28

7 2 2
                                    

Ümid edirəm bu yuxudan ayılmaram.
Hər şey heç gözlənilməyəcək qədər gözəl idi. Tufan ilə birlikdə yemək yedikdən sonra o işinə, mən isə bacım Zöhrənin evinə gedirdim. Amma yollar tıxac olduğuna görə maşında mahnı qoşub, 15 dəqiqə idiki hərəkət etməyən maşınları izləyirdim. Telefonumun zəng səsi mahnının xodunu almağıma səbəb oldu. Zəng edən bacım idi.
-alo?
-Ceyran harda qaldıne?
-tıxacdayam. Maşınlar hərəkət etmir deyəsən nəsə yol qəzası olub
-tamam onsuz evdəyəm bu gün işə getmiyəcəm
-onda otur dua eləki tıxac bitsin və əziz bacın evə gəlsin
-dualarım səninlə olacaq
Zöhrə üzümü güldürməyi yenə bacarmışdı..
Siqnalların səsini eşitməmək üçün yenə yüksək səslə mahnı qoşmuşdum.
Qəfildən gözləmədiyim bir şey olmuşdu. Ən az 10 a yaxın qara eyni model maşınlar ard-arda tıxacın içindən gedirdilər. Və bi anda yol açıldı bütün maşınlar hərəkət edib, irəlilədilər. Qarşımdaki bütün maşınlar sürdükdən sonra mən də cəld kəmərimi taxıb, maşını işə salmışdım ki, həmən 10 a yaxın qara maşın mənim maşınımı əhatəyə aldılar... daha nə olduğunu anlamadan maşının pencərəsi döyüldü.
Qara kastyumlu keçəl orta yaşlı adam mənə pencərəni açmağımı işarət edirdi. Hal-hazırda məntiqli hərəkət etməkdən başqa çarəm yox idi. Ona görə şüşəni aşağı endirdim.
"Buyrun?" Səsimi cəsurca çıxartmağa çalışmışdım amma qorxurdum. "Maşından enin zəhmət olmasa" bu keçəl adamın səsi isə daha gür çıxmışdı. Üzündə isə qorxunc mimika var idi. "Səbəb?" Mən də ona onun baxışları kimi ciddi baxmağa çalışırdım. Adam pencəyini arxaya çəkib, kəmərindəki silahı işarət etdi. Udqundum.. onun belində silah var idi və məni təhdit edirdi... sakitləşməyə çalış Ceyran. Edəcəyin bir məntiqsiz hərəkət canınla sonlana bilər. "Problem yaratmasaz sevinərəm" dedi eyni səs tonu ilə.. mənsə dəhşətli gözlərlə silaha baxırdım. Bunecə danışıq idi axı? Həm eyni zamanda silah gösdərib, həm də mədəni danışmağa çalışırdı. Cəld hərəkətlə telefonumu götürməyə çalışanda "əşyalarıvız maşında qalır. Buna telefonuvuzda daxildi" gözləri ilə telefonuma uzanan əlimi işarət edirdi. Uzanan əlimi geri çəkib, kəmərimi açdım. Sonra isə dərindən nəfəs alıb, verdikdən sonra qapını açıb düşdüm. Gördüyüm bu mənzərə məni daha da şoka salmışdı.

Saya bilmədiyim qədər qara maşınlar arxa-arxaya mənim maşınımın arxasında dayanmışdılar

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Saya bilmədiyim qədər qara maşınlar arxa-arxaya mənim maşınımın arxasında dayanmışdılar. Başımı çevirib, keçəl cüssəli adama baxdım. O mənim əksimə çox rahat idi. Onu başdan ayağa süzdükdən sonra boynundaki tatooya gözüm ilişmişdi. Sanki bu tatoonu əvvəlcədən hardasa görmüşdüm....
"Buyrun, Ceyran xanım"
Bu adamın səsi ilə ayılıb, gözlərimi ondan çəkmişdim. Adımı hardan bilirdi?
Axmaq Ceyran təbiikidə səni tanıyırlar. Yoldan random adam seçib, qaçırtmıllarki. Görünür mafyadılar çünkü başqa nə ola bilərdilər ki? Tək bildiyim şey burdaki qara maşınların sayı 10 dan çox idi...
Adamın gösdərdiyi maşına mindim. Amma heç nə soruşmurdum və sorğulamırdım. Adamda bu halımı görüb, təəccüblənmişdi. Mən belə niyə bu qədər rahat olduğumu düşünməyə başladım. Son bir neçə ay içində başıma o qədər şey gəlmişdi ki... hər şey adiləşmişdi sanki.. bir mafya tərəfindən qaçırılmaq belə...
****************
Yarım saattı yol gedirdik. Adi bir şey kimi ... arxamızda isə nə qədər qara maşın bizim arxamızca gəlirdi. Mənim olduğum maşında bir sürücü, ön oturacaqda keçəl adam arxada isə mən idim. Maşındaki səssizliyi pozan keçəl adamın telefonuna gələn zəng olmuşdu. "Alo, buyurun İsa bəy" İsa bəy dediyinə görə böyükləri İsa adlı şəxs olmalı idi. Həyatımda heç bu adlı birini tanımırdım. "Bəli, əmr etdiyiniz kimi Ceyran xanımı gətiririk"
Telefonum və bütün əşyalarım maşında qalmışdı. Allah bilsin Zöhrə və Tufan nə qədər zəng ediblər... qorxu bədənimə yavaş-yavaş girməyə başlıyırdı. Bu İsa denilən şəxs kim idi axı? Nə istəyirdi məndən?
"Nə istəyirsiz məndən?" Nəhayət, cəsarətimi topluyub bu sualı vermişdim. "birazdan anlayacaqsız" bu cümlədən sonra yenə sükut çökmüşdü maşına. 20 dəqiqə sonra qara maşınlarla birlikdə birdənə villanın böyük həyətinə giriş etmişdik. Ürək döyüntünlərimin sürətlənməsindən qorxduğumu anlamışdım. Ayaqlarım titrəməyə başlamışdı. Toxunsalar ağlayacaq kimi idim. Keçəl adam qapını açıb, düşməyimi işarət etdi. "Buyrun" bu adam nə qədər ciddi olsa da mədəni danışırdı. Hələ anlaya bilməmişdim. Maşından endikdən sonra önümdəki böyük boz villaya baxdım. Köşk desəm daha doğru olardı.

Ağ QızılgülHikayelerin yaşadığı yer. Şimdi keşfedin