Kofelərimizi içdikdən sonra nə qədər söhbət etmişdik. Hətta iki filmə də baxmışdıq. Vaxtın necə keçdiyini anlamamışdıq belə.. gecə saat 11:30 idi. Mən duş alıb, qara sadə gecəlik geyinmişdim. Yaxşı ki, burdaki paltarlarımı Tufan yığışdırtmamışdı. Ayna qarşısında saçlarımı yavaşca darıyırdım. Eyni zamanda isə üzümdə solmayan bir gülümsəmə var idi. Necə deyim içim kıpır kıpır idi sanki mədəmdə kəpənəklər uçuşurdu. Bütün bu hisslər yenidən bu evdə onunla birlikdə olduğuma görə idi? Hə. Mən onu sevirdim hər nə qədər bunu üzünə deməsəmdə ona qarşı olan hisslərimdən əmin idim. Görəsən oda mənə qarşı eyni hisslər bəsliyirdi?..
"Yenə nə fikirləşirsən?" Onun boğuq səsi ilə aynadan arxama baxdım. Düz arxamda durub, məni izləyirdi. Saçları sulu idi duşdan yeni çıxmışdı. Amma mən bura gələndə də duş almışdı niyə bir gündə iki dəfə duş aldığı haqqında fikrim yox idi soruşmamışdımda. Bu səfər şükür üstündə qara t-shirt var idi altında isə boz eşofman. "Daha nə qədər izləyəcəksən?" Dedim imalı şəkildə. Həm də gülümsəyirdim. Onu məni başdan ayağa son dəfə süzdükdən sonra udqundu. Gözlərinin ardındaki bir iki saniyəlik şəhvət hissini gizləyə bilməmişdi. Tez başını iki yana sallayıb, özünə gəlməyə çalışdı. Süni şəkildə öskürüb boğazını təmizlədi. "Mən gedim day" o biri otaqda yatacaqdı? Təbiikidə o biri otaqda yatacaqdı. Amma mən onun getməyin istəmirdim. Bu nə qədər düzgündü bilmirəm amma sevdiyim adam ilə yatmaq istəyirdim. Amma biz evli deyildik daha... buna haqqım yox idi. Həm onun mənə qarşı hisslərindən də əmin deyildim axı..
"Dayan" qapının qolunu tutan adam səsimi eşitcək dayandı. Mənə tərəf çevrilib, gözlərini gözlərimə dikdi. "Dayandım" dedi dodağının kənarı qıvrılmışdı. "Getməsən olmaz?" Səsim özümnən bir ixtiyar cəsurca çıxmışdı. Məqsədin nədi axı Ceyran?
Təəccüblü baxışlarla cümləmi alqılamağa çalışırdı. "Ha?" Tək dediyi bu olmuşdu. Offf biabır elədim yenə özümü.
Ona baxmamaq üçün hər yerə baxırdım. O isə afallamış bir şəkildə sifətimə baxırdı. "Heç nə gedə bilərsən" deyib, tez arxama çevrildim. Tez get be adam. Onsuz yetərincə biabır oldum. Amma nədənsə qapının səsini eşitməmişdim. Birdən bir əl qollarımdan tutub, məni çevirdi. Tufan getməmişdi. İndi düz qarşımda gözlərimə baxırdı. Allahım nolar ürək ritimlərimi eşitməsin. "Burda qalmağımı istəyirsən?" səsi içdən səmimi çıxmışdı. Gözləri isə heyranlıqla baxırdı. Əlini uzadıb, barmaqları ilə saçımı qulağımın arxasına qoydu. Gözlərimi çəkib, başımı aşağı salaraq "hə" demişdim. Amma səsim eşidilməyəcək qədər alçaqdan çıxmışdı. Yanaqlarım isə utancdan qıp-qırmızı idi. Mənə nə olmuşdu axı belə?
Əli ilə çənəmi tutub, yavaşca yuxarı qaldırdı. Ona baxmamaq üçün isə gözlərimi hələ də açmamışdım. Gülümsəmişdi hətta çox yavaşda olsa gülməyinin səsi gəlmişdi. Mırıldanmışdı sanki amma mən yenə də eşitmişdim. "Mənə bax görüm utanırsan sən?"
Gözlərimi tez açıb, bir addım arxaya atdım. "Yox niyə utanım? Nə əlaqə?" Demişdim yerin dibinə girərək. Amma yenə də onun üzünə baxmırdım.
"Onda niyə məndən başqa hər yerə baxırsan?" Səsində ibnəlik sezmişdim. Yüz faiz məndən məzələnəcəkdi. Offff..
Nəhayət, cəsarətimi topluyub ona baxdım. "Baxdım hə? İndi isə getdə day niyə hələ də burdasan?" cümləni bir nəfəsdə demişdim.
"Sən məndən məzələnirsən? Bayaq demirdin getməsən olmaz?" özün ciddi aparmağa çalışırdı amma gülməmək üçün yanaqlarını dişlədiyini görürdüm. "O bayaq idi. İndi getməyivi istəyirəm yuxum gəlir yatıram" dedim düz bir şəkildə.
"Vapşe mən niyə gedirəme? Bura mənim də otağımdı. İstəmirsən özün get" deyib, gəlib yatağın sol tərəfinə özünü atdı. Bir dəqiqə nə? Təəccüblü baxışlarla ona baxıb, nə etdiyini anlamağa çalışırdım. "Niyə elə aval-aval baxırsan?" Dedi bu səfər səsindəki məzəni gizlətməmişdi. Hətta 32 dişinidə görə bilirdim. İbnə Tufan..
"Eyni yataqda yatacağıq?" Səsim ürkək çıxmışdı.
İki əllini başının arxasına qoyub, ayağınıda ayağının üstünə atmışdı. "Hünharca məni başdab ayağa süzüb, mimikasını ciddi tutmağa çalışırdı. Amma mən gözlərinə qonan şəhvəti görə bilirdim. Mənə necə baxdığından özünün xəbəri var idi görəsən?
"Valla mən burda yatacam. Sən istəyirsən yerdə yat istəyirsən burda yat. Lap istəyirsən wc də yat. Mənim üçün heç bir problem deyil" dedi vecsiz bir emosiya ilə. Allahım bu adam məni dəli eliyəcəkdi.. İnsan heç mi dəyişməz?
"Utanmırsan heç?" Dedim ciddi olmayan səs tonu ilə..
Tez ayağa qalxıb, yanıma gəldi. Tam dibimdə idi hətta nəfəs-nəfəsə idik desəm yalan olmaz. Məqsədi nə idi?
"Mən yox amma sən utanırsan deyəsən" eyni səs tonu ilə cavab verib, göz vurmuşdu. Utanmaz!!
Tam getməyə hazırlaşırdım ki, qolumdan tutub, məni özünə çəkdi.
"Getmə" səsində həm çarəsizlik həm şəhvət həm də sevgi idi bu?
Barmaqları yenə saçlarımda gəzməyə başladı. Üzümə əzbərləmək istərcəsinə uzun-uzun baxırdı..
"Darıxmışam"
Nəfəs almağı unutmuşdum sanki... ürəyim bu dəqiqə dayanacaqdı.
Mən də onun üzünü uzun-uzun izləməyə başlamışdım. Kəskin çənə xəttini, azca ətli dodaqlarını, simmetrik qaşlarını, yaraşıqlı çəhrəsini... gözəl xamilyon gözlərini..
"Səni istəyirəm desən sənin olaram. İstəmirəm çıx get desən bir an belə düşünmədən gedərəm bu otaqdan"
Həqiqətən belə fikirləşirdi? Bəs o? Oda məni istəyirdi yoxsa yox? Axı heç mənə sevdiyini belə deməmişdi. Heç də mən də deməmişdim..
Yox nə qədər ki məni sevdiyini demiyib, ona heçvaxt təslim ola bilmərəm.
Baxışlarımı onun gözlərindən çəkib, yerə çevirdim. Saçlarımdaki barmaqları dondu. Udqunduğunu gördüm. Məndən belə bir şey gözləmirdi yəqin. Barmaqlarını yavaş-yavaş çəkdi saçlarımdan. Ürəyim min yerə parçalandı o an. Niyə belə hiss edirdim axı? Gözlərim doldu amma o bunu görmürdü. Üzümü qaldırıb, ona baxa bilmədim.
"İstəmirsən məni?" elə bu an ölsəm yeridi. Səsi o qədər çarəsiz çıxmışdı ki... özümdən nifrət elədim.
Susdum. Çox şey demək istədim amma demədim.. susqunluğumu nə mənada başa düşdü bilmirəm amma sadəcə "başa düşdüm" demişdi. Yanımdan sürətlə keçib, qapını bərkcə çırpdı. Dizlərimin bağı açıldı yerə düşməmək üçün yataqdan tutub, yerə yıxıldım dizlərimin üstünə. Nəfəs ala bilmirdim...
Çıxıb getmişdi. Otaq buz kəsirdi.. neynədim mən? Bəs başqa nə edə bilərdim axı? Sevirsə desin sevirəmdə.
Birdən bir şeylərin qırılma səsin eşitdim. Tez ayağa qalxıb, qapıya yaxınlaşmışdım ki dayandım. Çox güman əsəbini yenə bir şeylərdən çıxardırdı. Heç nə olmasa da ən başda qürurun incitnişdim onun. Kişilik qüruru incinmişdi əsəbini təbiiki bir şeylərdən çıxardacaqdı. Qayıdıb, yataqda oturdum. Ümid edirəm özünə zərər verməmişdir.
Tufan
Anlıq əsəblə mətbəxin üstündəki əşyaları yerə səpələmişdim. Evdə qala bilməzdim divarlar üstümə-üstümə gəlirdi. Paltomu götürüb, evdən çıxdım. Məqsədi nə idi bilmirəm? Nə istədiyinin fərqində belə deyil o qadın!
Telefonumu götürüb, Toğrula yığdım.
************
"Sən axmaqsan?" qəfildən nəyə görə belə bir sual verdi anlamadım. Toğrulun evinə gəlmişdim qarşılıqlı oturub, içmək əvəzinə məni içki içməyə qoymuyub, məcbur kofe içizdirirdi. Onun bu sualı ilə qaşlarım çatılmışdı. "Nə?" səsimin tonu yüksəkdən çıxmışdı. Gələndən 2 saat olmuşdu. Ona hər şeyi danışmışdım oda danışmadan dinləmişdi.
"Deyirəm ki, sən Ceyranı sevirsən?" Ayağını ayağının üstünə atıb, yavaş-yavaş kofesini yudumluyurdu.
"Canımnan çox!"
cavabım qarşısında dodaqları qıvrıldı.
"Ona onu sevdiyini demisən?"
Bu sualı qarşısında afalladım.
"Yox" bu səfər səs tonum o qədər də yüksək çıxmamışdı. "Onda sən nə gözdüyürsən qızdan? Hələ ona sevdiyivi deməmisən neynəsin qız? Heç bəlkə də sənin hisslərindən əmin deyil. Ona görə sonradan susub. Səni istəmədiyini demiyib. Susub. Susub ki başa düşəsən ay odundan fərqi olmayan varlıq."
Toğrulun bu cümlələrini yeni yeni dərk etməyə başlamışdım. Mən Ceyrana onu sevdiyimi deməmişdim axı? Ona görə susmuşdu? Toğrul düz deyir mənə səni istəmirəm deməmişdiki sadəcə susmuşdu... axmaq Tufan! Axmaq!
"Dünyadan Tufana"
Tez ayağa qalxdım.
"Toğrul mən getməliyəm" deyib, paltomu geyindim.
"Dəyməz qardaşım dəyməz" Toğrulun kinayəli səsi məni güldürmüşdü. Qayıdıb, onu qucaqladım. "Sən dünyanın ən yaxşı dostusan" dedim gülümsəyərək. "Bilirəm" deyib, göz vurdu armudbaş. "Çox şişmə" dedim qapıdan çıxanda. Tez sürətlə maşına minib, işə saldım.
***********
Ceyran
Tufan iki saatdan çox idiki getmişdi. Mən də yatağın içində fırlanıb bir türlü yata bilmirdim. Görəsən hara getmişdi? Ayağa qalxıb, otaqdan çıxdım. Pilləkanları yavaş-yavaş endikdən sonra qarşılaşdığım mənzərə məni çoxda təəccübləndirməmişdi. Tufan mətbəxt masasının üstündəki hər şeyi yerə dağıtmışdı. Əyilib, yerdəki qırıq əşyaları yığışdırmağa başladım. Yerdə qan olmadığına görə çox güman özünü yaralamamışdı. Hər yeri təmizlədikdən sonra gedib, divanda oturdum. Amma çox narahat idim. Telefonumu götürüb, onun adının üstünə basacaqdımki, qapının açılma səsini eşitdim. İçəri girən o idi Tufan.

ŞİMDİ OKUDUĞUN
Ağ Qızılgül
General Fiction-gözlərivə məğlub olmaqdan qorxuram başa düşmürsən məni? -onda mənə ən sevdiyin şeiri oxu -oxuduqdan sonra gedəcəksən? -hə.. -gələbilsəydim əyər.. eşqi təsvir etməzdim sənə. güləbilsəydim əyər.. gözlərimdən yaş axardı. qaça bilsəydim əyər.. yerimdən...