Gözlərimi güclə aralamağa çalışırdım. İlk gördüyüm şey bulanıq tavan idi. Gözlərimi bir neçə dəfə açıb-bağladıqdan sonra bulanıqlıq getmişdi. Amma boynumdan başımın arxasına qədər dəhşətli bir sızı var idi. Başımı önümə döndərib, ətrafıma baxdım. Bomboş bir otaqda idim.. taxta stulda oturmuşdum və iki əlimdə arxadan sıxıca bağlı idi. Bura hara idi?!
Başımı iki yana əyib, tutulmuş boynumu açmağa çalışırdım. Harda idim? Əllərimi açmaq üçün stulda nə qədər tərpənsəm də heç nə dəyişmirdi. Görünür qaçırılmışdım amma nədənsə çox adi bir şey kimi reaksiya verirdim. Məni kim qaçırda bilərdi? Tufan Ata Xanın gələcək həyat yoldaşını kim qaçırda bilərdi deyə düşünməyə başladım. Offf o qədər variant varki...
Ayaqqabılarımın dabanlarını yerə sərtcə vurmağa başladım. Məni kim qaçırdıbsa qabağıma çıxmaq məcburiyyətində idi!!!
Vəəə qapı açıldı. İçəri girən kişini həmən saniyə tanımışdım. Bu adam o gün məni maşınımnan düşürdüb, təhditlə atamın evinə aparan adam idi. Həmin o keçəl adam!!!
Öldürücü baxşılarımla onu başdan ayağa süzdüm. "Yenə sən?!!?" O yenə həmişəki mimikasız üzü ilə mənə baxırdı. "Ceyran xanım əllərinizi açdıqdan sonra hər hansı bir hücuma keçməyəcəyinizə əmin olduqdan sonra əllərini açmalıyam"
"Sənə hücum eləsəm nə olar? 2 metr adamsan axmaqlıq olardı" deyib, üzümü yana çevirdim. Ona buna inandırmalı idim ki əllərimi açdıqdan sonra belindəki silahı sürətli bir şəkildə alıb, ona tuta bilim. Hobi olaraq döyüş sənətləri öyrəndiyimi sizə demişdim?? 17,18 yaşlarımda özünü qorumaq üçün döyüş taktikaları öyrənmişdim. Bunu hərkəsə tövsiyyə edirəm..
Keçəl adam sözlərimdən əmin olduqdan sonra arxama keçib, əllərimdəki ipi açmağa başladı. Ceyran sənə güvənirəm...
Əllərim açıldıqdan sonra ayağa qalxdım. Hər yerim tutulmuşdu, görəsən bu stulda neçə saattı oturmuşdum? Keçəl adam bir addım atmışdı ki, stulu ayağımla onun dizinə itələdim. Dizlərini anlıq olaraq bükdükdən sonra sağ ayağımla diz çöküntüsünə bərkcə vurub, bir ayağını yerə sərdim. Tez əyilib, belindəki silahı götürüb, çəkib, patronu yuvasına yerləştirdikdən sonra silahı keçəl adama tuttum. "Gələn səfər hər dediyim sözə inanmazsan" səsim düz çıxmışdı.
Keçəl adam acı içində inliyib, ayağa qalxdı. Çox qəribə idiki sifəti yenə düz baxırdı. Allahım bir adamın heç mi mimikası olmazdı?
"Düş qabağıma görüm" iki əlini qaldırıb, öndə getməyə başladı. Qapını açdıqdan sonra böyük taxdadan bir zala keçmişdik. Ətrafda ip, çəkiç, və müxtəli taxtalar var idi. Keçəl adam əlləri yuxarıda önümdə gedərkən mən də arxasında gedirdim. Silahi sağ əlimlə tutub, sol əlimlə dəsdəkliyirdim. "Əziz atam məndən yenə nə istəyir" səsim bu səfər o qədərdə möhkəm çıxmamışdı..
"Ceyran xanım döyüşməyi bilirsiz?"
Mən nə soruşuram bu nə soruşur? Biz hələ də böyük taxta zaldan çıxmamışdıq. Çox uzun idi!!!
"Tutaqki bilirəm?" Səsim səbrsizcə çıxmışdı. Qarşımdaki susmağı seçmişdi. "Burda insanlara işgəncə verirsiz?" Dedim ciddi bir səs tonunda..
"Xeyr" dedi sadəcə..
Nəhayət, taxta zalın yekə qapısından çıxdıq. Bura ağaclarla dolu bir ərazi idi. Yəni atam olacaq adamın villasının arxa həyətində idik təxmin ettiyim kimi!
Həyətdəki qara kastyumlu adamlar bir mənə bir əlimdəki silaha birdə keçəl adama təəccüblə baxırdılar. "Çağırın Süphan bəyivizi gəlsin!!" Səsim yüksəkdən çıxmışdı. Sözümü əmr sayıb, iki nəfər qaçaraq villanın giriş tərəfinə getmişdilər. Silahı yuxarı qaldırıb, səmaya iki əl atəş açmışdım. Adamlar reflex olaraq qorxub, əyilmişdilər. Dodağımın kənarı qıvrıldı. Onlar Ceyranın o biri üzünü hələ görməmişdilər. Heç kim görməmişdi!
Süphan Əmirzadə yanında zəhləmgetmiş İsa Qaya ilə birlikdə mənim tərəfə gəlirdilər. "Nə olur burda? Bu nə hay küydü?"
Allahım bunlar məni dəli edəcəkdi! Niyə heçnə olmamış kimi davranırdılar axı!!!
Silahı Süphan Əmirzadəyə tuttum. Elə bu an bütün adamları silahlarını çıxardıb, mənə tutmuşdular. Ortam necə gərgin idi təsəvvür edə bilməzsiz. Mən belə özümə inana bilmirdim. "Mənim səbrimin bir həddi var!" Sözləri tək tək yüksək səslə demişdim. "Məni insanlıqdan çıxarmıyın!" Səsim boğazımı yırtarcasına gür çıxırdı. Amma nədənsə İsa bəy iki qolunu sinəsində birləşdirib, vecsizliyindən taviz verməyərək gülümsəyirdi. Süphan Əmirzadənində ondan geri qalan tərəfi yox idi. Yerə çöküb, ağlamaq istəyirdim. Amma edə bilməzdim. Düşmanlarıma zəyifliyimi gösdərə bilməzdim!
Tufandan sarı darıxmışdım. Görəsən neçə saat idi burda idim? Tufan məni axtarırdı yəqin.. evimə getmək istəyirdim. Mən bu həyatı istəmirdim!! Silah tutmaq istəmirdim!! Mən bu deyiləm axı..?
İsa əli ilə adamlara silahlarını endirmələrini işarə etmişdi. Amma mən hələ də silahımı onlara tərəf tuturdum. "Neçə saattı qaçırılmışam?" Bu səfər səsim daha sakit tonda çıxmışdı.
"2" dedi İsa.
"Mənim qızım olduğunu bir daha sübut ettin" bunu deyən təbiikidə Süphan Əmirzadə idi..
Səbrsizcə nəfəsimi burnumdan verdim. "Təəssüfki sənin qanınnanam. Amma bunu bil ki son nəfəsivi verənə qədər sənə ata demiyəcəm"
Sükut çökdü hər yana.. onun gözündəki hüzünü görə bildim. Cüssəli adamın çiyinləri düşdü. Bəlkə də əlimdəki silahla onu vursaydım daha az incidərdi, daha az acı çəkərdi. İndi isə sözlərim gülləmisalı deşmişdi onun ürəyini.. yox! Ağır danışmamışdım. O buna layiq idi!!
İsanın üzündə bayaqki gülümsəmə yox idi. Qaşları çatılmışdı. İndi nifrətlə baxırdı mənə.. yanındaki adama nə qədər bağlı olduğu burdan bəlli idi. Silahı attım əlimdən. Mənim əlimə silah yaraşmırdı. Məni özlərinə oxşatmalarına icazə verə bilməzdim. Çökdüm yerə dizlərimin üstünə.. ayaqüstə qalmaq yormuşdu məni.
"Polisə gedəcəm. Mənə yaşatdıqlarıvızın cəzasını çəkəcəksiz!" Dedim. Elə bu an sol gözümdən bir damla yaş düşmüşdü.
İsa Qaya yavaş addımlarla qarşıma gəlib, bir dizini yerə qoyub, qarşımda diz çökdü. Gözlərindən alov çıxırdı. Əlində olsa elə burdaca öldürə bilərdi məni... gözlərimin ən dərininə baxırdı. "Polis bizə heç nə edə bilməz axmaq!" Səsi gur çıxmışdı. "Get kimə istəyirsən şikayət elə." Bu səfər daha sakit danışmağa başlamışdı. "Əgər gəlib burda yaşamağa davam etməsən, sənin əlindən canıvın yarısın alacam. Xan ı səndən alacam" səsi gur çıxmırdı amma dedikləri nəfəsimi kəsməyə səbəb olmuşdu. Əlimi sol tərəfimə attım. Ürəyim döyünməyi unutmuş kimi idi.. udqundum. Bayaq Süphan Əmirzadəyə ettiyimi indidə o mənə etmişdi. Biz bir-birimizi bu gün vurmuşduq. Amma bunu silahsız etmişdik.....
********************
Evimin qapısın açdıqdan sonra içəri girdim. Saat 3 idi. Tufan işdə olmalıydı.
Pilləkanlarla otağıma qalxdım. Qapını açıb, içəri girdikdən sonra çantamı yatağın üstünə atdım. Plaşımı çıxardıb dolabıma asmışdım. Yerə çöküb, belimi taxta söykədim. Başımı iki əlimin arasına alıb için için ağlıyıb qışqırırdım.
İçimdə bir ağırlıq var, nəfəsimi kəsir, amma boğulmuram. Onu mənim əlimdən alacaqlarını dedilər. Canımın yarısını, hər şeyimi, həyatımı....
Əgər bu hədə qorxular gerçəyə çevrilsə, mən nə edəcəyəm? Onun sözləri qulaqlarımda dəfələrlə təkrarlandı. Hər dəfə daha sərt, daha kəsici... Ürəyimdə bir şey qırıldı o an. Onu qorumaq üçün hər şeyə razı olduğumu düşünürdüm. Amma indi.. indi sorğulayıram. Onu xilas etmək üçün onu itirməyə razı ola bilərəmmi? Əllərimi buraxsa, dünyamı tərk etsə, yaşaya bilərəmmi?
Onun səsi, gülüşü, əllərinin mənim əlimdəki istiliyi....
Ayağa qalxıb, makyaj masasının sonuncu siyirməsini açdım. Atamın telefonu burda idi. Rəhmətə getdikdən sonra əşyalarından sadəcə telefonunu götürmüşdüm digər hər şeyi anam götürmüşdü. Telefonu götürüb, yenidən çökdüm yerə bayaqki oturduğum yerə. Öz telefonumuda cibimdən götürüb, atama zəng elədim. Atamın telefonuna gələn Ceyranımm şəxsindən gələn zəngi açdım. İki telefonu qarşıma yerə qoydum.
"Ata, salam.." səsim güclə çıxmışdı. İndi isə iki gözümün yaşlarınıda dayandıra bilmirdim. "Necəsən? Mən çox pisəm Ata" gözyaşlarım baxışlarımın bulanıqlaşmasına səbəb olmuşdu. Buna görə əlimin arxası ilə gözyaşlarımı silmişdim. "Vəli bəy, Vəli bəy haralardasan? Ağrıyıram ata... niyə tək qoydun məni?" Hıçqıraraq ağlamağa başlamışdım indi... "çox qorxuram ata.. çarəsizəm gəl"
Qarşı tərəfdən atamın səsinin gəlməsi üçün hər şeyimi verərdim. Amma o getmişdi artıq yox idi!
Telefonları söndürüb, atamın telefonunu yerinə qoyduqdan sonra telefonumu götürüb, yatağa uzandım. Dizlərimi qarnıma büküb, telefondan atamın mənə attığı səsli mesajlara qulaq asmağa başladım.
"Salam canım qızımm, ilk göz ağrımm necəsən atasının birdənəsi? Haralardasan?"
Mənim atam dünyanın ən yaxşı atası idi. O mənim başqasının qızı olduğumu bilə, bilə məni qəbul etmişdi. Öz qızı kimi böyüdüb, sevgisini məndən əsirgəməmişdi...
"Ceyranımm haralardasan ceyrangözlümm. Anan yenə şikayət eliyir bu qız zəng eləmir axtarmır deyir. Canım gözüm"
Gözyaşlarım yastığı çılxa su eləmişdi. Amma mən atamın səsi ilə yatmayalı çox olmuşdu...
"Ceyranım salam gözümün işığı, pul göndərmisən bu gün. Nəyə lazım idi axı qızım? Çox sağol atasının gözəli. Amma birdə göndərmə o pul sənə lazımdı qızım. Öpürəm alnından, gözlərindən."
Barmağımı digər səsli mesajın üstünə basdım.
"Ceyran, canımın içi... burnumun ucu göynüyür sənsiz qızım. Haralardasan? Anava çox bəlli etmirəm. Amma darıxmışame balımm.. bu yaşlı atavı heç fikirləşmirsən? Əsəbləşcəm aa
Zarafat edirəm gözəlim. Mən sənə heç əsəbləşərəm? Gəl qızım"
**************************
Tufan
Yorğun halda maşından düşüb, qapıları kilitlədim. Gəlib, evin qapısını açıb içəri girmişdim. Amma Ceyran ortalıqda görünmürdü. Normalda qaçıb, boynuma hoppanmalı idi. Mətbəxdəndə yemək qoxuları gəlmirdi. Ceyran harda idi? Təlaşla pilləkanlarla yuxarı qalxdım. Otağımızın qapısını açıb içəri girdikdən sonra onu gördüm. Canımın yarısını.. Ceyran yataqda dizlərini qarnına büküb, yatmışdı. Yatağa yaxınlaşdıqdan sonra əlinin içində telefon olduğunu gördüm. Ceyran ağlamışdı? Yastıq su idi.. yanaqları və burnu qızarmışdı. Səssizcə qardropdan paltarlarımı götürüb, duşakabinə girdim.
Yarım saatlıq duşun ardından kabindən çıxdım. Ceyran hələ də yatırdı amma paltarları üstündə idi. Çox narahat idim bu gün nə olmuşdu belə? Gün içində attığım mesajlarada cavab verməmişdi. İçimdə qəribə bir hiss var idi.. otağın işıqlarını loş etdikdən sonra gəlib, yatağın sağ tərəfindı uzandım. Başımı sağ qolumun üstümə qoyub, Ceyranı izləməyə başladım. Uzun kirpiklərini, gözəl burnunu, nəfəsimi kəsən dodaqlarını... nə çox acılar çəkmişdi. Nə çox ağlamışdı. Nələr yaşamışdı o.... Qollarımı belinə sarıb, məsafəmizi yox etdim. Burnumu saçlarına basdırıb, qoxusunu içimə çəkdim. Bu qoxu olmadan yaşaya bilməzdim yəqin mən..?
Mənə tərəf çevrilib, kirpiklərini qırpışdıraraq, gözlərini aram-aram açdı. "Tufan?" Səsi mayışmış halda çıxırdı. "Nəfəsim" deyib, burnunun ucunu öpdüm. Gülümsədi... bu gülümsəmə üçün can verə bilərdim. Əlimi qaldırıb, saçlarını qulağının arxasına çəkdim. "Niyə ağlamısan? De görüm hələ" gözlərimi onun gözlərindən çəkmirdim. "Atamnan sarı darıxmışam sadəcə..." ardın gətirə bilməmişdi. Çəkdim onu sinəmə daha çox qucaqladıq bir-birimizi. Kaş onu köksümdə gizlədə bilsəydim...

ŞİMDİ OKUDUĞUN
Ağ Qızılgül
General Fiction-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni? -onda mənə ən sevdiyin şeiri oxu -oxuduqdan sonra gedəcəksən? -hə.. -gələbilsəydim əyər.. eşqi təsvir etməzdim sənə. güləbilsəydim əyər.. gözlərimdən yaş axardı. qaça bilsəydim əyər.. yerimdən...