27

8 2 2
                                    

Onu görən kimi tez başımı sola çevirdim. Bunu anlıq reflex ilə etmişdim. Onu görməsəm də qapının örtülmə səsini eşitmişdim və yavaş-yavaş mən tərəfə gəldiyinidə hiss edirdim. Mənsə olduğum yerdə donum iki əlimi önümdə birləşdirib, barmaqlarımla oynuyurdum. Bunu nə zaman stressli olsam edərdim.. və mən hal-hazırda stressdən öləcəkdim. Birdən mənə uzadılan ağ qızılgüllərlə dolu buket gördüm. Bir dəqiqə nə?? Tufan mənə uzatmışdı? Təəccüblə onun tərəfə çevrilib, üzünə baxmışdım. Gülümsəyirdi.. hə hə o gülümsəyirdi. Və gözləri parıldıyırdı. Mənim hələ də təəccüblü baxışlarımı görüb, əlindəki buketi işarə etdi. "Götürməyəcəksən?" Səsində belə xoşbəxtlik var idi. Yatmışam yuxu görürəm deyəsən.. "m mən.."
bir şey deməyimə icazə vermədən buketi qucağıma qoyub, əllərimi buketin üzərinə qoydu. "Bu ki sənin ən sevdiyin güldü. Düz demirəm?" Sualını təsdiqləməyimi gözləyədiyi bir mimika ilə baxırdı mənə. Mənsə sadəcə başımı təsdiq mənasında aşağı yuxarı hərəkət ettirmişdim. Aldığı cavabla daha böyük gülümsəmişdi mənə. Kaş həmişə belə gülsəydin zalımın oğlu..
Tez başımı iki yana sallayıb, olduğum stiuasiyanı sorğuladım. "Durduq yerdə buket niyə?" Səsim sorğulayıcı tonda çıxmışdı. Qəfildən iki qolumdan tutub, məni divana otuzdurdu. Özüdə mənimlə birlikdə qarşıma divana oturmuşdu. Amma nəyə görə belə həyəcanlı idiki? Dərin nəfəs alıb verdi. Sonra isə gözlərimə elə baxdı ki, sanki ruhumun ən dərinliyinə toxunmaq istəyirdi. Və dodaqlarını araladı...
Gül sənin nəyinə gərəkdir, gülüm?
Öpən dodağı yox, oxşayan əli
Gəl, gül də, çiçək də özümüz olaq.
Sən bir az ağıllı, mən bir az dəli...
Tufan mənə bəyəndim şeirlərdən birini demişdi. Amma nəyə görə? Və indi niyə susub, reaksiyamı gözlüyürdü? Nə reaksiya verməli idim ki heç bir fikrim yox idi. Qərara gəldim ki, şeirin arxasını deyim..
Tufan əlini uzadıb, saçımın telini qulağımın arxasına attı. Bunu həmişə edərdi.
Gül sənin nəyinə gərəkdir, gülüm?
Dedi gülümsəyərək. Əlimi uzadıb yanağına qoydum. Bu hərəkətimlə irkilmişdi amma saniyəsində gülümsədi.
Sənin gülün mənəm, çiçəyin mənəm
Güllü nağıllara getməsin ağlın.
Sənin həqiqətin, gerçəyin mənəm.
Dedim gözlərinə baxaraq. Şeiri davam ettirəcəyimi gözləmədiyi üçün heyranlıqla baxırdı mənə. Aramızdaki məsafəni tamamilə sıfıra endirdi bi anda. Nəfəs-nəfəsə idik. Üzümə əyildi öpəcəyini düşündüm amma öpmədi dodaqlarını qulağımın yanında saxlamışdı.
"Gül sənin nəyinə gərəkdir, gülüm?" Səsi sadəcə mənim eşidəcəyim şəkildə fısıltı ilə çıxmışdı. Nəfəsini boynumda hiss edirdim. Arxasını gətirməyimi istəyirdi. "Qoxla nəfəsimi, çiçəyə döndər" mənimdə səsim fısıltı ilə çıxmışdı. Sanki nəfəslərimiz danışırdı bu səfər. "Tufanın sözünə yalandır demə" bu cümləsindən sonra gülümsəmişdim çünkü ordaki şair sözünü öz adı ilə əvəz etmişdi. Ona daha yaxınlaşıb, qollarımı boynuna doladım. "Bütün yalanları gerçəyə döndər" dedim yanağımı yanağına sürtərək. Oda burnunu boynuma basdırmışdı. Sanki qoxumla ciyərlərini doldurmaq istəyirdi. "Səni sevirəm"
Ürəyim durdu. Ürəyim ilə birlikdə bütün zaman durdu o an. Tufan mənə məni sevdiyini demişdi nəhayət. Bu onun sevgisini ifadə etmə şəkli idi.. o həmişə şeir deyərək dilə gətirmək istəyərdi hisslərini.. "sevirəm səni" bu səfər isə sevirəm səni demişdi. Bu cümlənin isə ama sı yox idi. Hər şeyə rəğmən sevirəm səni demişdi mənə sevdiyim adam. "Mən də sevirəm səni" dedim heç gözləmədən. Nəhayət, bir-birimizə hisslərimizi açmışdıq. Həyəcandan öləcəkdim hal-hazırda.. ürəyimsə bu səfər dözə bilməyib, çıxacaqdı yerindən. Bir-birimizi indi daha bərk qucaqlıyırdıq heç ayrılmaq istəmirmişcəsinə..
bir neçə dəqiqə qucaqlaşdıqdan sonra ayrıldıq. Amma aramızdaki məsafə hələ də çox az idi. Yenə gözlərimə baxırdı. Baxmaq istəyəcəyi tək şey gözlərimin olmasını istərcəsinə.. yanaqlarımı iki əlinin arasına aldı. Onun toxunduğu həryer yenidən canlanırdı sanki. Təmaslarında hüzur var idi bu adamın. "Ceyranım" dedi içdən. Bu anı sizə necə təsvir edim bilmirəm amma sanki illərdi onun ağzından öz adımı bu şəkildə eşitmək istiyirəmmiş kimi hiss elədim. "Canımm" dedim mən də qarşılığında. Gülümsədi.. gülümsədim..
"Bağışla məni"
"Niyə?"
"Gecikdiyimə görə"
Məni sevdiyini deməyə gecikdiyini demişdi. Bunun üçün bağışlamağımı istiyirdi. Bu gün mənə həyatımın ən xoşbəxt xatirəsini bəxş etmişdi. Heç incik qala bilərəm ki mən ona?
Əyilib, dodaqlarımı dodaqlarına basdırdım. Amma bu öpüş hoyratlıqdan çox uzaq idi. Bu öpüş tamamilə içdən idi. Bir neçə saniyəlik idi.. sadəcə dodaqlarımız təmas etmişdi oysa..
Gözlərinə baxıb gülümsədim. O isə mənə onu öpdüyümə görə təəcüblə baxdı bir iki saniyəlik. Sonra isə gülümsədi. Amma bu gülümsəmə indiyə qədər gördüklərimin arasında ən böyüyü idi. "eybi yox" dedim fısıldayaraq. Tufan qəfildən ayağa qalxıb, məni qucağına götürmüşdü. Bu səfər isə sorğulamadım onun bu hərəkətin. "Buketivi götür" dedi gülləri işarə edərək. və daha sonra dizlərini büküb, aşağı əyildiki gülləri götürə bilim. Mən də buketi götürüb, qucağıma qoymuşdum. Tufanın qollarında mən, mənim qollarımda isə ən sevdiyim güllər var idi. Tufan məni pilləkanlarla yavaş-yavaş yuxarı çıxardırdı. Otağımızın önünə gələndə ona kömək edib, qapının qolunu tutub, açdım. Və biz otağa girdikdən sonra Tufan ayağı ilə qapını bağladı. "Mənə üç saat əvvəl, bu otağa 3 saat sonra belə gələcəksiz desələr heç vaxt inanmazdım" dedim gülərək. Oda bu cümləmdən sonra kiçik qəhqəhə atmışdı. "Söhbət bizdən gedirsə, hər şey mümkündü" dedi gözlərimə baxaraq. "Eynən" deyə fısıldadım. Məni yavaş və incitmədən yatağa uzatdı. Sonra isə özüdə üzərimə əyildi. Gözlərimiz yenə bir-birinə kilitlənmişdi. "Səni istəyirəm demədən sənə to-"  barmaqlarımı dodağına basdırıb, cümləsini tamamlamağa icazə vermədim. "Səni istəyirəm" dedim gülümsəyərək. Bu sözümü eşitcək oda gülümsədi. Gülümsəyəndə gözləri qıyılırdı.. Tufan mən istəmədən heç vaxt mənə toxunmazdı. İçkili vəziyyətdə ona onu istədiyimi deyəndə işarət barmağını gicgahıma qoyum, "nə zaman ayıq başla və öz iradənlə məni istədiyini desən o zaman sənin olaram" demişdi. Və biz hal-hazırda içkili deyildik özümüzdə idik. Bir-birimizə sevgimizi belə etiraf etmişdik. Boşanmış olsaqda mənə görə biz hələ də ər-arvadıq. Heç nə bunu dəyişdirə bilməz...
Tufan gözlərini məndən ayırmadan koftasını daha sonra isə sweater ini çıxardıb, yerə atdı. İndi iri əzələləri çırılçıplaq göz önündə idi. Fərqində olmadan onu süzdükdən sonra yudqunmuşdum bu isə Tufanın xoşuna gedibki gülümsəmişdi. "Çox gözəlsən" bu komplimenti üzümü qızartmışdı. Üzərimə çıxıb, iki qolu ilə özünü düşməmək üçün sabitləmişdi. Tufan indi daha şəhvətlə baxırdı mənə.. hər yerimə..və nəhayət dodaqlarımız birləşmişdi...
*****************************
☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️
10:10
Gözlərimi güclə aralamışdım. Həryerim ağrıyırdı daha sonra üzərimdə ağırlıq hiss eliyib, üstümdəkinə baxdım. Tufan iri qollarına ahtapot kimi mənə dolamışdı. Başını ürəyimin üstünə qoymuşdu. Bir ayağını isə ayağımın üstünə... yəni üstümdə 80 kilodan çox var idi. Tərpənə bilməyəcəyimi anladıqdan sonra çabalamağı buraxdım. Onun oyanmağını gözləyəcəkdim başqa çarəm yox idi. Barmaqlarımı saçlarının arasından keçirdərkən onun hər bir zərrəsini izləyirdim. İndiyə qədər oyandığım ən gözəl səhər ola bilərdi. Sevdiyim adam ilə tamamilə bir-birimizin olmuşduq.
Birdən bildirim səsi ilə diksindim. Sonra yastığımın yanındaki telefonumu götürüb açdım.
Zöhrəm kişisinden 2 yeni mesaj..
Sabahın xeyir bacı
Hardasan?
Siz- hər vaxtın xeyir bacım
Öz evimdəyəm narahat olma
Zöhrəm- Tufan ilə olan evin? Orda neynirsən? Və necəsən?
Siz- aha ex ərim ilə olan evim. Əlayam hətta çox əlayam..

Zöhrəm- bu kimdi??Siz- kim olacaq? Tufan təbiikidə😡Zöhrəm- AAAAAA🫣🤭🫢 Siz- 🙄Zöhrəm- ayıb olsune sənə

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Zöhrəm- bu kimdi??
Siz- kim olacaq? Tufan təbiikidə😡
Zöhrəm- AAAAAA🫣🤭🫢
Siz- 🙄
Zöhrəm- ayıb olsune sənə. Hər şeyi xatırladığıvı Toğruldan öyrənmişəm..
Siz- ayıb sənə olsune bacından hər şeyi gizlətmisən. Evə gəlim danışacağıq səndən!
Zöhrəm- evə gələcəyivi düşünmürəm açıqcası. Bir az məşğulsan kimi görünür🤭😜
Siz- rəddol!!
*************
"Ceyran bildirim səsini azalt"  Tufanın səsi ilə ayılıb, telefonu kənara qoydum. "Qalx day üstümdən ayı" səs tonum məzəli çıxmışdı. Gülərək onu üstümdən qaldırmağa çalışırdım. "Qalxxx" amma bir qram yerindən tərpədə bilmirdim. "Bir yerdə qal. Görürsən yatıram"
Nəfəsimi verdikdən sonra yorulmuş halda qollarım iki yanıma düşdü. "Get o tərəfdə yatda mən sənin üçün nəyəm? Yataq zadam?"
"Hə" səsi yuxulu idi. Görünür həqiqətən yuxusu gəlirdi. Yuxulu olduğunu başa düşəndən sonra ağlıma bir fikir gəlmişdi. "Qalx, qalx, qalx ərim gəldi!!!" Deyə qışqırdım. O dəyqə ayağa qalxıb, yuxulu gözlərlər mənə baxırdı. Gülməmək üçün özümü zornan tutmuşdum. Bir əli ilə gözünü ovalıyırdı. "Kim? Hanı?"
Allahım öləcəm gülməkdən... "Qapıdadı. Tutulduq neyniyəcəyik?" Təlaşla ona baxırdım. Yataqdan qalxıb, şalvarını əyninə geyindi. Hələ də ayılmamışdı. "Eybi yox" əsniyib, əlin ağzına atmışdı. "Eybi yox?" Təəccüblə ona baxırdım. "Ərim gəlib deyirəm sənsə eybiyox deyirsən" gülməmək üçün yanaqlarımı dişliyirdim. "Ərin? Sənin ərin mən deyiləm?" nəhayət, ayılmışdı və təəccüblə baxırdı. Necə şirin göründüyünü təsəvvür edə bilməzsiz... "sən mənim ərimsənki?" Səsim kinayəli çıxmışdı. Mən yatağın üstündə, oda ayaqütsdə bir-birimizə baxırdıq. Çox gülməli bir stisuasiya idi. Özümü tuta bilməyib, qəh-qəhə ata-ata gülməyə başlamışdım. "Ceyrannn!"deyib, saxta şəkildə əsəbləşib üstümə gəlirdi. "Neyniyim səni üstümdən durquzmağın başqa yolu yox idi" dedim çiynimi qaldıraraq. "Gəl bura" yatağın üstünə çıxıb, qollarımdan tutub, getməyə qoymamışdı. "Yooox" qışqırmışdım. Amma ikimizdə yüksək səslə gülürdük. "Göstərəcəm indi sənə ərin kimdi" Tufan məni qıdıqlamağa başlamışdı. Mənsə durmadan gülürdüm....
*******************************

Ağ QızılgülHikayelerin yaşadığı yer. Şimdi keşfedin