. Bu halımı görüb, gülümsəmişdi ibnə!
"Hara baxırsan?" Dedi çapkınca gülərək.
"Nədi baxmaq olmaz? Belədiki gözlər baxmaq üçündüdə" dedim yavaş-yavaş ona yaxınlaşaraq. Boynundaki dəsmalı ilə tərini silib, çiyninə atmışdı dəsmalı. Oda məni başdan ayağa süzüb udqunmuşdu. Eyni baxışla və eyni səs tonu ilə "hara baxırsan?" Dedim göz vuraraq. "Nədi baxmaq olmaz? Gözlər baxmaq üçün deyil bəyəm?" Oda məni təkrar etmişdi. Qollarımı boynuna sarıb, məsafəmizi azaltmışdım. "Acmışam" səsim fısıltı ilə çıxmışdı. "Mən daha çox" onunda səsi tonu eyni çıxmışdı. Ağlıma gələn fikirlə qollarımı ondan ayırıb aramıza məsafə qoymuşdum. Nəyə görə belə ettiyimi sorğulayan baxışlarla baxırdı. İki əlimidə belimə qoyub, qaşlarımı çatıb boğazımı təmizlədim. Öhm öhm
"Bayaq yemədin yemək? Sən necə adamsane? Mən hər dəqiqə sənə yemək bişirə bilmərəm!" Gülməmək üçün dodaqlarımı yanaqlarımın için dişləyirdim. "Nə? Nə yemək?" Hələ də anlamayan baxışlar atırdı. "Çox acmışam demədin?" Dedim qaşımı qaldıraraq. Bir iki saniyə donub, "mən o mənada deməmişdim" hələ də ciddi idi. Tanrım öləcəm gülməkdən. "Nə mənada demişdin?" Eyni ciddi ifadə ilə ona baxırdım. Əlini başının arxasına atmışdı Tufan hər utananda belə edirdi. Və utandırmaq o qədər xoşuma gəlirdi ki...
"Mən şe-" görünür ayılmışdı. "Ceyran!" Özümü tuta bilməyib qəh-qəhə ilə gülməyə başlamışdım. "Gəl bura" deyib arxamca gəlirdiki onnan qaçıb, divanın o başına gettim. "Gəlmə arxamca canavar!" Gülərək ondan qaçırdım. "Gül, gül səni tutandan sonra görüm belə gülə biləcəksən"
2 dəqiqə içində evin içində kruq atmışdıq. Mənsə hələ də gülürdüm....
Yorulub nəfəs-nəfəsə qaldıqdan sonra dayanıb, bir az dincəlmək istəyirdim ki, Tufan məni tutub çiyninə attı. "Axı bu ədalətsizlikdi! Mən dincəlirdim" Tufan sözlərimi vecləmədən gülərək məni pilləkana tərəf aparırdı. "Kömək eliyin adam qaçırdıllar" deyə yüksək olmayan səslə isyan edirdim eyni zamanda isə yalandan onun belinə vururdum. "Bir yerdə qal" deyib, ombama yavaşca vurmuşdu. "Odun!!" Yorulub, qollarımı önümə attım. O isə sadəcə gülürdü...
***************************
Zöhrə
14:30
"Toğrul sən buz konkisi sürə bilirsən ki?" konkilərimin ipini bağlayaraq ona baxırdım. O isə həmişəko eqolu duruşundan taviz verməyərək sırıtırdı. "Nə bilmişdin bəs gözəlim? Bu adam" dedi işarət barmağı ilə özünü gösdərərək. "Bu adamın bacarmadığı heç nə yoxdu" onun bu halları mənim həmişə gülümsəməyimə səbəb olurdu. Toğrulla artıq neçə aydır ki bir-birimizi tanımaq yolunda irəliləyirdik. Toğrul sanki mənim üçün yaradılmışdı. O həm gülməli həm yaraşıqlı həm də bir həkim idi..
mən ona əvvəlcədən hərşeyin yavaş-yavaş irəliləməsinin tərəfdarıyam demişdim. Oda bunu qəbul edib mənə qatılmışdı. İkimizdə tələsməyi sevmirdik. Və ilk dəfə bir-birimizin həyatında ən uzun qalan iki kişi elə biz idik. Buda nə qədər uyğun olduğumuzu gösdərirdi. Onunla vaxt keçirmək deyib, gülmək nəyə desən dəyərdi. Mən bu axmağı sevməyə başlamışdım...
konkilərin bağcıqlarını bağlaya bilmədiyimi görüb, əyilib ipləri əlimdən aldı.

"Hələ də balaca qız uşağı kimisən" dedi ipləri bağlayaraq

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

"Hələ də balaca qız uşağı kimisən" dedi ipləri bağlayaraq. "Bəlkə də sadəcə sənin yanına eləyəm" demişdim ona baxaraq. Başını qaldırıb oda mənə baxmışdı. Mən o gözlərdə sonsuza qədər yaşayardım... ən içdən şəkildə gülümsədi.
Toğrulun yanında qız uşağı kimi olmağımın səbəbi onun mənə ata şəfqəti və ilgisi ilə yanaşmasından asılı idi. Mən belə şeylərə bir az uzaq idim. Toğrul isə bunun fərqində belə deyildi...
İkimizdə ayağa qalxıb, buzun üstünə çıxdıq. Əlimdən sıxıca tutub buraxmırdır. "Zöhrə əlimi buraxsan yıxalacam" səsi çarəsizcə çıxmışdı. Onun bu halına gülməmək mümkün deyildi. "Bəs deyirdin hər şeyi bacarırısan noldu?" səsim məzəli çıxırdı. Bilərək əlini buraxıb, ondan uzaqlaşdım. Biz uşaqkən Ceyran ilə çox buz konkisi sürmüşdük. Və Ceyran dəhşət sevirdi buzda sürüşməyi. Ona görədə mən də sürüşməyi az da olsa öyrənmişdim. Toğrul buraxdığım yerdə qalmışdı və hərəkət etmirdi. "Zöhrə!!"
Gülərək ona yaxınlaşıb, əlindən tuttum. "Qorxma" deyib hərəkət etmişdim ki, Toğrulun ayağı sürüşdü yıxıldı mən də onun üstünə... şükür ki bizdən başqa heç kim yox idi!

Ağ QızılgülHikayelerin yaşadığı yer. Şimdi keşfedin