Ceyran
---
"Haralarda idin?" – Zöhrə əlimi ovcunda sıxaraq narahatlıq və incikliklə soruşdu. Sanki mənə toxunaraq itirmədiyinə əmin olmaq istəyirdi. Onun baxışlarında həm sevgi, həm də bir qədər qınaq vardı.
Bütün bu olanları onlara danışmalı idim. İçimdə dağ kimi yığılan bu həqiqətlər artıq ağırlıq edirdi.
Bir saat sonra..
Otağın havası sözlərimlə dolmuşdu. Tufan divanda yanımda oturmuş, çənəsini başıma yaslamışdı. Hərdən saçlarımı qoxlayır, sanki mənim varlığımdan təsəlli tapmağa çalışırdı. Onun bu yaxınlığı məni həm sakitləşdirirdi, həm də ürəyimi istilədirdi.
Zöhrə isə qarşımda dayanmışdı. Baxışları dərin narahatlıq və təəccüblə dolu idi. Əlləri sinəsində çarpazlanmış, dodaqları bir neçə dəfə titrəmişdi. "İnana bilmirəm..." – dedi nəhayət, boğazı düyünlənmiş halda. Həqiqətən də, danışdıqlarım ağılasığmaz idi.
Toğrul isə tam fərqli bir tərzdə oturmuşdu. Qollarını dizlərinə qoyub əllərini birləşdirmiş, diqqətlə bizi süzürdü. Onun baxışlarında həm maraq, həm də ehtiyat vardı. Axır ki, sakit, amma qətiyyətli bir tonda dilləndi:
"Bəs bu İsa Qaya dediyin adam? Qaranlıq bir adamdırsa, polisə təhvil verilməli deyil?"Toğrulun sözləri otaqda gərgin bir sükut yaratdı. Bu ad çəkiləndə Tufan yerində hərəkətləndi, bədəninin gərildiyini hiss etdim. Qaşlarını çatıb baxışlarını mənə çevirdi.
"Mənə də o maraqlıdı, amma Ceyran xanım deyir ki, o, pis adam deyil..." – dedi, mənə doğru bir baxış ataraq. Sözləri mənim ağzımdan çıxmağa hazır olan həqiqətləri üzərimə itələdi.Baxışlarımı Toğrula yönəltdim, dərindən nəfəs alıb danışmağa başladım:
"Süphan Əmirzadənin vəziyyəti pisdir, yəni... o, öləcək. Bu ironik görünür, amma həqiqətdir. Belə bəhs etdiyim adam mənim atamdır, amma o, mənə heç vaxt atalıq etməyib. Mən də ona övladlıq edə bilməzdim. Onun yerinə İsa Qaya keçdiyinə görə, bölgə liderləri arasında ədaləti qoruyacaq tək kişi odur. Bu onların dünyasında balansın qorunması üçün vacibdir. Qaya bu rolu mükəmməl oynayır. Onunla bağlı heç bir narahatlığım yoxdur."Bir an nəfəsimi tutub dayandım, hamının üzündəki ifadələri izlədim. Sonra sözlərimi tamamlamaq üçün davam etdim:
"Polis məsələsinə gəldikdə, bu insanlar dövlətə külli miqdarda vergi ödəyirlər. Onlara toxunmaq elə də asan deyil. Qaya isə söz verib ki, bir daha qarşımıza çıxmayacaq. O, öz həyatını yaşayacaq, biz də öz həyatımızı..."Sözlərimi bitirəndə otaqdakı ağır havanı yüngülləşdirmək istəyirmiş kimi dərindən nəfəs aldım. Ümid edirdim ki, hər şeyi aydın izah edə bilmişəm.
Toğrul düşüncəli bir ifadə ilə çənəsini qaşıdı, yeni çıxan saqqallarını ovuşdurdu.
"Hə, indi başa düşdüm. Yəni bütün problemlər həll oldu?" – deyə, qaşlarını qaldıraraq soruşdu.Mən ilk əvvəl Zöhrəyə, sonra da Tufana baxdım və bir az yüngülləşən ürəyimlə gülümsədim:
"Həll oldu..."Zöhrə, sanki bütün qorxularını bir kənara qoymuş kimi, başını çiynimə qoydu. Onun səsi daha sakit, amma dərin bir tonla eşidildi:
"Bir də heç yerə getməyəcəksən."Onun sözlərində həm yalvarış, həm də əmr vardı. Bu, həm bir bacının sevgisi, həm də çəkdiyi qorxunun izləri idi.
Tufanın gözlərinə baxdım, onların dərinliyində sanki bir qığılcım parladı. Yumşalmış mimikası məni sakitləşdirdi.
"Yuvamı necə tərk edə bilərəm ki..." deyə pıçıldadım.

ŞİMDİ OKUDUĞUN
Ağ Qızılgül
Fiksi Umum-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni? -onda mənə ən sevdiyin şeiri oxu -oxuduqdan sonra gedəcəksən? -hə.. -gələbilsəydim əyər.. eşqi təsvir etməzdim sənə. güləbilsəydim əyər.. gözlərimdən yaş axardı. qaça bilsəydim əyər.. yerimdən...